Şeyx Əbu Səlah Ərməniyyi
XII-XIII əsrlərdə Misirdə, Əyyubilər dövlətində yaşamış azərbaycanlı tarixçi,
coğrafyaşünas və sosioloq alimdir. Həyatı haqqında ətraflı məlumat yoxdur. Onun
695
Qəyravan-indiki Tunis şəhəri.
696
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 156. Yaqut əl-Həməvi bu
şəxsin adını ‚Əbu Abdullah İsa ibn Malik ibn Şimr Ərməniyyi‛ olaraq qeyd etmişdir.
697
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395.
698
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 139.
müəllifi olduğu ‚Tarix‛ adlı əsərin bilinən yeganə nüsxəsi Paris milli kitabxanasında
saxlanılır. Əsər Səlahəddin Yusif Əyyubinin (1169-1193) Misirdə hakimiyyətə gəldiyi
564-cü ildən (1169) başlayaraq Misirin coğrafiyası, yaşayış məntəqələri, əhalisi və tarixi
haqqında çox dəyərli məlumatları ehtiva edir. Xüsusilə də bu əsərdə Misirin xristian
əhalisi, monastır və kilsələri barədə nadir məlumatlar mövcuddur. Əsər tamamlanıb
başa çatdırılmamışdır
699
. Güman ki, şeyx Əbu Səlahın vəfatı buna mane olmuşdur.
Ölüm tarixi məlum deyil.
Əminəlmülk Hüseyn ibn Muhəmməd ibn Hüseyn Gəncəvi
Mühəddis idi. Hədis dinləmək üçün səyahətə çıxmış, Əbdülvəhhab ibn Məndə və ən-
Nə’alidən hədis dinləmişdi
700
. Ölüm tarixi məlum deyil.
Şeyx İmadəddin Əbu Abdullah Muhəmməd ibn Yusif ibn Əbdülmün’im Gəncəvi
Təsəvvüf əhlinə mənsub, fəzilət sahibi, əsilzadə şəxs idi. Şeyx İmadəddin Gəncəvi həm
də istedadlı şair idi. İbnü’l-Fuvati əsərində onun şerlərindən nümunələr qeyd
etmişdir
701
. Ölüm tarixi məlum deyil. Təqribən XIII-XIV əsrlərdə yaşamışdır.
Müfti Sənanəddin Yusif ibn Hüsaməddin ibn İlyas Gəncəvi
Hənəfi məzhəbinə mənsub müfəssir və fəqih idi. Onun adı və nisbəsi müxtəlif tarixi
mənbələrdə bir-birindən fərqli qeyd olunmaqdadır. Məsələn M. Sürəyya onun Gəncəli
olduğunu qeyd etmişdir
702
. Nişancı Mehmed paşa və İdrisi Bidlisi onun nisbəsini
‚Bərdəizadə‛ olaraq qeyd etmişdilər
703
. Taşköprülüzadə onun nisbəsini ‚Əcəmi‛ olaraq
qeyd etmiş və ‚O, Bərdənin qəsəbələrindən olan Gəncədən idi‛ yazmışdı
704
. Katib
Çələbi isə onun Seyyid Şərif Cürcaninin ‚Şərhü’t-Təcrid‛
705
adlı əsərinə haşiyə
699
DE SLANE, həmin əsər, s. 84.
700
ZƏHƏBİ, Müştəbih, s. 121; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 209.
701
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 856.
702
Mehmed SÜREYYA, Sicil-i Osmani, (Hzr. N. Akbayar), C. V, s. 1514, İstanbul 1996.
703
NİŞANCI, Hadisat, s. 160; Şərəfxan ibn Şəmsəddin BİDLİSİ, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. II, s.120, Moskva 1976.
704
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 184-185.
705
‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ və ya qısaca ‚Təcridü’l-Kəlam‛ adı ilə tanınan əsərin müəllifi Nəsrəddin Tusi (öl. 1274)
idi. Nəsrəddin Tusinin əqaidə dair mülahizələrini ifadə etdiyi bu əsərdə ‚imamət‛ mövzusu əhəmiyyətli yer
yazdığını qeyd etdikdən sonra nisbəsini ‚ət-Təbriziyü’l-Gəncəvi‛ olaraq qeyd
etmişdi
706
. Bəzən müəlliflərin bir-birinə zidd bu qeydlərindən alimin Bərdə şəhərində
dünyaya gəlib ilk təhsilini də orada aldığı qənaəti hasil edilmişdir
707
. Lakin həmin
qeydlərə diqqət yetirəndə Sənanəddin Yusifin ata və babalarının Bərdəli olduğu,
özünün isə Gəncədə anadan olub ilk təhsilini orada aldığı, daha sonra isə təhsilini
Təbriz şəhərində davam etdirdiyi nəticəsini çıxarmaq olar. Təbriz həmin dövrdə
Azərbaycan Ağqoyunlular dövlətinin həm paytaxtı, həm də elm və mədəniyyət
mərkəzi idi. Alimin müasirləri olan Nişancı Mehmed paşa (öl. 1571) və İdris Bidlisi (öl.
1521) onun haqqında məlumat verərkən nisbəsini ‚Bərdəizadə‛ yəni Bərdəlinin oğlu,
Bərdəlinin övladı kimi qeyd etmişdilər
708
. Bu da Sənanəddin Yusifin ata-babalarının
Bərdəli olduğu, özünün isə Gəncədə doğulub böyüdüyünü göstərir. Katib Çələbinin
onun haqqında məlumat verərəkən nisbəsini ‚ət-Təbriziyü’l-Gəncəvi‛ yazmasının
səbəbi isə Sənanəddin Yusifin müəllifi olduğu əsərləri yazarkən əsəri hansı şəhərdə
yazımşdırsa həmin şəhəri nisbə olaraq istifadə etməsindən irəli gəlir. İrəlidə ətraflı
məlumat verəcəyimiz kimi Sənanəddin Yusif uzun müddət Türkiyənin Amasiya
şəhərində yaşamış və bu şəhərin müftisi olmuşdu. Alimin Türkiyədəki əlyazma əsər
kitabxanalarında saxlanılar əsərlərinin böyük əksəriyyətində nisbəsi ‚əl-Amasi‛ olaraq
qeyd edilmişdi. Bu onun həmin əsərləri Amasiyada qələmə aldığını göstərir. Görünür
‚Haşiyə ələ Şərhi’t-Təcrid‛i Təbrizdə qələmə almış və nisbəsini də özü ‚ət-Təbriziyü’l-
Gəncəvi‛ kimi yazmışdır. Bununla yanaşı onu da qeyd edim ki, Katib Çələbi onun
‚Haşiyətü’ş-Şərhi’l-Fəraiz‛ adlı əsəri haqqında məlumat verərkən adını ‚Sənanəddin
tutmuşdur. Tusi burada ‚imamət‛ mövzusunu şiəlik nöqteyi-nəzərindən dəyərlindirmişdi. Tusidən sonra onun bu
əsərinə həm şiə, həm də sünni alimlər tərəfindən çox sayıda şərh, haşiyə və tə’liqat yazılmışdır. Nəsrəddin Tusinin
bu əsərdəki əqidəvi mülahizələrinin çürüdülməsi babında qələmə alınmış əsərlərdən Şəmsəddin Əbü’s-Səna
Mahmud İsfəhaninin (öl. 1349) ‚Təşyidü’l-Qəvaid fi Şərhi Təhriri’l-Əqaid‛, Seyyid Şərif Cürcaninin ‚Haşiyə ələ
Şərhi’t-Təcrid‛, Əli Quşçunun (öl. 1474) ‚Şərhü’t-Təcrid‛, Ağqoyunlu dövrü alimlərindən Cəlaləddin Muhəmməd
Dəvvaninin (1426-1502) ‚Rəsilü’l-Cəlaliyyə‛ adlı əsərlərinin adını çəkə bilərik. Osmanlı imperatorluğunun ilk
dövrlərində bunlardan ən məşhuru Seyyid Şərif Cürcaninin ‚Haşiyə ələ Şərhi’t-Təcrid‛ adlı əsəri olmuşdur. Başda
Fateh II Mehmed olmaqla Osmanlı sultanları bu əsərin mədrəsələrdə dərslik kimi tələbələrə oxudulmasını təmin
etmişdilər. Osmanlı imp-ğu alimlərindən bir çoxu bu əsərə haşiyə yazmışdılar. Bunlardan biri Sənanəddin Yusif
Gəncəvi, digəri isə onun müasiri və ‚Haşiyətü’l-Haşiyə ələ Şərhi’t-Təcrid‛in müəllifi olan Xətibzadə Mehmed
Qastamonidir (öl. 1495). Taşköprülüzadənin bəyan etdiyinə görə (bax: Şəqaiqü’n-Numaniyyə, s. 185) Sənanəddin Yusif
Gəncəvi, Xətibzadənin bu haşiyəsindəki bəzi fikirlərini tənqid etmişdir.
706
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1083.
707
Bilal DƏDƏYEV, ‚Osmanlı Eğitimine Katkıda Bulunan Bazı Azerbaycan Müderrisleri‛, Journal of Qafqaz
University, S. 26, Bakı 2009, s. 215-223.
708
NİŞANCI, yenə orada; BİDLİSİ, yenə orada.
Yusif əl-Bərdəi‛ olaraq qeyd etmişdir
709
. Şübhəsiz ki, Katib Çələbinin gördüyü
Sənanəddin Yusifə aid əlyazmanın özündə alimin adı məzh belə yazılmışdı. Həcc
ziyarəti üçün getdiyi Məkkədə qaldığı müddətdə türkcə qələmə aldığı ‚Məcmu’ fih
Kitaban‛ adlı əsərində isə müəllifin adı ‚Sənanəddin Yusif əl-Məkki‛ kimi qeyd
edilmişdi. Bu əsərin əlyazma nüsxəsi Səudiyyə Ərəbistanında, Kral Səud Universiteti
kitabxanasında saxlanılır və surəti şəxsi kitabxanamda mövcuddur. Aşağıda da
görəcəyimiz kimi Sənanəddin Yusifin qələmindən çıxmış əsərlərin böyük əksəriyyəti
özündən əvvəlki və ya özünün müasiri olan alimlərin əsərlərinə yazdığı haşiyələrdən
ibarətdir. Bu onun ‚əl-Muhaşşi‛, yəni haşiyəçi, haşiyə yazan ləqəbi ilə tanınmasına
səbəb olmuş, haqqında məlumat verən bir çox müəllif onun bu ləqəbini adının önünə
yazmışdır.
Bağdadlı İsmayıl paşa onun h. 893-cü ildə (1488) anadan olub h. 996-cı ildə (1588) vəfat
etdiyini qeyd etmişdir
710
. Alim haqqında məlumat verən digər mənbələrin heç birində
belə məlumat yoxdur və bu tamamilə yanlışdır. Yanıldığının ən əsas dəlili elə İsmayıl
paşanın öz əsərindəki başqa bir qeyddir. İsmayıl paşa Sənanəddin Yusifin oğlu
Muhəmməd Çələbi haqqında məlumat verərkən onun İstanbul Süleymaniyyə
mədrəsəsində müdərris ikən h. 989-cü ildə (1581) vəfat etdiyini qeyd etmişdir
711
.
Muhəmməd Çələbinin müdərris (rektor) ola biləcək yaşa çatmasına rəğmən atasının
ondan daha uzun ömr yaşadığını təxmin etmək xeyli çətindir. H. 893 (1488) tarixi
böyük ehtimalla alimin Azərbaycandan Anadoluya gəliş tarixidir. Bu sultan II Bayəzdin
(1481-1512) hakimiyyəti illərinə təsadüf edir. Bu tarix Ağqoyunluların hakimiyyəti
dövrünün sonlarına təsadüf edir ki, bu da Azərbaycan tarixinin ən qarışıq və daxili
çəkişmələrə səhnə olan dövrlərindəndir. Bu zaman bir çox tanınmış alim vətəni tərk
edərək Azərbaycandan ətraf müsəlman məmləkətlərinə getmişdilər. Sənanəddin Yusif
Osmanlı məmləkətinə gələndən sonra Bursadakı mövlana Xosrov mədrəsəsində dərs
vermişdi. Sonra İznikdəki bir mədrəsəyə müdərris, daha sonra isə Amasiya müftiliyinə
709
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 276.
710
BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 564. Bursalı Mehmed Tahir də mütfi Sənanəddin Yusifin ölüm tarixi və yeri
haqqında səhv məlumat vermişdir. Mehmed Tarihə görə alim h. 986-cı (1578) ildə İstanbulda vəfat etmişdir. Bax,
həmin əsər, C. II, s. 54-55. Ümuniyyətlə mənbələrdəki bir-birinə zidd məlumatlar ‚Sənanəddin Yusif Amasyəvi‛ adlı
iki ayrı şəxsin təqribən eyni dövrdə Osmanlı dövlətində yaşadığı fikrini oyadır.
711
BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 252.
təyin olunmuşdu. Amasiya müftisi olduğu dövrdə həmçinin Amasiyadakı sultan
Bayəzid mədrəsəsinin müdərrisi olmuşdu
712
. Əbdizadə Hüseynin bildirdiyinə görə
‚Mədrəsəyi-Sultaniyyə‛ kimi tanınan, 891-ci ildə (1486) Amasiyada sultan II Bayəzd
tərəfindən inşa etdirilmiş bu mədrəsənin belə bir xüsusiyyəti var idi ki, Amasiya
müftiliyinə təyin olunan şəxs həm də bu mədrəsənin müdərrisliyinə təyin olunurdu
713
.
Yəni belə demək mümkündürsə, müfti-müdərris hər gün məşğul olub həll etdiyi fiqhi
məsələlərin həm praktika və həm də nəzəriyyəsini tələbələrə göstərmək fürsəti əldə
etmiş olurdu.
Müfti Sənanəddin Yusifin ölüm tarixi haqqında iki əsas mülahizə mövcuddur. M.
Sürəyya onun h. 922-ci ildə (1516) vəfat etdiyini qeyd etmişdir
714
. Amasiya şəhərinin
tarixini yazmış Əbdizadə Hüseyn Hüsaməddin isə onun h. 913-cü ilin əvvələrində
(may-avqust 1507) yatağında qəflətən öldüyünü qeyd etmiş və ölümünün müəmmalı
olduğuna eyham vurmuşdu. Bununla bağlı Hüseyn Hüsaməddin maraqlı bir əhvalat
yazmışdır ki, xülasəsini burada nəql etmək yerinə düşəcəkdir. Əvvəla onu deyim ki,
son dövr Osmanlı tarixçilərindən olan H. H. Əbdizadənin (öl. 1939) əsərini tədqiq
edərkən onun ümumiyyətlə azərbaycanlılara qarşı münfi münasibət bəslədiyinin şahidi
oldum. Belə ki, ‚Tarixi-Amasiya‛ adlı əsərinin III cildinin 4-7 səhifələrini, ‚h. 736-cı
ildə Amasiya Əyanı və Azərilər‛ başlığı altında, azərbaycan türklərinə olan mənfi
münasibətinin açıqlamasına sərf edərək, əsassız iddialar ortaya atmışdır. Buna görə də
onun müfti Sənanəddin Yusif Gəncəvi haqqında verdiyi məlumatlara da ehtiyatla
yanaşmaq lazım olduğu fikrindəyəm. Çünki müəllifin özünün şəxsi qənaətlərini tarixi
hadisələrə əks etdirmə ehtimalı böyükdür. Beləliklə Əbdizadə sultan II Bayəzidin
hakimiyyəti illərində oğullarından şahzadə Əhmədin Amasiya canişini oluduğunu və
əcəmlərin, yəni iranlıların şahzadə üzərində dərin təsirə malik olduqlarını yazır.
Müəllif burada ‚əcəm‛ məfhumuna azərbaycanlıları da daxil etməkdədir. Bu nüfuz və
təsir nəticəsində başı şah İsmayıl Səfəvinin göndərdiyi hədiyyələrə və əyləncəyə
qarışmış şahzadə, şah İsmayılın Ərzincanı tutub talan etməsinə, hətta Amasiya
yaxınlığındakı Toqada qədər gəlib çıxmasına lazımi əhəməyyət verməmiş və bu
712
TAŞKÖPRÜZADƏ, yenə orada.
713
Hüseyn Hüsaməddin ƏBDİZADƏ, Tarix-i Amasya, C. I, s. 292, İstanbul 1327-1330.
714
SÜREYYA, yenə orada.
ərazilərin müdafiəsini təşkil etməmişdi. Əbdizadənin yazdığına görə bunun ən böyük
səbəbkarı əcəmlər idi. Bu acınacaqlı vəziyyəti görən amasiyalı şair Fəğani İshaq Çələbi
bir şer yazaraq Amasiyadakı əcəmləri həcv, şahzadəni isə tənqid etmişdi. Əbdizadənin
yazdığına görə əcəmlər şairin bu həcvini ‚həzm‛ edə bilməmiş və ondan qisas almaq
qərarına gəlmişdilər. Fəğani İshaq Çələbi şahzadə Əhmədin oğlu şahzadə Muradın
yaxın adamlarından, həmsöhbətlərindən biri idi. Nəticə çıxarmağı oxucunun öz
ixtiyarına buraxaraq Əbdizadənin qeydini olduğu kimi iqtibas edirəm: ‚Əcəmlər sultan
Əhmədin ən ziyadə etimad etdiyi bir zat ilə Fəğaninin şahzadə Murad bəyə əlaqəsi və
sui-niyyəti olduğunu icad və iftira edərək sultan Əhmədi inandırmışlardı‛. ‚Əlaqə və
sui-niyyət‛ deyərkən şübhəsiz ki, uşaqbazlıq nəzərdə tutulmuşdu. Çünki, müəllifin
yazdığına görə, bu söz şahzadə Əhmədin qəzəbinə elə səbəb olmuşdu ki, o, məsələni
araşdırtmağa belə ehtiyac görmədən şair Fəğanini edam etdimişdi. Fəğani xalq arasında
sevilən şair idi. Bundan başqa o, Amasiyadakı nüfuzlu ailələrdən birinə mənsub idi.
Xalq onun qohumu olan Amasiya qazisi Müslihzadə Əbdürrəhman əfəndiyə öz
əqrəbasını qoruya bilmədiyi üçün tənə etdi. Qazi Müslihzadə insanların bu acı və
tikanlı sözlərindən ötrü xəstələnib yatağa düşdü və vəfat etdi. Qazinin Muhəmməd,
Mahmud və Seyyidi adlı oğulları isə Amasiyanı tərk edib, şahzadə Yavuz Səlimin
canişin olduğu, Trabzona getmişdilər. Fəğani hadisəsi şahzadə Əhmədin Amasyada
nüfuzunun sarsılmasına səbəb olmuşdu. Fəğaninin nüfuz sahibi qohumları yuxarıda
haqqında danışdığımız xəbəri şahzadə Əhmədə kimin çatdırdığını araşdırmışdılar. Belə
məlum olmuşdu ki, bunu şahzadəyə müfti Sənanəddin Yusif Gəncəvi çatdırmışdır.
Qısa müddət sonra, h. 913-cü ilin əvvələrində (may-avqust 1507) müfti Sənanəddin
Yusif Gəncəvi yuxuda ikən qəflətən ölmüşdü
715
. Osmanlı tarixində şahzadə Yavuz
Səlimlə qardaşı şahzadə Əhməd arasındakı mübarizə məlum idi. Hər iki qardaş ataları
II Bayəziddən sonra Osmanlı taxtına oturmaq istəyirdi. Yavuz Səlim hələ şahzadəliyi və
Trabzon canişinliyi dövründə qızılbaş təhlükəsinə qarşı sərt mövqeyi və amansızlığı ilə
tanınmışdı. Osmanlı dövlətinin yüksək rütbəli mülki və hərbi məmurları hələ II
Bayəzid sağ ikən ikiyə ayrılaraq bir qismi şahzadə Əhmədi, digər qismi isə şahzadə
Səlimi dəstəkləmişdilər. Qızılbaş meylli məmurların bir çoxu şahzadə Əhmədin
715
Hüseyn Hüsaməddin ƏBDİZADƏ, Tarix-i Amasya, C. III, s. 253-254, İstanbul 1927.
tərəfində idilər. Lakin tale Yavuz Səlimin üzünə gülmş, bu şahzadə həm dövlət
xadimləri arasında tərəfdarlarının çoxluğu, həm də üstün şəxsi keyfiyyətləri
baxımından taxta namizədlik məsələsində qardaşı Əhmədi üstələmişdi. Əbdizadənin
nəql etdiyi bu hadisədə şair Fəğani, qazi Müslihzadə və müfti Sənanəddin Gəncəvi də
iki qardaş arasındakı bu taxt-tac mübarizəsinin qurbanı olmuşdular. Əks təqdirdə,
qəhərindən öldüyü zənn edilən qazi Müslihzadənin oğullarının Amasiyanı tərk
etmələrini, üstəlik Yavuz Səlimin canişin olduğu Trabzona getmələrini başqa cür izah
etmək çətindir.
Burada bir məsələyə də toxunmaq yerinə düşəcəkdir. Əbdizadə Hüseyn yaşadığı
dövrlə tədqiq etdiyi tarixi dövrü bir-biri ilə qarışdırmışdır. Daha doğrusu o, tədqiq
etdiyi dövrdə Azərbaycanın ictimai vəziyyətindən bixəbər olmuşdur. Həmin dövrdə
şah İsmayılın tərəfdarlarının çoxu Əbdizadənin zənn etdiyi kimi əcəmlər, yəni İran və
Azərbaycan əhalisi deyildi. Əksinə şah İsmayılın ordusundakıların böyük əksəriyyəti
məhz Anadolunun yarıköçəri qızılbaşları idi ki, Azərbaycan və İranda əhaliyə qanlı
divan tutmuşdular. Həsən Can İsfəhani
716
, İdris Bidlisi kimi, Əbdizadənin ifadəsi ilə
desək ‚əcəm‛ olan, şəxslər isə sultan Yavuz I Səlimi qızılbaş hərəkatına qarşı təşviq
edən şəxslər olmuşdular. Qısacası həmin dövrdə Osmanlı-Səfəvi mübarizəsinin
təməlində nə milli, nə irqri, nə də coğrafi amil yatmırdı. Məsələ tamamən siyasi və
məfkurəvi mübarizə idi.
Müfti Sənanəddin Yusif Gəncəvi yaşadığı dövrün böyük alimlərindən idi. O, təfsir,
fiqh, əxlaq və filologiya sahisəndə bir sıra əsərlərin müəllifi idi. Alimin müəllifi olduğu
‚Haşiyə ələ Bəyzavi‛nin nüsxələrindən biri İstanbul Millət kitabxanasında saxlanılır. Bu
haşiyə qazi Bəyzavinin Qur’ani-Kərimin Ənam surəsindən Kəhf surəsinə qədər olan 11
surəsinə və Ayətü’l-Kürsiyə yazdığı təfsirə yazılmışdır. Həmin kitabxanada
Sənanəddin əfəndinin eyni adlı başqa bir əsəri də mövcuddur. Bu nüsxə isə qazi
Bəyzavinin Qur’anın Kərimin Ənamdan Kəhfə qədərki 11 surəsinə, həmçinin Mülk,
Müzzəmmil, Müddəsir, Duhə, İnşirah, Tin, Ələq, Qədr, Bəyyinə, Zilzal, Adiyət
surələrinə yazdığı təfsirə haşiyədir. Bu haşiyələr onun qazi Bəyzavi təfsinə yazdığı tam
haşiyənin ayrı-ayrı hissələridir. Həmin kitabxanada alimin kəlam elminə dair
716
Məşhur Osmanlı tarixçisi, ‚Tacü’t-Təvarix‛in müəllifi Xacə Sə’dəddinin atasıdır.
‚Tə’yinü’l-Mərahim‛ adlı əsərinin də bir nüsxəsi mövcuddur. Bu əsərin digər nüsxələri
isə İstanbuldakı Atif əfəndi əlyazma əsərlər kitabxanası, Nuriosmaniyyə əlyazma
əsərlər kitabxanasında saxlanılır. Alimin ‚Haşiyə ələ Ənvari’t-tənzil və Əsrari’t-Təvil‛
adlı əsərinin nüsxələri Atif əfəndi və Konya BYEK-də mövcuddur. Bu qazi Bəyzavi
təfsirinin tamamına yazılmış haşiyədir. Sənanəddin əfəndinin ‚Təfyinü’l-Məkarim‛ adlı
əsərinin müəyyən edə bildiyimiz yeganə nüsxəsi Manisa İHK-də saxlanılır. Onun
‚Mənasiki-Həcc‛ adlı əsərinin əlyazma nüsxəsi Ankara Milli kitabxasında, ‚Müntəxabu
İğasəti’l-Ləhfən fi Məsaidi’ş-Şeytan li-İbnü’l-Qəyyim əl-Cəvziyyə‛ adlı ərəbcə və
‚Nuru’l-Hüda‛ adlı türkcə qələmə aldığı mənəvi tərbiyə və İslam əxlaqına dair əsərləri
İstanbul Köprülü əlyazma əsərlər kitabxanasında, ‚Haşiyə ələ Şərhi’l-Məvaqif‛ adlı
əqidəyə və kəlama dair əsərinin iki nüsxəsi isə Diyarbəkir İHK-də saxlanılır. Burada
adlarını sadaladıqlarımızdan başqa Katib Çələbi alimin vərəsələki hüququna dair
‚Haşiyə li-Şərhi’l-Fəraiz‛, münazirə (elmi diskussiya) qaydalarına dair ‚Risalə fi
Ababü’l-Bəhs‛, astronomiyaya aid ‚Risalə fi’l-Hey’ə‛ kimi əsərlərinin olduğunu da
qeyd etmişdir
717
. Sənanəddin Yusif Gəncəvi həkim Kəmaləddin Məs’ud Şirvaninin
718
(öl. 1499) təbib Şəmsəddin Səmərqəndinin (öl. təqribən 1204) əxlaq fəlsəfəsinə dair
‚Adabü’l-Fazil‛ adlı əsərinə yazdığı şərhə haşiyə yazmışdır. Bu haşiyənin bir nüsxəsi
Paris milli kitabxanasında saxlanılır
719
.
İbrahim ibn Muhəmməd Gəncəvi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Yaşlandığı vaxt dinləyib əzbərlədiyi
hədisləri unutmamaq üçün qələmə almışdı. İslam dinini təbliğ etmək məqsədiylə
Gəncəni tərk etmiş və 2 il davam edən səyahətə çıxmışdı. Bu səyahət vaxtı vəfat
etmişdi
720
. Ölüm tarixi h. 385-ci (995) ildən əvvələ təsadüf edir.
717
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 276, 1039, 1107.
718
Həkim Kəmaləddin Məs’ud Şirvani haqqında ətraflı məlumat üçün bax: s. ???
719
DE SLANE, həmin əsər, s. 412.
720
İBN MAKULA, İkmal, C. I, s. 125; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 408; ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,
C. I, s. 319. İbnü’s-Səlah Şəhrəzuri, Əbü’l-Həsən Əli Darəqutninin (öl. 995) özünün ‚əl-Mu’təlif‛ adlı əsərində
İbrahim ibn Muhəmməd Gəncəvinin əzbərindəki hədisləri qələmə aldığını yazdığını bildirməkdədir. Ehtimal ki,
Darəqutni, haqqında məlumat verdiyi, bu mühəddisdən sonra vəfat etmişdir. Yaxud da onun müasiri olmuşdur.
Əbu Məs’ud Əhməd ibn İbrahim ibn Muhəmməd ibn Əhməd ibn İbrahim ibn Musa
ibn Abdullah Gəncəvi
Mühəddis idi və mənsub olduğu ailədən bir çox hədis alimi çıxmışdı. O cümlədən atası
da mühəddis idi. Əbu Əmr ibn Mənduyə və Əbü’l-Qasım İsmayıl əl-İsmailidən hədis
dinləmişdi
721
. Mənbələrdə bu haqda dəqiq məlumata rast gəlməsək də, fikrimizcə
yuxarıda haqqında bəhs etdiyimiz İbrahim ibn Muhəmməd Gəncəvi onun atası idi.
Ölüm tarixi məlum deyil. Təqribən XI əsrdə yaşamışdır.
Əbu Abdullah Əhməd ibn Muhəmməd ibn Əhməd Gəncəvi
Mühəddis idi. Uzun müddət İsfəhanda yaşamış bu şəhərdəki hədis alimlərindən dərs
almışdı. Əbu Bəkr Muhəmməd Bağdadi öz əsərində İsfahanda olarkən onunla
görüşdüyünü qeyd etmişdi. Bağdadinin bildirdiyinə görə Əbu Abdullah Əhməd
Gəncəvi İsfəhanda Əbu Muhəmməd Əbdürrəhman əd-Düveyninin tələbəsi olmuş və
ondan Nəsainin ‚Sünən‛ adlı hədis küliyyatını dinləmişdi. Əbu Abdullah Gəncəvinin
müəllimlərindən biri də Əbü’l-Qasım Hibətullah İsfəhani olmuşdur
722
. Ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Dostları ilə paylaş: |