89
turşusu, ammontak və s. geri sorulmur. Rezorbsiya prosesi
Henli
dirsəyində baş verir, nefrondakı borucuqlarındakı
xüsusi hormonların və sinir mərkəzlərinin fəaliyyəti
nəticəsində həqiqi sidik yaranır. Nəticədə gün ərzində 1,5-2,0
l həqiqi sidik ifraz olunur.
İnsanların yaş dövrəlrindən
və müxtəlif xəstəliklərdən
asılı olaraq sidiyin miqdarı və kimyəvi tərkibi dəyişir.
Uşaqlarda sidik ifrazı böyüklərdən çoxdur. Bu mübadilə
prosesinin sürətindən asılı olaraq baş verir. Bir aylıq uşaqlar
gün ərzində 350-380 ml, bir yaşda – 750 ml, 4-5 yaşlarda –
1,01, 10 yaşda -1,5 l, cinsi yetkinlik dövründə – 1 5-2,0 1
sidik ifraz olunur.
Sidik açıq
saman rəngli olub, tərkibində urobilin vardır.
Körpələrin sidiyi turş, böyüklərdə qələvi reaksiyasına
yaxındır. Körpələrdə sidik-cinsi sistem tam formalaşmadığı
üçün, onların sidiyində zülal vardır. Böyüklərdə sidik qırmızı
və ya çöküntülü, eləcə də bulantı verərsə, onların
böyrək
orqanında müxtəlif xəstəlik olduğunu isbat edir.
3-4 yaşlı uşaqlarda sidiyin tərkibində sidik turşusu artır,
sidiyin tərkibindəki natri və xlor ionları asanlıqla, geri
sorulur, kali ionları isə bədəndən çıxır.
Böyrəklərdə müxtəlif xəstəliklər müşahidə olunur. Əksər
hallarda böyrək ləyənlənində daşlaşma prosesi qeydə alınır.
Sidik axarlarında, sidik kisəsində və sidik çıxarıcı kanalda və
prostat vəzinin xəstəlikləri vardır.
Bəzi uşaqlar yuxuda
olarkən, qeyri-iradi olaraq sidik ifrazı edirlər – eniurez. Belə
uşaqlar axşam saatlarında mayelərdən az istifadə etməlidirlər.
Dostları ilə paylaş: