Orta əsrlər fransa


Fransa 13 cü əsrdə 9cu Lüdovikin islahatları(1226--1270)



Yüklə 36,28 Kb.
səhifə3/6
tarix09.03.2022
ölçüsü36,28 Kb.
#53528
1   2   3   4   5   6
fransa

Fransa 13 cü əsrdə 9cu Lüdovikin islahatları(1226--1270)

IX Lüdoviqin (1226—3270) krallıq illərində, kral hakimiyyətinii guclənməsi bir sıra mühüm islahatlarla təsbit olundu. İslahat nəticəsində kral torpaqlarında məhkəmə duelləri – təkbotək vuruşmaları (yəni möhkəmə iddiasını tərəflər arasında təkbətək vuruşma ilə həll etmək) qadağan olundu; bu usuldan senyor məhkəmələrində geniş istifadə olunurdu. İslahata əsasən iddiaçılara işlərini kral məhkəməsinə keçirmək imganı verilirdi. Hər hansı feodal məhkəməsinin qərarından kral məhkəməsinə şikayət verilə bilərdi. Beləliklə, kral məhkəməsi bütün krallığın ərazisində məhkəmə işləri üzrə ali mərhələyə çevrilirdi. Bütöv bir sıra ən mühüm ci!(ayət işlərinə baxılması feodal məhkəmələrinin ixtiyarıidan alındı. Həmin işlərə ancaq kral məhkəmələrində baxıla bilərdi.


Mərkəzi idarəçilik daha da inkişaf edirdi. Kral şurasından əlahiddə məhkəmə palatası ayrıldı. Bu palata «parlament» adlandı. Mərkəzi orqanlarla yerli hakimiyyət orqanları arasında əlaqə yarətmaq məqsədilə kral müfottişləri təyin olundular. IX Lüdoviq kral torpaqlarında feodallar arasında müharibəni qadağan etdi Kral torpaqlarında vahid sikkə sistemi tətbiq olundu. Xarici siyasət sahəsində IX Ludoviq Fransanın Aralıq dəzşzi hövzəsində mövqeyini möhkəmləndirnəyə cəhd göstərdi, O qardaşı Anjulu Karla Cənubi İtaliya və Siciliyaya yiyələnməkdə kömək etdi; Misirdə və Tunisdə möhkəmlənməyə cəhd göstərdi (Yeddinci və Səkkiznnci xaç yürüşləri). Lakin bu cəhd uğursuz oldu.
Beləliklə, XI— XIII əsrlərdə Fransada feodal dövlətinin inkişafı bir sıra mərhələlərdən keçdi. Feodal pərakəndəliyi, əvvəlcə, şəhərlərin inkişafı və vilayətlər arasında iqtisadi əlaqələrin güclənməsi əsasında, ölkənii şimal hissəsində aradan qaldırıldı. İri ticarət — sənətkarlıq mərkəzina və siyasi mərkəzə çevrilən Paris Fransanın paytaxtı oldu. Lakin Plantagenlərdə mübarizə dövlətin mərkəzləşməsi prosesini mürəkkəbləşdirir və ləngidirdi, Cənub vilayətlərinin bir hissəsi Kapetinqlərin mülklərinə sonralar, ölkənin şimal hissəsi, artıq, Paris və kral hakimiyyəti ətrafında kifayət qədər möhkəm birləşdikdən sonra qatıldı.
FRANSA 14CÜ ƏSRİN ƏVVƏLLƏRİNDƏ

IV Gözəl Filipp (1285—1314) Flandriya qraflığını da ölkəyə birləşdirməyə cəhd göstərdi.IV Filipp bu şəhərlərin daxilində gedən mübarizəyə qarışdı – patrisiatın tərəfində durdu. O, əvvəlcə burda öz hakimiyyətini bərqərar edə bildi. Lakin onun tətbiq etdiyi ağır vergilər, tezliklə, geniş xalq hərəkatına səbəb oldu. Flandriya sexlərinin fransızdara qarşı mübarizəsi, həm də onların yerli patrisiata qarşı mübarizəsi ilə çulğaşdı. 1301-ci ildə ,ən mühüm ticarət — sənaye mərkəzinin — Brukge şəhərinin sənətkarları üsyana qalxdılar; onlar hakimiyyəti ələ keçirə bildilər. Fransızlar bu üsyanı yatırdılar. Lakin tezliklə həmin üsyan yeni vusətlə alovlandı. 1302-ci ildə Brükkenin səhər ibadəti deyilən hadisə baş verdi – fransız qarnizonu və yerli patrisilər qılıncdan keçirildi. Bu bütün ölkənin ayağa qalxması və Fransa kralının hökmranlığını devirməsi üçün bir işarə oldu. Bu hərəkatda təkcə şəhər sənətkarları deyil, kəndlilər də iştirak edirdilər. Belə ki, Fransa ağalığı ümumiyyətlə feodal zülmünü gücləndirmişdi.

IV Filipl öz ordusunu Flandriyaya qarşı yeritdi. Kurtre yaxınlığında baş verən döyüşdə (1302) Flandriya sənətkarları və jəndlilərinin piyada könüllu qoşunları fransız cəngavərlərini dəhşətli məğlubiyyətə uğratdılar. Fransızlar Flandriyanı tərk etməyə məcbur oldular. Sonrakı hərbi əməliyyatlar və diplomatik danışıqlar nəticəsində IV Filipp ancaq bir neçə Flandriya şəhərini əldə saxlaya bildi. IV Filipp kilsə torpaqlarına da vergilər qoymağa başladı. Bu papa VIII Bonifasinin kəskin etirazına səbəb oldu. 1296-cı ildə kralla papa arasında açıq münaqişə qalxdı.
Papa əleyhinə geniş publisistika meydana gəldi. IV Filipp özünə geniş arxa qazanmaq məqsədilə 1302-ci ildə Baş ştatlar çağırdı. Baş ştatlarda üç silk (ştat) – ruhanilər, zadəganlar və şəhərlilər təmsil olundular. Zadəganlar və şəhərlilər bütün məsələlərdə kralı müdafiə etdilər; ruhanilər papanın addiaları ilə əlaqədar olaraq qeyri-müəyyən mövqe tutdular. IV Filipp papanın tələblərinə tabe olmayacağı halda opun kilsədən xaric olunduquiü elan etməli idi. 1305-ci pldə IV Filippil tpzyiqi ilə fransız ruhanisi V Kliment adı ilə papa seçildi. 1309-cu ildə o, öz sarayını Rona sahilindəKİ Avinyon şəhərinə köçürdü. Papalar 1378-ci ilədək burda qaldılar (papaların Avinyon əsarəti illəri deyilən dövr). Avinyon kral torpaqlarına daxil olmasa da palalar, faktiki olaraq, fransız krallarından asılı hala düşdülər. Bundak istifadə edən IV Filipp əvvəllər papalığın xüsusi himayə altında saxladığı, əsləmçiliklə məşğul olan çox varlı ruhani-cəngavər cəmiyyətini (ordenini) ləğv edə bildi və onun xəzinəsini müsadirə etdi.


Yüklə 36,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin