OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə54/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   68
Ar2018-2944 (1)

VIII FƏSİL 
 
Uşaq və yeniyetmələrdə dayaq-hərəkət aparatının 
formalaşmasının morfofunksional xüsusiyyətləri 
Sklet əzələlərinin formalaşması rüşeymin embrional 
inkişaf dövründən birləşdirici toxumadan başlamışdır. Bəzi 
sümüklər birləşdirici toxuma səviyyəsində, qığırdaq 
səviyyəsini keçmədən, birbaşa sümükləşir. Bu sümüklər ilkin 
sümüklərdir (kəllə qutusu), sümüklərin əksəriyyəti qığırdaq 
toxumasından yaranır. Əvvəlcə qığırdaq par-çaların və o, 
sümük toxuması ilə əvəz olur. Onlara ikinci sümüklər deyilir. 
Orqanizmdə sümükləşmə iki yolla gedir: endoxondrial 
sümükləşmə, sümükləşmə qığırdağın daxilində gedir və 
perixondrial, sümükləşmə qığırdağın səthindən başlayır. 
Sümük toxuması yaradan kollaqen sapların daxilində 
kristallaşma apara bilən fəal mərkəzlər vardır, onlar reaksiya 
törədən qruplardır. Lizin amin turşusu ilə fosfat ionları 
arasında gedən reaksiya nəticəsində, sərtləşmə gedir. 
Yaranmış mineral kristallar kollaqen fibrillərlə birləşməyə 
başlayır. Borulu sümüklərin epifizində, qısa sümüklərdə və 
sümük 
çıxıntılarında 
endoxondrial, 
diafizlərdə 
isə 
perixondrial tipli sümükləşmə gedir. Sümükləşmə diafizin 
mərkəzində, osteoblastların fəaliyyəti ilə gedir. Sonradan 
sümükləşmə epifizi əhatə edir. Bu zaman sümük qalınlaşır, 
sümük qatlar yaranmağa başlayır. Daxili qatdakı qığırdaq 
sorulur, sümük iliyi boşluğu yaranır. Xarici qat yeni-yeni 
lövhələrlə qalınlaşır və sümük eninə boy atır. Embrional 
inkişafın müəyyən mərhələsində epifizdə sümükləşmə gedir. 
Uzun müddət epifiz və diafiz sahələrində qığırdaq zona, - 


94 
plastik sahə qalır və o, sümüklərin uzununa böyüməsini təmin 
edir. 
Sümükləşmə prosesinin normal getməsi üçün keyfiyyətli 
və kəmiyyətli qidalar qəbul olunmalıdır. Qidanın tərkibində P 
və Ca duzları olmadıqda, sərtləşmə baş vermir. Sümükləşmə 
dövründə A vitamini çatışmazsa, o zaman sümük üsküyünün 
damarları daralır, sümük toxumasının əmələ gəlməsi zəifləyir. 
C vitamini çatışmadıqda sümük lövhələr yaranmır, D vitamini 
olmadıqda isə fosfor və kalsium mübadiləsi pozular və raxit 
xəstəliyi yaranar, borulu sümüklər əyilər və deformasiya 
gedər, sümüyün kimyəvi tərkibi və quruluşu dəyişər

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin