OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə52/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
Ar2018-2944 (1)

 
 
 


90 
7.3. Endokrin funksiyaların yaş xüsusiyyətləri. hipofiz, 
qalxanabənzər vəz, böyrəküstü və cinsi vəzilərin 
funksiyalarında dəyişikliklər 
Orqanizmdə üzv və toxumaların qarşılıqlı əlaqəli şəkildə 
fəaliyyət göstərməsi proseslərində eləcədə xarici mühit 
təsirlərinə qarşı orqanizmin uyğunlaşması reaksiyalarının 
təşkilində sinir sistemi ilə yanaşı daxili sekresiya vəziləri də 
bilavasitə iştirak edirlər.
Yeni doğulmuş körpədə hipofizin çəkisi 150 mq 
bərabərdir. Uşağın sonrakı intensiv böyümə dövrlərində (4-5 
yaşlarında yeniyetməlik dövründə) vəzin sürətlə inkişafı və 
böyüməsi müşahidə olunur. Belə ki, 10-12 yaşlarında 
hipofizin çəkisi 200-350mq, 18-20 yaşlarında isə 500- 650 mq 
çatır. Yeni doğulmuş körpələrin qanında somatotropin
hormonunun miqdarı 120 mq\mldən çox olur və 3-5 
yaşınadək tədricən artır. Sonrakı dövrdə yəni 20- və 30-40 
yaşından sonra STQ-nin qanda miqdarı azalır. Qocaların 
qanında bu hormonun miqdarına nadir hallarda rast gəlinir.
Qalxanabənzər vəzin morfoloji və funksional inkişafı 
yaşla əlaqədar olaraq dəyişir. Yeni doğulmuş körpələrdə 
vəzin kütləsi 1-5 qrama bərabərdir. Sonrakı 6 ay müddətində 
vəzin kütləsi bir qədər kiçilir. Daha sonra isə cinsiyyət 
yetişkənliyi dövründə sürətlə artır. Yaşlı insanda vəzin kütləsi 
normal şəraitdə 30 qrama çatır. Müxtəlif inkişaf dövründə 
qalxanvari vəzin funksional yetişməsi nəzərə çarpır. Vəzin 
morfofunksional inkişafı hipofizin triotrop hormonu ilə 
tənzim olunur.
Böyrəküstü vəzilər emrional dövrün hələ ilk 
mərhələsində inkişaf etməyə başlayır. Bir aylıq rüşeymin 
kütləsi böyrəklərə nisbətən daha böyükdür.Yeni doğulmuş 


91 
körpədə 6-8 qrama çatır. Sonrakı 6 ay ərzində vəzilər xeyli 
kiçilir. 11-15 yaşlı uşaqlarda vəzin kütləsi 8 qram 16-20 yaşlı 
gənclərdə isə 10 qrama çatır.Yaşlı insanlarda vəzin kütləsi 
nisbətən kiçilir. Orta hesabla 0-0.3 faizini təşkil edir. 
Qocalarda bu vəzilər tədricən atrofilləşir. Müəyyən edilmişdir 
ki, adrenalin və noradrenalin hormonlarının daxili ifrazı vəzin 
beyin qatında embrional dövrün ilk mərhələlərində belə 
müşahidə olunur.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin