OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə55/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   68
Ar2018-2944 (1)

 
 
8.1. Yaş dövrlərində sümüyün xassələri 
Sümükləşmə embrional dövrdə, ilkin sümükləşmə 
nüvələrinin əmələ gəlməsi ilə başlayır. Sümükləşmə ən çox 
doğulduqdan sonra davam edir. Bu nüvələrə ikinci nüvələr 
deyilir. Skeletin tam sümükləşməsində 806 sümükləşdirici 
nüvə iştrak edir. 
Kəllə qutusunun sümüklərinin əsas hissəsi ana bətnində, 
bəziləri isə doğulduqdan sonra sümükləşir. İkinci nüvələr 
birinci nüvələrə nisbətən ən çox gövdə skeletində olur. Yaşlı 
insanlarda sümüklərin sayı 14 yaşlı uşaqlardakından azdır: 
böyüklərdə - 206, 14 yaşlılarda - 356 sümük vardır. Buradan 
aydın olur ki, 14 yaşdan sonra bəzi sümüklər bir-biri ilə 
birləşirlər. 
Körpələrin sümüyündə qığırdaq çox olur. Bu dövürdə 
sümük üsküyü qalın, damarlarla zəngindir. Apatit kristalları 
kiçik ölçülü, kollagen sapların diametiri azdır. Yenicə 
formalaşan sümüklərin tərkibin-də 50% su olur. Buna görə də 


95 
sümük toxuması sərt olmur, elastik və yumşaq olduğundan 
asanlıqla formasını dəyişir. 
Skeletin 
hər 
şöbəsinin 
özünə 
məxsus 
inkişaf 
xüsusiyyətləri vardır. 
Kəllə qutusunun yaş xüsusiyyətləri. Embrional inkişafın 
2-ci ayında kəllə qutusu differensasiyaya uğrayır. Kəllə 
sümükləri birinci və ikinci yollar əsasında inkişaf edir. 
Doğulduqdan 
sonra 
kəllə 
sümüklərinin 
hamısında 
sümükləşmə nüvələri vardır və onların inkişafı və bir-biri ilə 
birləşməsi postembrional (doğulduqdan sonra) dövrdə davam 
edir. Körpələrin beyin sahəsi, üz sahədən 8 dəfə çox, yetkin 
insanlarda isə 2-2,5 dəfə çox olur. İki yaşlı uşaqlarda bu 
göstəricilər 1:6, 5 yaşda – 1:4, 10 yaşda 1:3 nisbətindədir
Körpələrin kəllə sümükləri arasında 3 mm-lik boşluq 
vardır, orada birləşdirici toxuma vardır. Ora tikiş zolağı 
deyilir. Postembrional dövrün sonrakı inkişaf mərhələrində, o 
azalır və yox olur. 30 yaşlı insanlarda kəllə qutusu tam 
sümükləşmişdir. 
Yenicə doğulmuş körpələrdə sümüklərin kənarları hələ də 
tam sümükləşməmişdir, orada birləşdirici toxuma vardır. 
Kəllədə ön, arxa və yan bulaqlar vardır. Ön sahə – alın bulağı 
– 2,5-5,0 sm -dir, 6 aylıq körpələrdə kiçilir, 1,5-2 yaşlı 
uşaqlarda tam sümükləşir. Arxa bulaq ənsə sahəsindədir, ənsə 
və təpə sümüklərinin arasında yerləşir, ölçüsü l sm. Doğuluş-
dan 4-8 həftə sonra sümüklərinin birləşdiyi sahədədir 
körpələrin ömrünün ilk həftəsində sümükləşir. 
Körpələrin ənsə sümüyü 4 sümükdən təşkil olunmuşdur. 
Gıcgah 3 sümükdən, alt çənə 2 yarım hissədən, alın sümüyü 
2, xəncərvari sümük isə bir-biri ilə birləşmiş, cism və qanadlı 
sümüklərdən təşkil olunmuşdur. Alt çənənin yarım dairələri 
2-3 yaşında, ənsə 4-5 yaşında, xəncərvari 13 yaşında 


96 
birləşirlər. Alın sümüklərinin birləşməsi 3 yaşın sonunda, 7-8 
yaşda birləşmə tam başa çatır. 
Körpələrin kəllə qutusunun sümükləri, yaşlı insanlara 
nisbətən, 8 dəfə nazikdir. Bir yaşında qalınlaşma 3 dəfə artır. 
Körpələrin kəllə qutusunun həcmi ½: 6-ayda 1/2, 2 yaşmda 
2/3 dəyişir. 10-12 yaşlı uşaqlarda kəllənin həcmi çox az artır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin