OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə38/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
Ar2018-2944 (1)

Trombositlər. Qan lövhəcikləri olub, diametri 2-5 mkm, 1 
mm qanda 200000-400000-dir. Ağır fiziki fəaliyyətdən sonra, 
onların miqdarı 3-5 dəfə artır. Trombositlər qırmızı sümük 
iliyində formalaşır, həyat dövranı 5-7 gündür, onların əsas 
xassəsi qanın laxtalan-masını təmin etməkdir. Yenicə 
doğulmuş körpələrdə trombositlərin miqdarı – 150000-
350000, süd əmən dövrdə – 150000-424000, 1 yaşdan 16-ya 
qədər – 200000-300000-dir. 
İmmunitet. 
Orqanizmin 
müdafiə 
xassəsidir. 
O, 
anadangəlmə və qazanılmış olur. Müxtəlif xəstəliklərə qarşı 
orqanizm immunitet yaradır. Elə xəstəliklər var ki, 
sağaldıqdan sonra ömürlük immunitet yaranır. Lakin bəzi 
virus xəstəliklərinə qarşı (adi qripə) immunitet yaranmır. 
İmmuniteti süni yolla artırmaq üçün peyvənd vurulur. Ölmüş 
və ya passiv törədicilərdən vaksin hazırlanır və əhaliyə 
peyvənd vurulur. Hər bir peyvənd prosesləri yaş 
xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif yaşlarda tətbiq edilir. 
İmmunitet – antigenlərə qarşı orqanizmin cavab 
reaksiyasıdır. Bir antigenə qarşı orqanizm yüzlərlə antitel 


64 
yaradır və özünü qoruyur. Antitellər yad cisimləri bir-birinə 
yapışdırır, ya da onları lizisə uğradır (parçalayır). 
Qan dövranı. Orqanizmin bütün fəaliyyəti qan dövranı 
ilə bağlıdır. O, ürək və qan damarlarının fəaliyyətini təmin 
edir. Damarlar sistemi iki qan dövranı yaratmışdır: böyük və 
kiçik qan dövranı. 
Böyük qan dövranı ürəyin sol mədəciyindən çıxaraq 
aortaya keçir, aortadan arterial qan arteriya damarları ilə 
ürəkdən uzaqlaşdıqca şaxələnir, ən kiçikləri kapillyarları 
əmələ gətirir. Qan kapillyarlardan toxuma mayesinə keçir. 
Toxuma səviyyəsindəki vena kapillyarları genişlənərək vena 
damarını əmələ gətirir, aşağı və yuxarı boş vena damarları 
venoz qanı sağ qulaqcığa gətirir. 
Kiçik qan dövranı – sağ mədəcikdən ağ ciyər arteriyası ilə 
venoz qanı ağ ciyərə gətirir. Ağ ciyərlərdə baş verən qazlar 
mübadiləsindən sonra, dörd ağ ciyər venası ilə arterial qan sol 
qulaqcığa gəlir. Sol qulaqcıqdakı qan sol mədəciyə keçir və 
qan dövranı təkrarlanır. 
Ürək – boşluğu olan əzələvi orqandır, dörd kameraya 
ayrılmışdır: onlardan ikisi – qulaqcıq, ikisi mədəcikdir. 
Ürəyin sol və sağ sahələri arakəsmə ilə tam ayrılmışdır. Qan 
qulaqcıq və mədəciklərə xüsusi qapaqlarla ötürülür. Qapaqlar 
açılır və qapanır. Sol tərəfdə iki taylı, sağda üç taylı qapaq 
yerləşir. Qapaqlar qanı yalnız bir istiqamətdə ötürürlər. 
Ürəyin yuxarı hissəsi tac, aşağı hissəsi – zirvə adlanır . 
Urək döş qəfəsində, döş sümüyünün arxasında, yuxarıdan 
bir qədər sağa, zirvə tərəfdə – sola meyl etmiş, V qabırğa 
sahəsindədir. Ürəyin əsas kütləsi – möhkəm əzələ-miokard 
adlanır, qalınlığı müxtəlif sahədə dəyişir. İncə qatı 
qulaqcıqlarda (2-3 mm), sol mədəcik daha qalın olub - 4, 1-6, 
3 mm-dir. Ürək əzələsinin əsas xassəsi yığılıb-boşalmadır. 


65 
Belə fəaliyyət tipik adlanır. Bəzi əzələlər atipik fəaliyyət 
göstərir. Bu tip əzələ sapları oyanmaları asanlıqla ötürdüyü 
üçün, onlara ötürücü sistem deyilir. 
Şəkil 5.1. İnsanın qan dövranı. 
1 – aorta; 2 – qara ciyər arteriyası; 3 – bağırsaq arteriyası; 
4 – böyük qan dövranının kapillyarları; 5 – qapı venası; 
6 – qara ciyər venası; 7 – aşağı boş vena; 8 – yuxarı boş 
vena; 
9 – sağ qulaqcıq; 10 – sağ mədəcik; 11 – ağ ciyər 
arteriyası; 
12 – ağ ciyər kapillyarları; 13 – ağ ciyər venası; 14 – sol 
qulaqcıq; 15 – sol mədəcik. 


66 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin