Orta əsrlər fransa



Yüklə 36,28 Kb.
səhifə6/6
tarix09.03.2022
ölçüsü36,28 Kb.
#53528
1   2   3   4   5   6
fransa

JAKLAR ÜSYANI

1358-ci il may ayının axırlarında Fransa tarixində ən böyük kəndli üsyanı—Jakeriya başlandı. Şəhərlərin inkişafı və pul rentasının hökmranlığı kəndlilərin istismarının şiddətlənməsinə gətirib çıxarmışdı. Dövlət vergiləri artmışdı. 1348-ci ildə Fransaya minlərlə əhalini tələf edqş taun xəstəliyn («qara ölum») üz verdi. Əhalinin azalması əmək haqqını artmasına, bu da öz növbəsində, əmək haqqının artmasına qarşı, qanunlar verilməsinə səbəb oldu. Bu qanunlar kənd və şəhər əhalisinin ən yoxsul təbəqələrinə xüsusilə ağır təsir göstərdi. Bütün bu şərait elə öz-özlüyündə xalq üçün kifayət qədər ağır idi. Müharibə onu daha da ağırlaşdırdı.

Paytaxtın mühasirəsinə hazırlaşan dofin ətraf yerlərin kəndlilərini qəsrləri möhkəmləndirməyə və onları orzaqla təmin etməyə məcbur etdi. Bu, xalqın səbr kasasını daşdıran axırıncı damcı oldu. Mayıi 28-də Bovezi vilayətində (Parisdən şimalda) kəndlilər zadəgan dəstəsi ilə toqquşma zamanı bir neçə cəngavər vldürdülər ki, bu da üsyana işarə oldu. Üsyan qeyri-sürətlə Şimali Fransanıi bir çox vilayətlərin — Bovezini, Pikardiyanı, İl-de-Fransı, Şampanı əhatə etdn. Başlıca olaraq kəndlilər üsyana qalxmışdılar; kənd sənətkarları, xırda tacirlər, kənd keşişləri də onlara qoşulmuşdular.

Üsyançılar «jak»lar (o zaman kəndli üçün adi hesab olunan «södəlevh Jak» ləqəbindən) adlandırıdılar.

Üsyan lap əvvəldən sərt xarakter aldı: jaklar zadəgan qəsrlərini dağıdır, feodal mülkəlləfiyyətləri siyahılarını məhv edir, feodalları qırır, «dünyada bütün zadəganların kökünü kəsib özləri ağa olmağa» çalışırdılar. Müasirlərinin məlumatlarına görə bütün vilayətlərdə üsyançıların ümumi sayı təqribən 100 min nəfərə çatırdı.

Bəzi şəhərlər açıq surətdə kəndlilərin tərəfinz keçdilər; digərlərində üsyançılar yoxsul şəhərlilərin rəğbətindən istifadə etdilər. Paytaxtın dofin tərzfindən mühasirasinə mane olmağa çalışan parislilər köməyə bir neçə dəstə göndərib Paris ətrafındakı bir çox qəsrlərin dağıldılmasında jaklara kömək etdilər. Lakin şəhərlilərlə kəndlilərin əsl ittifaş yaranmadı.


Üsyan Bovezidə çox geniş vüsət aldı. Birləşmiş kəndli dəstələrinə dünyagörmuş və hərbi işlə tanış olan Gilyom Kal başçılıq edirdi. İyunun 8-də kəndlilər Mello yaxınlığında Zalım Karlın qoşunları ilə qarşılaşdılar. Navarra kralı olan Zalım Karl Navarra və ingilis cəngavərləri ilə Fransa taxtını ələ keçirmək üçün Parisə tələsirdi. Kəndlilər və cəngavər dəstələri tam döyuş hazırlığı vəziyyətində iki güı qarşı-qarşıya durub gözlədilər. Lakin jaklzr sayca üstün olduqları üçün Zalım Karl barışıq təklif etdi və özünü Etyen Marselin müttəfiqi adlandıraraq kəndlilərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Kralın cəngavər sözünə Kal danışığlar üçün onun yanına gəldi. Lakin o, namərdcəsinə yaxalandı. Bundan sonra cəngavərlər sərkərdələrindən məhrum olmuş kəndlilərin üzərinə tökülüşüb onları qəddarcasına darmadağın etdilər. Kilyom Kal və yoldaşları işgəncə ilə edam olundular. Bununla da Bovezidə üsyan sona yetdi. Əsas etibarilə, dağınıq kəndli dəstələrinin fəaliyyət göstərdiyi başqa vilayətlərdə iğtişaşlar 1358-ci ilin avqustuna qədər davam etdi. Səciyyəvidir ki, kəndliləri məğlub etmək üçün yerli zadəganların qüvvələri kifayət etmədi və hər yerdə kral dəstələri köməyə çağırıldı. Üsyan yatırıldıqdan sonra zadəganlar kəndlilərə amansız divan tutdular: kəndlər edam meydanlarına çevrildilər, cərimə və təzminat yükü altında qaldılar. Lakin qələbə çalmalarına baxmayaraq feodallar üsyan zamanı çanlarına düşmüş dəhşətli qorxunu uzun zaman yaddan çıxara

Jakeriyanın aqibəti də feodalizm dövründə labüd olaraq məğlubiyyətlə sona yetən başqa kəndli üsyanlarının adi aqibəti kimi oldu.


Jakeriya feodal münasibətlərinin artıq başlanmış olan dağılmasını daha da sürətləndirdi. Əmtəə istehsalının artması, kəndli təsərrüfatının müstəqilliyinin və onun bazarla əlaqələrinin möhkəmlənməsi, pul rentasının inkişafı – Jakeriyadan sonra bütün bu proseslər fransız kəndində daha artıq sürətləndi və dərinləşdi. kəndlilər feodalizm quruluşunu dağıda bilmədilər və məğlub edildilər. Lakin onların fədakar mübarizəsi senyorların feodal istsismarını artırmaq cəhdlərinin qarşısını xeyli aldı və kəndlinin şəxsi azadlığının, onun təsərrüfatının daha da inkişaf etmək imkanını qoruyub saxladı.

Kəndlilərin darmadağın edilməsi, eyni zamanda, Paris üsyanının sonu demək idi. İyunun sonunda dofin böyük bir ordu ilə Paris divarlarına yaxınlaşdı. Başqa şəhərlərdən kömək almaq ümidini itirən Etyen Marsel, Zalım Karlın gətirdiyi ingilis dəstələrinin şəhərə buraxılmasına razılıq verdi. Bu parislilərin hiddətinə səbəb oldu. Etyen Marselin tərəfdarlarının çoxu ondan üz döndərdi. İyunun sonunda isə onudəfinin tərəfdarları öldürdülər. Dofin Parisə daxil oldu və üsyanın əsas iştirakçılarına divan tutdu. Baş məclisin tədbirləri ləğv olundu. 0 yenidən, ancaq kralın istəyindən asılı olaraq, müharibəyə vəsait ayrılması üçün səsvermə məqsədilə çağırılmağa başladı.
Yüklə 36,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin