Şeyx Fəxrəddin Əbü’l-Həsən Əli ibn Yunis ibn Mahmud Əhəri
Təsəvvüf əhlinə mənsub mühəddis idi. İbnü’l-Fuvati onun yaşadığı dövrün böyük
təsəvvüf alimlərindən biri olduğu qeyd etmişdir. Alim h. 664-cü ildə (1266) Marağaya
gəlmiş və bu şəhərdə yaşamışdır. O, daim sükut edir
587
, sadəcə ondan nəsə soruşulanda
cavab verirdi
588
. Ölüm tarixi qeyd olunmamışdır.
Şeyx İmadəddin Əbü’l-Fəzl Fəzlullah ibn Hüseyn ibn Əbdüləziz Əhəri
Mühəddis və təsəvvüf əhlinə mənsub şeyx idi. Şeyx İmadəddin Fəzlullah alim, zahid və
saleh insan idi. O, Əhərdəki məşhur təsəvvüfçü şeyxlərin nəslindən idi. Ömər ibn
Əbü’l-Hüseyn əl-Əştəridən hədis dərsləri almışdı. Onun Əhərin Babi-Kaşan səmtində
möhkəm divarlarla əhatə olunmuş zaviyəsi var idi. İbnü’l-Fuvati h. 659-cu ildə (1261)
bu zaviyəni gördüyünü qeyd etmişdir. Şeyx İmadəddin Fəzlullah Əhəri həcc üçün yola
çıxmış, Bağdada, oradan da Məkkəyə getmişdir. Həcc ziyarətindən sonra bir müddət
Məkkədə qalmış və hədis dərsləri vermişdi. Onun dərslərini dinləmiş tələbələr arasında
mühəddis Rüknəddin Əbü’l-Qasım Əbdürrəhman əl-Məkki də olmuşdur
589
. Ölüm
tarixi qeyd olunmamışdır. XII-XIII əsrlərdə yaşamışdır.
Şeyx Şihabəddin Mahmud ibn Əhməd Əhəri
Şafi’i məzhəbinə mənsub fəqih və fütüvvət şeyxi idi. h. 580-ci ilin şaban ayında (noyabr
1184) dünyaya gəlmişdi. Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə
Azərbaycanın tanınmış alim, zahid və abidlərindən biri olan şeyx Şihabəddin Mahmud
Azərbaycan mədrəsələrində təhsil alandan sonra təhsilini davam etdirmək üçün
təqribən h. 606-cı ildə (1209) Bağdada getmişdi. Bağdadda azərbaycanlı şeyx
587
Bu bir növ susma orucu olmalıdır. Şeyx Fəxrəddin Əli Əhəri hədis alimi olduğu üçün dilin insanın başına bəla
olan iki əsas bədən üzvündən biri olduğu haqqındakı çoxsayılı hədisləri sözsüz ki, yaxşı bilirdi.
588
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 263.
589
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 806-807.
Rüknəddin Şücasi ilə tanış olub ona intisab etmiş, müridi olmuşdu. Şeyx Şihabəddin
Mahmudun ‚Eşqnamə‛ adlı əsəri olduğu bilinir. Şeyx Şihabəddin Mahmud Əhəri h.
665-ci ildə (1267) vəfat etmiş və Əhərdəki öz xanəgahında dəfn edilmişdi. Bu gün
qəbrinin mövcud olduğu məqbərə, məscid və xanəgah təqribən XIII əsrin axırlarında
inşa edilmiş, sonrakı əsrlərdə bir neçə dəfə əsaslı təmir edilmişdi.
Cəlaləddin Abdullah ibn Abdullah Ərdəbili
Hənəfi məzhəbinə mənsub fəqih idi. İraqın tanınmış alimlərindən dərs almış, təhsilini
başa vurandan sonra Qahirəyə getmişdi. əl-Əşrəf mədrəsəsinin müdərrisi olmuşdu.
Həmçinin Misirdə qaziəsgər
590
idi. H. 807-ci ilin ramazan ayında (mart 1405) Qahirədə
vəfat etmişdi
591
.
Əbu Zur’ə Əbdülvəhhab ibn Muhəmməd ibn Əyyub Ərdəbili
Hənəfi məzhəbinə mənsub fəqih idi. Çox ibadət edən, zahid bir şəxs idi. İranın Fars
vilayətində h. 415-ci il rəcəb ayının 5-i (11 sentyabr 1024) vəfat etmişdi
592
.
Şeyx Müinəddin Əbu Cə’fər Ömər ibn Muhəmməd ibn Xıdır Ərdəbili
Təsəvvüf şeyxi və tarixçi idi. Mosulda anadan olmuş və bu şəhərdə böyümşüdü. Daha
sonra Suriyaya gedərək burada məskunlaşmış və h. 570-ci ildə (1175) Dəməşqdə vəfat
etmişdi. Atabəy Nurəddin Mahmud Zəngi
593
(1146-1174) şeyx Müinəddin Ömər
Ərdəbiliyə dərin hörmət və ehtiram bəsləyir, onu himayə edirdi. Müinəddin Ömər
Ərdəbili Muhəmməd peyğəmbərin (م) dövündəki İslam tarixinə dair ‚Vəsilətü’l-
Mütəəbbidin fi Sirəti Seyyidi’l-Mürsəlin‛ adlı əsərin müəllifi idi
594
.
Qazi İmadəddin Əhməd ibn İsmayıl Ərdəbili
590
Qaziəsgər və ya qaziüləsgər-hərbi işlər üzrə hakim.
591
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 736-737.
592
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68.
593
İmadəddin Zənginin Mosulda qurduğu Zəngilər dövləti (1127-1234) onun ölümünən (1146) sonra oğulları
arasında bölüştürülmüşdü. I Seyfəddin Ğazi və Qütbədin Məvdud Mosul atabəyi, Nurəddin Mahmud isə Hələb
atabəyi olmuşdu.
594
BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 454; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 573.
Qazi İmadəddin Əhməd Ərdəbil şəhərinin qazilərinin nəslindən idi. Onun mənsub
olduğu ailə raşid xəlifələrdən Ömər ibn Xəttab (ا) və Əli ibn Əbu Talibin (ا) öz dəsti-
xəttləri ilə yazdıqları məktublara sahib idi və nəsildən nəslə ötürərək bu məktubları
mühafizə edirdilər. Qazi İmadəddin Əhməd, Şihabəddin Sührəvərdi
595
və mühəddis
Əbü’l-Xeyr Qəzvininin (1118-1194) tələbəsi olmuşdu. O, Əbü’l-Xeyr Qəzvinidən
Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) ‚Şərhü’s-Sünnə‛ adlı çoxcildli hədis
külliyatını dinləmişdi
596
.
Şeyx Cəmaləddin Abdullah Ərdəbili
Hənəfi məzhəbinə mənsub fəqih idi. Elmi ilə yanaşı fəziləti və salehliyi ilə də məşhur
olmuşdu. Misirdə Sürqatmışiyyə mədrəsəsində müəllim işləmiş, daha sonra
Canıbəkiyyə mədrəsəsinə müdərris təyin olunmuşdu. Cəmaləddin Abdullah vəfatına
qədər bu mədrəsədə dərs vermişdi. Alim h. 869-cu ilin şaban ayında (aprel 1465) vəfat
etmişdi. Vəfatından sonra Canıbəkiyyə mədrəsəsi müdərrisliyinə onun yetişdirdiyi
alimlərdən şeyx Xeyrəddin əl-Şunişi təyin olunmuşdu
597
.
Cəmaləddin Muhəmməd ibn Əbdülqəni Ərdəbili
Öz dövrünün məşhur filoloq və ədəbiyyatşünaslarından biri idi. Qənizadə ər-Rumi adı
ilə tanınan alim həmçinin hənəfi məzhəbinə mənsub fəqih və müfəssir idi. ‚ər-Rumi‛
nisbəsi ilə tanınması onun Anadoluda yaşadığı ehtimalını gücləndirir. Cəmaləddin
Muhəmməd Ərdəbili h. 980-1036-cı (1572-1627) illərdə yaşamışdır. Alim ‚Haşiyə ələ
Ənvari’t-Tənzil li’l-Bəyzavi‛, ‚Ənvar fi’l-Fiqhü’ş-Şafi’i‛, ‚Şərhü’l-Unmuzəc fi’n-Nəhv‛
adlı əsərlərin müəllifi idi. Bu sonuncu əsəri Əbu’l-Qasım Carullah Zəməxşərinin ərəb
filologiyasına dair ‚Unmuzəc fi’n-Nəhv‛ əsərinə yazmış şərh idi
598
. Türkiyənin əlyazma
595
Buradakı şəxsin şeyx Şihabəddin Ömər Sührəvərdi (öl. 1234) yoxsa ‚məqtul‛ ləqəbli filosof Şihabəddin Yəhya
Sührəvərdi (1155-1191) olduğunu dəqiqləşdirmək mümkün olmamışdır. Ehtimal ki, söhbət şeyx Şihabəddin Ömər
Sührəvərdidən gedir.
596
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 656-657.
597
Şəmsəddin Əbü’l-Xeyr Muhəmməd ibn Əbdürrəhman əs-SƏXAVİ, Zəvu’l-Lami’ fi Üləmai’l-Qərnü’t-Tasi’, C. II, s.
463, Əmman 1992.
598
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 417; ZİRİKLİ, Ə’lam, C. VI, s. 298; KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s.
270. Katib Çələbi və ona istinadən Xeyrəddin Zirikli Cəmaləddin Ərdəbilinin h. 647-ci ildə (1249) vəfat etdiyini qeyd
etmişdirlər. Fikrimizcə Katib Çələbi yanılmışdır, burada Ömər Rza Kəhhalənin verdiyi məlumat daha doğrudur.
əsər kitabxanalarında Cəmaləddin Ərdəbilinin ‚Şərhu Unmuzəc fi’n-Nəhv‛inin
yüzlərlə nüsxəsi mövcuddur. Paris milli kitabxanasında isə əsərin dörd nüsxəsi
saxlanılır
599
. Bu da əsərin uzun müddət mədrəsələrdə dərslik kimi oxudulduğunu
göstərir.
Qazi Kəmaləddin Musa ibn Abdullah ibn Mahmud ibn İsmayıl Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, Mosulda seyyid Rüknəddinin tələbəsi olmuş,
ondan fiqh elmini öyrənmişdi. İbnü’l-Fuvati onun h. 714-cü (1315) ildə Sultaniyyədəki
əl-Qazaniyyə mədrəsəsinin müdərrisi olduğunu yazmışdır. Müəllif həmçinin qeyd edir
ki, o, qazi Kəmaləddin Ərdəbilidə vəzir Rəşidəddin Qəzvininin ‚Cəmiü’t-Təvarix‛ adlı
əsərini görmüş və bu əsərlə ilk dəfə belə tanış olmuşdu
600
. Qazi Kəmaləddin Ərdəbilinin
ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.
Şeyx Sənanəddin Ərdəbili
Təsəvvüf əhlindən xəlvətiyyə təriqətinə mənsub şeyx idi. Təsəvvüf yoluna mürşidi şeyx
Çələbi Xəlifə
601
vasitəsi ilə qədəm qoymuşdu. İstanbuldakı ilk xəlvətiyyə xanəgahı olan
Qoca Mustafa paşa xanəgahında irşad, mənəvi tərbiyə və ibadətlə məşğul olmuşdu.
Çələbi Xəlifə bu xanəgahın ilk şeyxi olmuşdur. Şeyx Sənanəddin Ərdəbili zahid və abid
insan idi. H. 951-ci ildə (öl. 1554) qaldığı zaviyədə vəfat etmişdi
602
. O, sufilərin rəqs və
səma mərasimlərinə dair ‚Risalə fi Dövranü’s-sufiyyə‛ adlı əsəri ərəb dilindən türkcəyə
tərcümə etmişdir. Bu tərcümənin bir nüsxəsi Qahirədə, Misir milli kitabxanası türkcə
əlyazmalar bölməsində saxlanılır.
Əbü’l-Qasım Hibətullah ibn Abdullah ibn Əhməd ibn Cə’fər əl-Kəmmuni Ərdəbili
Çünki onun təfsirinə şərh yazdığı qazi Nasirəddin Bəyzavi 1289-cu ildə vəfat etmişdi. 1249-cu ildə ölmüş bir şəxsin
özündən 40 il sonra vəfat edəcək alimin əsərinə şərh yazması mümkün deyil. Bundan başqa, yuxarıda qeyd
etdiyimiz kimi, Cəmaləddin Ərdəbili həmçinin ‚Qazizadə‛ soyadı ilə tanınmışdır. Bu cür soyadlarına daha çox
Osmanlı imperatorluğundakı alim və bürokratlarda rast gəlinir.
599
Mac Guckin DE SLANE, Catalogue des Manuscrits Arabes, s. 650, 652, Paris 1883-1895.
600
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
601
Çələbi Xəlifə və Camal əl-Xəlvəti kimi adlarla tanınmış şeyx Hamidəddin Muhəmməd Ağsarayi (öl. 1494)
Xəlvətiyyə təriqətinin tanınmış şeyxlərindən idi.
602
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 317.
Yaşadığı dövrdə şafi’i məzhəbinin tanınmış fəqihlərindən biri idi. Qəzvin
mədrəsələrində hədis və fiqh dərsləri almışdı. Qəzvində fəqih Əbu Zur’ə Abdullah ibn
Hüseyn ibn Əhməd, qazi Əbdülcabbar ibn Əhməd
603
kimi alimlərdən dərs almışdı
604
.
Əbü’l-Qasım Hibətullah Ərdəbilinin ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.
İshaq ibn Əhməd Ərdəbili
Hənəfi məzhəbinə mənsub mütəkəllim idi. Sultan IV Muradın hakimiyyəti dövründə
(1623-1640) Osmanlı imperatorluğunun tanınmış kəlam alimlərindən biri idi. O, İbn
Nuceym kimi məşhur olmuş kəlam alimi Zeynəddin ibn İbrahim əl-Misrinin (1562) ‚əl-
İşbah və’n-Nəzair‛ adlı əsəninə şərh mahiyətində yazılmış ‚Risalə ələ’l-İşbah və’n-
Nəzair‛ adlı əsərin müəllifi idi. İshaq Ərdəbili h. 1055-ci ildə (1645) vəfat etmişdir
605
.
Şeyx Əlaəddin Əli ibn Qasım Ərdəbili
Şafi’i məzhəbinə mənsub qari idi. Fələstinin əl-Xəlil şəhərində yaşamışdı. Kəmaləddin
ibn Əbi Şərifin tələbəsi olmuşdu. O, Qur’ani-Kərimin tərtillə oxunması, qiraətdə təcvid
qaydalarına riayət edilməsində öz dövrünün mahir qarilərindən idi. Bundan başqa ərəb
dilinin qrammatikası, fəraiz, fiqh və riyaziyyat sahələrində də dərin biliyə malik idi.
İmam Şatibinin qiraət məktəbinin davamçılarından biri hesab olunurdu. Alim h. 896-cı
ilin rəbiələvvəl ayında (yanvar 1491) əl-Xəlildə vəfat etmişdi
606
.
Cəmaləddin Abdullah ibn Muhəmməd Həsən ibn Xıdır əl-Gürani Ərdəbili
Şafi’i məzhəbinə mənsub müfəssir və mütəkəllim idi. Güran
607
qəsəbəsində dünyaya
gəldiyi üçün həmçinin əl-Gürani nisbəsi ilə tanınırdı. Kəlam sahəsindəki dərin elmi
603
Qazi İmadəddin Əbdülcabbar Əbü’l-Həsən ibn Əhməd Əstərabadi (öl. 1024) mö’təzilə məzhəbinin tanınmış
alimlərindən biri idi.
604
RAFİ’İ, Tədvin, C. IV, s. 134.
605
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 339.
606
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 97.
607
Ərəbcə *ٕانًٞ+, farscada isə *
گ
ٕانٝ + formasında yazılan bu yer adını Güran, Kuran və ya azərbaycan türkcəsinə
uyğun şəkildə Goran kimi oxumaq mümkündür. Güran adı ilə iki yaşayış məntəqəsi bilinir. Bunlardan biri İranın
İsfərayin şəhəri ətrafındakı, digəri isə yenə də İrandakı Şəhrizur yaxınlığındakı kənddir. Lakin məlum olduğu kimi
Azərbaycanda da, Goranboy rayonunda, Goran adlı yaşayış məntəqəsi var. Cəmaləddin Abdullah Ərdəbilinin
Goranda anadan olması da mümkündür. əl-Gürani nisbəsi ilə məşhur olan başqa bir alim mövlana Şəmsəddin
Əhməd ibn İsmayıl Güranidir (öl. 1488). Osmanlı tarixində qısaca Molla Gürani kimi tanınan kürd mənşəli bu alim
biliyi və fəziləti ilə şöhrət tapmışdı. Dəməşqdə Səidü’s-Süəda xanəgahının şeyxliyinə
təyin olunmuş, burada tələbələrə təfsir dərsləri vermiş, əl-Məzhəriyyə təfsirini
oxutmuşdu. Alim h. 894-cü (1489) ildə Suriyada vəfat etmişdi
608
.
Əllamə Tacəddin Əbü’l-Həsən Əli ibn Abdullah ibn Əbu Bəkr Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih idi. Ərdəbildə doğulub böymüşdü. Daha sonra Təbrizə
gedərək bu şəhərin mədrəsələrində təhsil almışdı. Təhsil almaq məqsədiylə İranın
Şəhrizur şəhərinə gedərək bir müddət burada yaşamışdı. Daha sonra Azərbaycana
qayıdaraq Marağa və Sultaniyyədəki mədrəsələrdə təhsil almış, buradakı alimlərdən
müxtəlif elm sahələrinə dair bilikləri öyrənmişdi. O, Qütbəddin Mahmud Şirazi və
Şəmsəddin ibnü’l-Müəzzindən hədis, Rüknəddin əl-Hədisidən ərəb filologiyası və fiqh,
Nizaməddin ət-Tusidən xitabət və bəyan, seyyid Burhanəddin Übeydullahdan hikmət
və məntiq, Əlaəddin Ne’man əl-Xarəzmidən xilaf, Kəmaləddin Həsən İsfəhanidən
hesab, həndəsə və astronomiya, Səlahəddin Musadan cəbr, şeyxüzzaman Siracəddin
Həmzə Ərdəbilidən fiqh dərsləri almışdı. Həmçinin şeyx Fəxrəddin Carullah əl-
Cəndəraninin yanında Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) hədis elmlərinə dair
‚Şərhü’s-Sünnə‛ və ‚əl-Məsabih‛ adlı əsərlərini oxumuşdu
609
. Səlahəddin Səfədi
Tacəddin Əli Ərdəbilinin şeyx Rüknəddin Sücasi, şeyx Qütbəddin Əbhəri, şeyx
Şihabəddin Ömər Sührəvərdi kimi azərbaycanlı fütuvvət ərbabının əsərlərini
oxuduğunu və onların mənəvi irsinin davamçısı olduğunu qeyd etmişdir
610
. Tacəddin
Əli Ərdəbili təhsilini başa vurduqdan sonra Bağdada getmişdi. Bir müddət Bağdadda
qaldıqdan sonra həcc ziyarəti üçün Hicaza səyahət etmişdi. Həcc ziyarətindən sonra h.
722-ci ildə (1322) Misirə gedərək Qahirədə əl-Hüsamiyyə-Toruntayi
611
mədrəsəsinin
müdərrisi olmuşdu. Yaşadığı dövrdə Misir Məmlüklü dövlətində fiqh, fiqh üsulu,
sultan Fateh II Mehmedin (1451-1481) şahzadəlik illərində müəllimi və tərbiyəçisi olmuşdu. Müasir dövrdə isə
İranda yaşayan əlillahiləri ‚goran‛ adlandırırılar. Lakin bunun əl-Gürani nisbəsi ilə bir əlaqəsi ola biləcəyi ehtimalı
yoxdur.
608
Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Nəzmü’l-İqyan fi İ’yanü’l-Əyan, s. 99, Beyrut 2001.
609
Səlahəddin Xəlil ibn Aybək SƏFƏDİ, Ə’yanü’l-Əsr və Ə’vanü’n-Nəsr, C. III, 407-408, Dəməşq 1998.
610
Yenə orada.
611
Hüsaməddin Toruntay-Misir Məmlüklü sultanı Mənsur Seyfəddin Qələvunun (1279-1290) hakimiyyəti dövründə
səltənət naibi olmuşdu. Türk mənşəli bu dövlət xadimi öz adı ilə tanınan mədrəsəni də həmin dövrdə inşa
etdirmişdi.
təfsir, hədis və ərəb filologiyası üzrə qabaqcıl alimlərindən biri kimi tanınmışdı.
Bundan başqa o, tibb, cədəl, riyaziyyat, həndəsə və məntiq elmlərində də dərin biliyə
malik idi. Əl-Hüsamiyyə mədrəsəsində onun dərslərində çox sayıda tələbə iştirak
edirdi. Tacəddin Əli Ərdəbili müxtəlif elm sahələrinə dair bir sıra əsərlərin müəllifi idi.
Bunlardan biri də İbn Hacib Düveyninin əsərinə yazdığı ‚Şərhu-Kafiyyə‛
612
adlı
şərhdir. Onun qələmə aldığı bir digər əsər ‚Haşiyə ələ Şərhü’l-Haviü’s-Səğir‛
613
adlanır.
‚Müxtəsər Ulumü’l-Hədis li İbnü’s-Səlah‛ də Tacəddin Əli Ərdəbilinin qələmindən
çıxmış hədis elmlərinə dair əsərdir. O, həmçinin riyaziyyata dair ‚Təzkirə fi’l-Hisab‛
adlı əsərin də müəllifi idi. Alim h. 746-cı ilin ramazan ayında (yanvar 1346) Qahirədə
vəfat etmişdi
614
.
Əbü’l-Fəzl Mahmud ibn Əhməd ibn Muhəmməd Ərdəbili
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Bağdadda Nizamiyyə mədrəsəsndə
təhsil almışdı. Təhsilini başa vurandan sonra Bağdadda qalmış və Kəmaliyyə
mədrəsəsində müdərris olmuşdu. Tədrislə məşğul olduğu dövrdə Bağdadda əl-Qəsr
camesində təşkil olunan elmi diskussiyalarda iştirak edirdi. Əbü’l-Fəzl Mahmud
Ərdəbili h. 625-ci (1228) ildə Bağdadda evinin həyətindəki quyuya yıxılaraq ölmüşdü
615
.
İbrahim ibn Cəbrayıl Ərdəbili
Mühəddis idi. Qəzvində təhsil almış, Əli ibn Muhəmməd ibn Məhruyə Qəzvini və
Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Quttandan (öl. 1231) hədis dinləmişdi
616
. Ölüm
tarixi məlum deyil. XIII əsrdə yaşamışdır.
Vəfa ibn İbrahim Ərdəbili
612
Bu əsərin tam adı belədir ‚Məbsutü’l-Əhkam fi Təshih ma Yətə’lləq bi’l-Kəlm və’l-Kəlam min Şərhu-Kafiyyə
İbnü’l-Hacib‛.
613
əl-Haviü’s-Səğir-Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i fiqhinə dair qələmə aldığı əsərdir.
614
Təqiyəddin Əhməd ibn Əli əl-MƏQRİZİ, Kitabu’s-Süluk fi Mərifəti-Düvəl və’l-Müluk, C. II, s. 122, Beyrut 1997;
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 466; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, 407-408; BAĞDADLI İsmayıl Paşa,
İzahü’l-Məknun fi’z-Zeyli ələ Kəşfü’z-Zünun, (Nşr. M. R. Kilisli-Yaltkaya Ş), C. II, s. 269, İstanbul 1945.
615
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 73; Tacəddin Əbdülvəhhab ibn Əli əs-SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra,
(Nşr. M. ət-Tənnahi-əl-Hülv Ə), C. VIII, s. 203, Qahirə 1976.
616
RAFİ’İ, Tədvin, C. II, s. 112.
