Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Tapşırıqvermə
Çalışmalar
Müsahibə (şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud
siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz
qoymaq) istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki
fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Söhbət
Müşahidə
50
Milli kurikulum
Abdulla Qəhrəmanov
6.4.5.
Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və
şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması
və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq
üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş
irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və
təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Müşahidə
Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə
bağlı suallar yazılmış vərəq)
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə qeydiyyat vərəqi
Yazı
Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş
meyar cədvəli
Rubrik
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Test
Test tapşırıqları
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçası
Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli
kitabçasında sözlə qeyd olunur.
Formativ qiymətləndirmə jurnalı sinif və fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik
fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur.
Formativ qiymətləndirmə jurnalı
Fənn üçün ayrılmış dərs saatının tarixlərini yazmaq üçün hər bir səhifənin sol tərəfi şaquli olaraq
sütunlara bölünür.
Hər bir səhifənin sağ tərəfində verilmiş cədvəldə mövzunun adı, şagirdin fəaliyyətini davamlı
izləmək üçün müəllim tərəfindən standartlar əsasında müəyyən edilmiş meyarlar və istifadə
edilən qiymətləndirmə vasitəsinin adı yazılır.
Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik
və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə
müəyyən edilmiş sxemlər üzrə aparılır. Şagird irəliləyişlərinin monitorinqi (formativ
qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və
mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi
barədə ehtiyaclar müəyyənləşdirilir.
Formativ qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini
təmin edir, bir sözlə, müəllim tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini
51
Milli kurikulum
Abdulla Qəhrəmanov
təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara
əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktiki fəaliyyətinin nəticələri müəllim üçün
real indikatorlara çevrilir.
şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır, onlara lazımi kömək göstərir.
şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
Bu qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından irəli
gələn təlim məqsədləri əsasında hazırlanmış meyarlar üzrə dərs ili ərzində müntəzəm
olaraq aparılır.
Formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmur.
Bu nəticələr şagirdin məktəbli kitabçasında (meyarlar şəklində), müəllimin şəxsi qeyd
dəftərində öz əksini tapır.
Şagird qovluğunda (portfolio) toplana bilər. Portfolio dərs ili ərzində məktəbdə saxlanılır
və ilin sonunda şagirdə təhvil verilir.
Qiymətləndirmə sxemlərinin
Qiymətləndirmə sxemlərinin funksiyaları
Şagirdlərdən tələb olunan bacarıqları və onların qiymətləndirilməsi mexanizmini təsvir edir.
Şagird irəliləyişlərinin qiymətləndirilməsi üçün etibarlı məlumat bazası rolunu oynayır.
Təlim nailiyyətləri barədə şagirdlərə, valideynlərə və maraqlı tərəflərə məlumat verilməsi
təmin olunur.
Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata
keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir
və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin.
Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır,
keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə
almağa şərait yaradır.
Holistik qiymətləndirmə sxemi
Holistik qiymətləndirmə nümunəsi
Mövzu: Qışda kəndimiz (şəhərimiz, qəsəbəmiz)
Məqsəd:
1. Müşahidələr əsasında kəndin canlı və cansız aləmi, coğrafi şəraiti haqqında danışmaq (Standart
1.2.4.; 4.1.6.);
2. “Qışda kəndimiz” mövzusunda bir neçə cümlədən ibarət mətn qurmaq (Standart 2.1.1.; 2.1.2.).
3. Öyrəndiyi yeni sözlərdən şifahi nitqində istifadə etmək.
Holistik
qiymətləndirmə
sxemi
(Sürətli
qiymətləndirmə)
Analitik
qiymətləndirmə
sxemi
(Uzunmüddət üçün
müəyyən olunmuş
qiymətləndirmə)
For
m
at
iv q
iymə
tlə
d
ir
m
ə sxem
lə
ri
52
Milli kurikulum
Abdulla Qəhrəmanov
“Holistik” sözü latın mənşəlidir və lüğəvi mənası “ümumi”, “bütöv”, “tam” deməkdir.
Holistik qiymətləndirmə təlim prosesində məqsədlərə görə müəyyən olunmuş bacarıqların ayrı-
ayrılıqda qiymətləndirilməsi yolu ilə şagirdin inkişaf səviyyəsinin qısa müddətdə ümumi şəkildə
dəyərləndirilməsidir.
Qısa müddət ərzində həyata keçirildiyi üçün bu qiymətləndirmə “sürətli qiymətləndirmə” də
adlanır.
Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla bağlı
şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin
tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və tələbləri (meyarları) müəyyən edir.
Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə, təlim prosesində
irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə
məlumat verilməsini təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır.
Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda
fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər sürətli
qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
Holistik qiymətləndirmə sxeminə nümunə
Qiymətlər
Bilik və bacarıqlar
(meyarlar)
1
2
3
4
5
Müşahidəetmə
Fikrini dəqiq ifadəetmə
Mətnqurma
Öyrəndiyi yeni sözlərdən nitqində
istifadəetmə
Əməkdaşlıq
Analitik qiymətləndirmə sxemi
Analitik qiymətləndirmə şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş
uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir.
Oxu bacarığının qiymətləndirilməsi üzrə analitik qiymətləndirmə nümunəsi
Analitik qiymətləndirmə əsasən sorğular və testlər əsasında aparılır.
Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.
Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.
Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri
haqqında daha ətraflı informasiya verilir.
Bu qiymətləndirmədə çox vaxt tələb edilir.
53
Milli kurikulum
Abdulla Qəhrəmanov
Oxu bacarığının qiymətləndirilməsi üzrə analitik qiymətləndirmə nümunəsi
Fənn
Aylar
Ana dili
Oktyabr
Noyabr
Dekabr
Göstəricilər
Şagirdlərin sayı
ƏLA
5
6
8
YAXŞI
7
8
8
ORTA
8
4
5
ZƏİF
4
6
3
Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir.
Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl
qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin
qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Qiymətləndirmə sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlif
səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini təsvir edən söz və
ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz və ya ifadə
(səviyyə deskriptoru), hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilən məsələlərə aid konkret
nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan nəticə (standart) daxildir.
6.4.6.
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir.
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya
bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun
qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək
məqsədilə aparılır.
Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Summativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Yoxlama yazı işləri
Yoxlama yazı işləri üzrə qeydiyyət vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar
cədvəli
Şifahi sorğu
Şifahi sorğu üzrə qeydiyyət vərəqi
Test
Test tapşırıqları
Tapşırıqvermə
Tapşırıq, çalışma və laboratoriya işləri
Yaradıcılıq və əl işləri
Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
Qeyd:Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda populyarlıq qazansa da, fənni
tədris edən müəllim diaqnostik, formativ və hətta summativ qiymətləndirmədə test tapşırıqlarına
aludəçilik göstərməməlidir.
54
Milli kurikulum
Abdulla Qəhrəmanov
Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təfəkkürünü, müstəqil düşünmə qabiliyyətini
inkişaf etdirən üsullardan- layihə (qiymətləndirmə vasitəsi-şagirdlərin təqdimatı və müəllimin
tərtib etdiyi meyar cədvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi-şifahi nitq bacarıqları üzrə
qeydiyyat vərəqi), yoxlama yazı işlərindən ( imla, inşa, esse, məsələ və misal həlli) geniş istifadə
etməlidir.
Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız summativ qiymətləndirmədə
istifadə etmək tövsiyə edilir.
Kiçik summativ qiymətləndirmə
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin
sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik
qiymətlərin hesablanmasında nəzərə alınır.
Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim
tərəfindən hazırlanır.
Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında
adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə
boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və
onun nəticəsini məxrəcdə qeyd edir.
Kiçik summativ qiymətləndirmə kiçik “s” hərfi ilə işarə edilir və aşağı indeksdə sıra nömrəsi
yazılır. Məsələn: s
1
, s
2
, s
2
, ... s
n
Böyük summativ qiymətləndirmə
Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) ümumi təhsil müəssisəsi
rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.
Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun
böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir.
Şagird II yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II
yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük
summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük
summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən "0" qəbul edilir.
Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməmiş və bir
ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakını təmin etmək mümkün
olmamışdırsa, həmin şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də
I yarımilin qiyməti olaraq hesablanır. Hər iki böyük summativ qiymətləndirmədə üzrlü və ya üzrsüz
səbəbdən iştirak etməyən şagirdin məsələsi pedaqoji şurada müzakirə olunaraq müvafiq qərar
çıxarılır.
Böyük summativ summativ qiymətləndirmə böyük “S” hərfi ilə işarə edilir və aşağı indeksdə
yarımilin nömrəsi yazılır. Məsələn: S
1
və S
2
.
55
Milli kurikulum
Abdulla Qəhrəmanov
6.4.7.
Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin
hazırlanması
Hər bir fənn kurikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə edilən
strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların
qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə standartlarının nümunələrindən də istifadə
olunur.
Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə
nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.
Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla, baş
vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.
Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün
maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə
(imtahan) keçirilir, nəticələr təhlil olunmaqla, standartlar təyin edilir. Məsələn:
minimum - şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar;
yüksək - şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.
Qiymətləndirmə standartlarının təyin edilməsində kurikulumyönümlü metoda daha çox üstünlük
verilir. Bu metoda görə:
qiymətləndirmə standartları milli kurikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun
hazırlanır və faktiki olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis
mühakimələrinə əsaslanır.
bütün məktəblərin, müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin
müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə dair ortaq
fikir yaranır.
Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır:
Birinci səviyyə
- aşağı
İkinci səviyyə
- orta
Üçüncü səviyyə
- yüksək
Dördüncü səviyyə - ən yüksək
Qiymətləndirmə sxemləri xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas sualı əhatə edir:
Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?
1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci səviyyə və 2-ci səviyyə
əksər şagirdlər, 3-cü səviyyə və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər üçün nəzərdə
tutulur.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış bacarıqlar
üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə vasitələrinin (testlərin)
hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:
qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu
(məhz "nəzərdə tutulanı" qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara əsaslanması);
səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına
malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi;
56
Milli kurikulum
Abdulla Qəhrəmanov
İ
llik
I
Yarımillik
Kiçik
summativl
ər
Kiçik
summativl
ər
II
Yarımillik
S
S
u
u
m
m
m
m
a
a
t
t
i
i
v
v
q
q
i
i
y
y
m
m
ə
ə
t
t
Dostları ilə paylaş: |