Orta əsrlər fransa



Yüklə 36,28 Kb.
səhifə2/6
tarix09.03.2022
ölçüsü36,28 Kb.
#53528
1   2   3   4   5   6
fransa

Kralin hakimiyyeti

XII əsrdə Fransada dövlətin mərkəzləşməsi 1 ci prosesi başlanır. Əvvəlcə həmin proses Şimali Fransada genişləndi. Kralların mərkəzləşdirmə siyasəti mütərəqqi hadisə idi. Kral hakimiyyəti ölkənin məhsuldar qüvvələrini sarsıdan feodal özbaşınalığına qarşı mübarizə aparır, şəhərlərvn, sənətkarlıq və ticarətin inkişafına keməg göstərirdi. Buna görə də şəhərlər kral hakimiyyətini müdafiə edir, iri feodallara qarşı mübarizədə tez-tez onun müttəfiqi olurdular. Bu siyasətin oleyhdarı iri feodallar idilər. XII əsrin əvvəli kral hakimiyyətinmn inkişafı prosesində denuş dövrüdür. VI Lüdoviq (1108—1137) və onun kansleri Sukern kral mülkündəki feodalların müqavimotnnə son qoydular .VII Lüdovnqin zamanında (1137—1180) Bruj və Sans şəhərlərinin birləşdirilməsi hesabına kral mülkləri genisləndi. 1154-cü ildə fransız feodallarından biri — Anju qrafı Henrix Plantakent İngiltərə kralı oldu. Onun Fransadakı mülkləri—Anju, Men, Türen, Normandiya, Puatu, sonralar isə Akvitaniya (Henrix Akvitaniyalı Alionora ilə evləndikdən sonra) fransız kralının mülklərindən bir neçə dəfə böyük idi.

Kapetinqlərlə Plantakenetlər arasında rəqabət II Filipp Avqustun zamanında (1180—1223) xüsusilə qızışdı. Mahir siyasətçi və diplomat olan II Filipp bütün diqqəti Plantakenetlərlə mübarizəyə yönəltdi. O, on böyü müvəffəqiyyəti ingilis kralı Torpaqsız İoannla mübarizədə qazandı. II Flipp ingilis kralının Fransadakı bütün mülklərini müsadirə olunmuş elanq etdi və Normandiyanı ələ keçirdi (1202—1204). İoannın zorakılığından hiddətlənmiş Normandiya baronları və şəhərliləri Fransa kralına kəskin müqavimət göstərmədilər. Bundan sonra II Filipp ingilis krallarının Fransadakı başqa mülklərini də işğal etdi. Plantagentlərin əlində yalnız Puatunun; bir hissəsi və Akvitaniya hersoqluğu qaldı. İtirilmiş vilayətləri geri qaytarmağa cəhd göstərən İoann: Almaniya imperatoru IV Ottonu, Flandriya qrafını və bəzl iri fransız feodallarını öz tərəfinə çəkdi. Lakin fransızlar 1214-cü ildə Laroş-o-Muan (Anjer yaxınlığında) və Buvin (Flandriyada) yaxınlığında baş vermiş vuruşmalarda ingilisləri və onların müttəfiqlərini darmadağın etdilər. Beləliklə II Flipp öz işğallarını möhkəmləndirdi. O, şəhərlərin kral hakimiyyətinə no qədər böyük fayda verə biləcəyini özünün bütün sələflərindən daha yaxşı başa düşdü və onlarla öz ittifaqını möhkəmləndirməyə çalışdı. Onun bir sıra şəhərlərə verdiyi çoxlu kommuna fərmanları bunu sübut edir.

II Filippdən başlayaraq kralların keçirdikləri islahatlar mərkəzi aparatın — Kral şurasının yaradılmasına, həmçinin yerli idarəçiliyin təşkilinə gətirpb çıxarırdı. Kralların əski zamanlardan bori hərdənbir çağırdıqları on iri kral vassalları şurası ilə yanaşı, indi, əlahiddə Kral şurası yarandı. Bu kral yanında fəaliyyət göstərən daimi təsisat idi. Kral torpaqları nndi ayrı-ayrı mahallara bölunmüşdu. həmin mahallara prevolar başçılıq edirdilər. Prevolar əvvəllər krpal mülklərinin idarəçiləri idilər. Mahallar birləşərək daha iri vahidlər əmələ gətirirdilər ki, unlar da balyajlar adlanırdılar. Balyajlara kral məmurları olan balyilər başçılıq edirdilər. II Filippin zamanında kral mülklərinə birləşdirilmiş torpaqları xüsusi kral məıurları—seneşallar idarə edirdilər. Kral, bir qayda olaraq, seneşalları, öz tərəfina çəkmək məqsədilə, onları yerli iri feodallar içərisindən təyin edirdi, Kral məmurları ancaq onlara tapşırılmışl mahalları idarə etməklə məşğul olmurdular. Onlar müstəqilliyini saxlamış feodalların işlərinə qarışır, bütün vassallarının krala hərbi xidmət göstərməsinə nəzarət edir, krəlın öz himayəsinə götürduyu şəhərlərin hüquqlarını müdafiə edirdilər.


ALBİQOY MÜHARİBƏLƏRİ

Cənub vilayətlərində valdenslər və katarların təriqətçi təlimlərinin yayılmasında biruzə verdi. Bu təlimlər antifeodal istiqamətə malik idilər. XII əsrin ortalarında onları ümumi adla – «albiqoyçular» (təriqətin baş mərkəzi olan Albi şəhərinin adı ilə) adlandırmağa başladılar. Albiqoyçular bu dünyanı və katolik kilsəsinin əzünu şsytan əməli hesab edirdilər; əsas kilsə ehkamlarını rədd edirdilər; kilsə iyerarxiyası, kilsə torpaq sahibliyi və desyatinin ləğv olunmasını tələb edirdilər. Dini örtuk altında şəhərlərin daha da inkişaf etməsinə mane olan feodallara qarşı, ilk növbədə, katolik kilsəsinə qarşı mübarizə başlanmışdı. Albiqoyçuların əsas kütləsi şəhərlilər idilər. 1209-cu ildə papa III İnnogenti albiqoyçulara qarşı Şimali Fransa yepiskopları və onların vassallarının papa nümayəndəsinin başçılığı altında «xaç yürüşü»nü təşkil edə bildi. Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye, Karkasson və b.) alındı və qarət olundu. Onların əhalisi isə qılıncdan keçirildi. Müre yaxınlığındakı vuruşmada (1213) xaçlılar həllednci qələbə qazandılar. Tuluzalı Raymond yalnız Tuluza, Nim, Boker və Ajanı öz əlində saxlaya bildi; başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi. O həlak olduqdan sonra (1218) Cənubu tabe etyiək uğrunda müharibəyə Fransa kralı VIII Lüdoviqin özü qarışdı. 1224-cü və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o, Tuluza qraflığını və Aralıq dənizi sahil boyu torpaqların bir hissəsini (1229) kral mülklərinə birləşdirdi. Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar. Akvitaniya isə Plantagentlərin əlində qaldı.



Yüklə 36,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin