OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə43/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   68
Ar2018-2944 (1)

Tənəffüs tipləri. Kiçik yaşlı uşaqlarda qabırğalar üfüqi 
vəziyyətdə olur. Yuxarı qabırğalar və qurşaq yüksəkdə 
olurlar, qabırğaarası əzələlər zəif inkişaf etmişdir. Ona görə 
də uşaqlarda diafraqmal tənəffüs vardır. Belə tənəffüs 6 aylıq 
dövrə qədər davam edir, qabırğaarası əzələlər inkişaf etdikcə 
döş qəfəsi aşağı enir və köndələn forma alır. 3-7 yaşlı 
uşaqlarda döş tənəffüs tipi vardır. Oğlanlarda 8 yaşdan sonra 
qarın tənəffüs tipi, qızlarda isə döş tənəffüsü qalır. 14-17 
yaşlarında tənəffüs tipi tam formalaşır. 
Yetkin insanlar dəqiqədə 15-17 dəfə nəfəs alır və verir. 
Bir nəfəs almada 500 ml hava ağ ciyərlərə daxil olur. Əzələ 
fiziki işlə məşğul olduqda bu həcm 2-3 dəfə artır, tənəffüs 


75 
tezliyi 40-45 dəfə olur, idmançılar məşq edərkən onların ağ 
ciyərlərinin tutumu artır. 
Tənəffüs prosesinin dərinliyi qəbul olunan həcmdən 
asılıdır. Körpələrdə tənəffüs səthi və tezliyi çoxdur. Bir yaşlı 
uşaqların tənəffüs tezliyi gündüz – 50, yuxuda olarkən – 35 
olur, iki yaşlılarda – 35, 4 yaşda – 25, 6 yaşda – 23 dəfədir. 
Məktəblilərin tənəffüs tezliyi – 18-20 dəfədir. 
Bir aylıq uşaqların tənəffüs həcmi – 30 ml, 1 yaşda – 70 
ml, 6 yaşda – 156, 10 yaşda – 230 ml, 14 yaşda – 300 ml 
havaya bərabərdir. Tənəffüs tezliyi yüksək olduğundan 1 kq, 
kütləyə görə dəqiqə həcmi təyin edilir. Dəqiqə həcmi 1 dəqiqə 
ərzində daxil olmuş havanın həcmini tənəffüs tezliyinin 
hasilinə vurularaq hesablanır. Yenicə doğulmuş körpələrin 
dəqiqə həcmi 650-700 ml. bir yaşda – 2600-2700 ml, 6 yaşda 
– 3500, 10 yaşda – 4300 ml, 14 yaşda – 4900 ml, böyüklərdə 
isə – 5000-5000 ml havaya bərabərdir. 
Ağciyərlərin həyat tutumu. Sakit vəziyyətdə insan hər 
dəfə 500 ml hava qəbul edir. Tənəffüs tezliyi artdıqda daha 
1500 ml hava qəbul edir. Nəfəs vermədən sonra insan daha 
1500 ml hava qəbul edə bilir. Beləliklə, həyat tutumu – 
500+1500+1500=3500 ml. Həyat tutumu yaşdan, məşq və 
cinsi mənsubiyyətdən asılı olaraq dəyişir. Kişilərin həyat 
tutumu, qadınlardan çoxdur. İdmanla məşğul olan insanlarda 
adi insandan xeyli çoxdur, yük qaldıran idmançıda 4000 ml, 
futbolçularda 4200 ml, gimnastlarda 4300, üzügüçülərdə 
4900, kürək çəkənlərdə 5500 ml-ə bərabərdir. 
Uşaqların yaş dövründən və məşğuliyyətindən asılı 
olaraq, ağciyərlərinin həyat tutumu dəyişir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin