Orta əsrlər fransa



Yüklə 36,28 Kb.
səhifə5/6
tarix09.03.2022
ölçüsü36,28 Kb.
#53528
1   2   3   4   5   6
fransa

1356-1358 PARİS ÜSYANI

Puatye yaxınlığında məğlubiyyət ölkənin düşməndən müdafiəsini təşkil sdə bilməyən zadəganlar və krala qarşı xalqın qəzəbinə səbəb oldu. Buna görə də əsirlikdə olan kralın oğlu dofin (Fransada taxt-tac vəlihədi belə adlanırdı) Karl vəsait toplamaq məqsədi ilə 1356-cı ilin oktyabrında Baş ştatlar çağırdıqda, Puatye yaxınlığındakı məğlubiyyətdən sonra zadəganların zəifləməsi nəticəsində nüfuzu xeyli artmış şəhərlərin nümayəndələri mühüm islahatlar keçirilməsini tələb etdilər; onlar tələb edirdilər ki, Kral şurası üzvləri və dixər iri vəzifəli adamlar istefa versinlər; bütün işlərin .aparılması ştatların 28 deputatından ibarət xüsusi komissiyaya verilsin; bu komissiyanın razılığı olmadan dofinin orduya əmr vermək, məmurları vəzifəyə qoyub çıxarmaq hüququ yox ldi. Ştatlar yeni gəlir vergisi qoyulmasını da tələb etdi. Yeni təsbit olunacaq vergi zadəganların da alınması idi. Özü də zadəganlardan şəhərlilərə nisbətən daha çox vergi alınmalı idi.

Dofin bu tələbləri yerinə yetirməkdən imtina etdi. Belə olduqda Parisdə çaxnaşma başlandı. Parislilərə şəhər bələdiyyə idarəsinin başçısı tacirbaşı Etyen Maroel rəhbərlik edirdi. Dofin yenidən ştatlara müraciət etməyə məcbur oldu. Baş ştatlar 1357-ci ilin martında toplandı və geniş islahatlar planı tərtib etdi. Bu islahatlar «Böyük mart ordonansı» adını aldı. Ordonansa görə dofinin əlində yalnız məhdud icra hakimiyyəti qalırdı; ştatlar müstəqil surətdə, onun icazəsi olmadan, ildə iki dəfə toplanmalı, barışıq və sülh bağlamağa qədər bütün ən mühüm məsələləri özü həll etməli idi. Baş ştatlar kral müşavirlərini tə*yin etməli, səsvermə əsasında vergiləri böluşdürməli və toplamalı idi. Dofinin bütün hərəkətlərinə Baş ştatların təyin etdiyi komissiya nəzarət etməli idi, Bu komissiyaya "Etyen Mar.selin tərəfdarları daxil edildilər. Lakin bu uzun çəkmədi.

Paytaxtın başçı rolunun hamı tərəfindən qəbul edilməsinə bazsmayaraq, başqa şəhərlər hakimiyyətin Parisin əlinə keçməsindən narazı idilər. Dofin bu vəziyyətdən istifadə etdi. O, şəhərləri kəzib öz ətrayına cəngavərlər toplamağa başladı; onun məqsədi pul yardımı almaq üçün Parisdən kənarda Baş ştatlar çağırmaq idi.

1358-ci ilin fevralında Parisdə yenidən, əsasən Parisin yuxarı dairələrini təmsil edən, Baş ştatlar toplandıqda aydın oldu ki, o ölkədə öz nüfuzunu itirmişdir. Belə olduqda Etyen Marsel dofini özünə zorla tabe etmək qərarına gəldi. O, 1358-ci il fevralın 22-də meydana silahlı sənətkarlar topladı; özü isə bir neçə tərəfdarı ilə birlikdə saraya getdi. Sarayda dofinin öz yanında onun iki ən yaxın müşaviri — marşallar Şampanlı və Normandiyalı öldürüldülər. Etyen Marsel bərk qorxmuş dofinin başına öz köy — qırmızı (Paris şəhərinin rəngi) papaqını qoydu ,ona salamat qalacağını vəd etdi və onu öz himayəsinə götürdü. Ertəsi gün dofin Parisin yuxarı dairələrinin nümayəndələrini öz Şura,sına qəbul etməyə razılıq verdi və Baş ştatların təşəbbüsü ilə verilmiş ordonansı təsdiq etdi. Lakin bir aydan sonra paytaxtdan qaçdı və Parisin mühasirəsi üçün hazırlaşmağa başladı.


Yüklə 36,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin