Cinsiyyət vəzilərinin daxili sekreator fəaliyyətində
androgen və estrogen hormonları həm kişi həm də qadın
fərdlərində sintez olunur. Lakin bu hormonların miqdarı
onlarda eyni deyilməsələn kişi fərddinin sutkalıq sidiyində
androgenin miqdarı 3-10 mkq- a estrogenlərin miqdarı isə 5-
15 mkq bərabərdir. Qadınların sutkalıq sidiyində 3-10 mkq
androgen olduğu halda estrogenlərin miqdarı isə 18-36mkq
çatır. Müxtəlif yaş dövlərində cinsiyyət hormonlarının qanda
və sidikdə olan konsentrasiyası xeyli dəyişir. Bununla
əlaqədar olaraq insanın cinsiyyət yetişkənlik prosesini 5 əsas
mərhələyə bölmək olar:: I Uşaqlıq mərhələsi emrional
dövrün 8- ci həftəsində müşahidə olunur, lakin embrional
mərhələlərində zəif inkişaf edir. Rüşeym halında qalır.
Uşaqlıq mərhələsi oğlanlarda 10 yaşınadək qız uşaqlarında isə
8 yaşınadək davam edir. II yetkinlik mərhələsi Bu dövrdə
cinsiyyət vəziləri bədən kütləsinin böyüməsi sürətinə vəonun
formalaşmasına stimullə edici təsir göstərir.Oğlanların
cinsiyyət vəzilərində toxum borucuqları böyüməsi və
genişlənməsi ilə yanaşı interstesial yəni inkreotro
toxumasının inkişafı müşahidə edilir. Spermatozidlərə rast
gəlinir. Qızların yumurtalığında folikulların inkişafı
sürətlənir. Yeni yetməlik mərhələsi oğlanlarda 14-17 yaşadək
qızlarda isə 12-16 yaşadək davam edir. III Gənclik mərhələsi
92
ikinci cinsiyyət əlamətlərinin sürətlənməsi ilə xarakterizə
olunur. BU zaman gənc oğlanlarda cinsi əlaqəyə girmək
qabiliyyəti yaranır. Qızların qanında və sidiyində
estrogenlərin
miqdarının
dəyişməsi
hallarına
rast
gəlinir.Gənclik mərhələsinin ikinci yarısında menstruasiyalara
hər ay təsadüf edilir. Bununlada cinsiyyət tsikli yaranır.
Gənclik mərhələsi oğlanlarda 18-21 yaş qızlarda isə 17-20
yaşadək davam edir. IV ahıl yaş mərhələsi və qocalıq
dövründə orqanizimdə bütün endokrin vəzilərin o cümlədən
cinsiyyət vəzilər kəskin dərəcədə zəifləyir. Kişilərdə 45-55
yaşdan
başlayaraq
androstreonun
və
ələxsus
degidroandrosteronun qan plazmasında və sidikdə olan
miqdarı tədricən enir. Yetmiş yaşında bu hormonların
konsentrasiyası xeyli azalır. H.H.Əsədov, İ.U.Rəhimov,
F.H.Əsədov.
Uşaq
orqanizminin
anatomiyası
və
fiziologiyasının yaş xüsusiyyətləri. Dərslik. Bakı – 2008.
|