Mühəddis idi. Qəzvin və Tustər şəhərlərində təhsil almış, Xəlil ibn Əbdülcabbar və Əbu
Sə’d Əhməd ibn Əbdülvacid ibn Əhməd Kirmanidən hədis dinləmişdi
617
. Ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
İsmayıl ibn Əhməd ibn Muhəmməd əl-Bədri Ərdəbili
XIV əsrdə Şam vilayətində yaşamış fəqih idi. İsmayıl Ərdəbili dua və zikrlərə dair
‚Ənisü’l-Qülub və Qayətü’l-Mətlub‛ adlı əsərin müəllifi idi. Ölüm tarixi bilinmir. H.
863-cü ildə (1362) həyatda olmuşdu
618
.
Tacü’s-Səidi Mir Əbü’l-Fəth Muhəmməd ibn Əmin əs-Səidi Ərdəbili
XV əsrdə Osmanlı imperatorluğunda yaşamış hənəfi məzhəbinə mənsub əxlaq
nəzəriyyəçisi, mütəkəllim və riyaziyyatçılardan idi. Türk riyaziyyatçı və astronom
Səlahəddin Musa Qazizadə Ruminin (öl. 1437) tələbəsi olmuşdu. Mir Əbü’l-Fəth
Ərdəbili bir sıra əsərlərin müəllifi idi. ‚Haşiyə ələ Şərhu li’r-Risalətü’l-Əzudiyyə fi
Adabü’l-Bəhs‛, ‚Haşiyə ələ Şərhu li’Əşkalü’t-Tə’sis fi’l-Həndəsə‛, ‚Haşiyə ələ Kuçək‛,
‚Risalə fi Məqulati’l-Əşr‛, ‚Haşiyə ələ Şərhü’t-Təbrizi‛, ‚Haşiyə ələ Qismü’l-Məntiq‛
Muhəmməd əs-Səidi Ərdəbilinin qələmindən çıxmış əsərlərdir. Qazizadə Rumi
Şəmsəddin Muhəmməd ibn Əşrəf əs-Səmərqəndinin ‚Əşkalü’t-Tə’sis fi’l-Həndəsə‛
adlı əsərinə şərh yazmış, Mir Əbü’l-Fəth Ərdəbili də bu şərhə haşiyə yazmışdır.
‚Haşiyə ələ Şərhu li’r-Risalətü’l-Əzudiyyə fi Adabü’l-Bəhs‛ isə tanınmış azərbaycanlı
alim mövlana Muhyəddin Muhəmməd Qarabağinin (öl. 1535) Əzudəddin əl-İcinin
əsərinə yazdığı şərhə yazılmış haşiyədir. Bu əsərin nüsxələrindən biri AMEAƏİ-nun
fondunda mövcuddur
619
. Türkiyənin əlyazma əsər kitabxanalarında bir neçə nüsxəsi
mövcud olan ‚Haşiyə ələ Qismü’l-Məntiq‛ Sə’dəddin Təftazaninin (öl. 1390)
‚Təhzibü’l-Məntiq və’l-Kəlam‛ və Cəlaləddin Dəvvaninin (öl. 1502) buna yazdığı
‚Şərhu Təhzibü’l-Məntiq‛ adlı əsərindəki məntiq elminə dair qismlərə yazılmış
haşiyədir
620
. Onun məntiqə dair məşhur əsərlərindən biri də ‚Haşiyə ələ Risalətü’l-
617
RAFİ’İ, Tədvin, C. IV, s. 198.
618
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 359.
619
ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 138-139.
620
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 142.
Hənəfiyyə‛dir. Bu əsərin Türkiyə əlyazma əsər kitabxanalarında yüzlərlə nüsxəsi var.
Bu da həmin əsərin uzun müddət mədrəsələrdə dərslik kimi istifadə olunduğunu
göstərir. ‚Haşiyə li’r-Risalətü’l-Əzudiyyə fi Adabü’l-Bəhs‛in əlyazma nüsxələrindən
biri Paris milli kitabxanasında saxlanılır
621
. Alimin ölüm tarixi məlum deyil. H. 875-ci
ildə (1470) həyatda olduğu bilinir. 1502-ci ildə vəfat etmiş Cəlaləddin Dəvvaninin
əsərinə haşiyə yazdığına görə ölüm tarixini XV əsrin sonu-XVI əsrin əvvəllərinə təsadüf
etmiş olmalıdır.
Dostları ilə paylaş: |