Orta əsrlər fransa


SİLKİ MONARXİYANIN YARANMASI



Yüklə 36,28 Kb.
səhifə4/6
tarix09.03.2022
ölçüsü36,28 Kb.
#53528
1   2   3   4   5   6
fransa

SİLKİ MONARXİYANIN YARANMASI

IV Filppp zamanında Fransada silki nümayəndəlik təşəkkül etdi. Hələ XIII əsrdə krallar, başlıca olaraq, maliyyə məsələlərini həll etmək üçün şəhərlərdən və ya cəngavərlərdən nümayəndələr çağırmışdılar. Ayrı-ayrı vilayətlərin öz yerli silki məclisləri — «ştatlar»ı vardı. Bu moçlislər vnlayət işlərinə və yerli vergi qoyma məsələlərinə baxırdılar. 1302-ci ildən başlayaraq ştatlar, getdikcə daha tez-tez, çağırıldı. Kral torpaqlarını əhatə edən bütün vilayətlərin silklərinin nümayəndələri iştirak etdikdə həmin ştatlar Baş .ştatlar adlanırdı. Lakin XIV—XV əsrlərdə Baş ştatlar, hər halda, niobətən az-az çağırılırdı. Cənubda ən çox, ayrılıqda, .Langetok ştatları, şimal vilayətlərində isə Langetoyi ştatları çağırılırdı. Bunlarla yanaşı bir çox vilayət ştatları da çağırılırdı. Bütün üç silkin hər biri ayrı-ayrılıqda məclisə toplanırdı. Onların hər biri əlahiddə palata təşkil edirdi,



Birinci silkin palatası – ruhanilər — adətən, arxiyepiskoplardan, yepiskoplardan böyük monastırların abbatlarından ibarət idi.

İkinci silk — zadəganlar —ancaq orta və xırda cəngavərlərin nümayəndələrindən ibarət idi; onlar kral hakimiyyətinin təbii dayağı idilər. Dünyəvi əyanlar, ümumiyyətlə, heç bir palatanın üzvü deyildilər; hersoqlar və qraflar ştatların iclası zamanı kralın əhatəoində olur

Üçüncü palatada (XV əsrin sonlarından bu palata «üçüncü silk»in palatası adlanmağa başladı) «mehriban şəhərlər»in nümayəndələri — merlər və şəhər şuralarının üzvləri, yəni şəhərlərin ən varlı və ən nüfuzlu adamları iclas edirdilər. Hər palatanın, ancaq bir səsi vardı və ştatların qərayş da, bütövlükdə, palataların səslərinin nisbətindən asılı idi.

Baş ştatlar müntəzəm fəaliyyət göstərən siyasi orqana çevrilmədi. Onu ancaq kral özü istədikdə çağırır və burada kralın təklif etdiyi proqram muzakirə olunurdu. Ruhanilər və zadəganların rolu bununla bitirdi ki, onlar öz torpaqlarında yaşayan kəndlilərdən krala kral talyası adlanan vergi toplamağa icazə verirdilər.

Fransada silki — nümayəndəli məclislərin qəti olarat təşəkkül etməsi ilə feodal dövlətinin yeni formasının — XII— XIII əsrlərdəki Fransa dövlətinə nisbətən daha mərkəzləşmiş olan silki monarxiyanın (və ya silki nümayəndəli feodal morarxiyasının) əmələ gəlmsi prosesi də başa çatdı.
YÜZİLLİK MÜHARİBƏ BAŞLANĞICI 1337-1453


Yüzillik müharibə, əsasən, ingilis krallarının hakimiyyəti altında olan cənub-qərbi Fransa torpaqları uğrunda mübarizədən ibarət idi. Müharibənin >ilk illərində Flandriya üstündə rəqabət də az rol oynamadı. Hər iki ölkənin mənafeyi burada toqquşurdu. Fransa kralları varlı Flandriya şəhərlərini özlərinə tabe etmək niyyətindən daşınmamışdılar. Flandriya şəhərləri isə İngiltərənin köməyi ilə öz müstəqilliklərini saxlamağa çalışırdılar. Bu şəhərlər iqtisadi baxkmdan İngiltərə ilə sıx bağlı idilər.

Sonralar əsas hərbi əməliyyat meydanı (Normandiya ilə yanaşı) Cənub-Qərb, yəni keçmiş Akvitaniyanın ərazisi oldu.

Müharibə üçün bilavasitə bəhanə ingilis kralı III Eduardın (IV Gözəl Filippin qadın xətti ilə nəvəsi) sülalə iddiaları oldu. 1328-ci ildə IV Filippin axırıncı oğlu öldü; III Eduard özünün Fransa taxtına yiyələnmək hüququ olduğunu bildirdi. Lakin Fransada Kapetinqlərə qohum nəslin yaşlı nümayəndəsi VI Filipp Valua (1328—1350) kral seçildi. III Eduard öz hüquqlarına silah yolu ilə müvəffəq olmaq qərarına gəldi. Müharibə 1337-ci ildə başlandı.

İngilislər həm dynizdə (1340-cı ildə Sleys yaxınlığında—Flandriya sahillərində), həm də quruda (1346-cı ildə Kresyi yaxınlığında — Pikardiyanın şimalında) qalib gəldilər ki, bu da onlara 1347-ci ildə onlara Kaleni almaq imkanı verdi.

1356-cı ildə, ingilisleri Puatye yaxınlığında fransızlar haqladılar. Fransa ordusu sayca ingilis ordusundan qat-qat çox idi. Lakin onun vahid komandanlığı yox idi. İngilislər cəngavərlərin müdafiə etdikləri oxçuların mahir manevrləri nəticəsində qalib gəldilər. Fransızlar çox ağır məğlubiyyətə düçar oldular. Cəngavərlərin ən yaxşı hissəsn həlak oldu və ya əsir düşdü. Kral Xeyirxah İoann (1350—1364) da əsir alındı. Fransanın ağır dövrü başlandı.


Yüklə 36,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin