8.2. Skelet əzələlərinin qurluşu
Skelet əzələlərinin makro və mikro quruluşu. İnkişafın
ilk mərhələsindən başlayaraq əzələ inkişaf edir. Bətndaxili
inkişafın 8-ci həftəsində bütün skelet əzələlərinin inkişafı
müşahidə edilir, 10 həftəlik rüşeymdə əzələ vətərləri
formalaşır. Embional dövrün 2-ci ayında əzələlər uyğun
sinirlərlə təmin olunur. Hərəki sinir ucları isə 4-cü ayda
formalaşır.
Əzələ liflərinin inkişafı miofibrillərin miqdarından
asılıdır. Bu zaman zolaqlar və nüvələr əmələ gəlir. Əzələ
saplarının yaranma sürəti bütün sahələrdə eyni olmur.
Əvvəlcə dil, dodaq, qabırğa arası, kürək əzələləri və
diafraqma formalaşır. Sonradan yuxarı ətrafın əzələləri və ən
sonda aşağı ətraf əzələləri yaranır.
Körpələrin əzələ kütləsi, bədən çəkisinin 23,3%-ni
böyüklərdə isə 44,2% -ni təşkil edir. Onlarda vətərlər əzələ
sahəsinin bir qismini, yetkinlərdə isə bir qədər çox olur.
98
Əzələdaxili arakəsmələri birləşdirici toxuma təşkil edir. Eninə
zolaqlı əzələlərin nüvəsi çox və ovalvardir. Körpələrin əzələ
sapları bir-birindən fərqlənmir. Embrional inkişafın 6-cı
ayında sarko-lemma yaranır.
Postembrional dövrdə skelet əzələlərin makro- və mikro
quruluşunda dəyişkənlik yaranır. Əzələlərin yetkinlik
dərəcələri müxtəlifdir. Funksional fəal olan əzələlər sürətlə
artır, əzələlərin kütləsi inkişaf dövründə 21%-dir. 8 yaşlı
uşaqlarda - 27,2%, cinsi yetkinlik dövründə – 32,6% 17-18
yaşında – 44,2% təşkil edir. Körpələr doğulduqdan sonra
gövdə əzələlərinin kütləsi, digər sahələrlə müqayisədə 40%
artır.
Yuxarı ətrafın əzələləri, məşqdən asılı olaraq 23-25
yaşlarında ən yaxşı inkişaf edir. Yüksək hərəkət edən
orqanlarda həm kütlə, həm də əzələ liflərinin diametri xeyli
artır
Əzələ sapları 23-25 yaşa qədər xeyli uzanır. Gərilmə
zonalarında nüvələrin sayı artır. 15-18 yaşlı uşaqlar məşq
etmədikdə, əzələ saplarının uzanması dayanır. Əzələ
saplarının diametri 35 yaşa qədər artır. Orqanizmin boy və
inkişafından asılı olaraq, əzələ saplarının diametri dəyişir.
Əzələ saplarının sürətli inkişafı cinsi yetkinlik dövründə
müşahidə edilir. 6 aylıq uşaqların ikibaşlı əzələ saplarının
diametri 17-19 mkm: 2-3 yaşda – 20-22 mkm: 9-12 yaşda –
20-25:
böyüklərdə 41-58 mkm-dir. Yaşa dolduqca
miofibrillərin sayı artır. Körpələrin əzələ sapında 50-120
miofirill: 1,5 yaşlı da – 100-250; 3-4 yaşlıda – 500- 600; 7
yaşlıda – 1500-2000-dir.
|