Orta məktəb üzrə fənn müəllimləri üçün



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix03.02.2017
ölçüsü1,23 Mb.
#7410
1   2   3   4   5   6   7   8   9   10   11

 

Qısaltmalar: 

ARP - Azərbaycan Respublikası Prezidenti. 

ARPF - Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 

ARPS - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

ARNK - Azərbaycan Respublikası Nazirlər Kabineti 

ARNKQ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

ARTN - Azərbaycan Respublikası Təhsil Nazirliyi 

ARTNQ - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qərarı 

 

 

 



 

 

 



10

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

3.

 

KURİKULUM NƏDİR 

Kurikulum nədir? 

Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, "kurs", "elm"  deməkdir.  

Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan 

birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum 

adlanır.  



Fənyönümlü  kurikulumlar  məzmun  etibarilə  elm  sahəsini, 

onun  mükəmməl  anlayışlar  sistemini  əhatə  etməklə  bilavasitə 

bu  anlayışların  mənimsənilməsinə  istiqamətləndirilir.  Belə 

kurikulumların  keyfiyyətində  biliklərin  həcmi  və  miqdarı  əsas 

rol  oynayır.  Bütün  praktik  bacarıqların  yerinə  yetirilməsində 

məqsəd  biliklərin  möhkəmliyini,  davamlılığını  artırmağa 

xidmət  göstərməkdən  ibarət  olur.  Praktik  əhəmiyyət  daşıyan 

bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi 

çoxalır.  Şagirdlər  özlərinə  praktik  cəhətdən  lazım  olmayan  fundamental  bilikləri  öyrənmək 

məcburiyyətində qalırlar. 



Şəxsiyyətyönümlü  kurikulumlar  bilavasitə  həyati  bacarıq  və  vərdişlərə  üstünlük  verilməsi  ilə 

fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və 

vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. 

Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi 

müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutur. 

 

Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, 



məzmunun  müəyyənləşdirilməsində  şəxsiyyətin  formalaşması  üçün  əhəmiyyət  kəsb  edən  və 

bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür. 

Kurikulumun  nəzəri  problemlərindən  biri  onun  növlərinə  görə  təsnif  olunmuşdur.  Bu  məsələdən 

bəhs edən ailmlərin fikrincə, kurikulumların növləri barədə yekdil fikir yoxdur. Bu da ondan irəli 

gəlir  ki,  kurikulumları  təsnif  edərkən  ona  müxtəlif  prinsiplərlə  yanaşılır:  ya  xarakterlərinə,  ya 

təyinatına  ya  da  məzmun  və  strukturuna  görə  münasibət  bildirirlər.  Bütün  məqamlarda  elə 

kurikulumlar  vardır  ki,  onlar  ümumi  ölkə  səviyyəsində  qəbul  olunmaqla  geniş  miqyasda  tətbiq 

edilir. Mahiyyət  etibarı ilə belə kurikulumlar milli xarakter daşıyır. Ona görə də Milli Kurikulum 

adlanır.  Ayrı-ayrı  fənlərin  bütövlükdə  xüsusiyyətlərini  əhatə  edən  kurikulumlar  isə  fənn 

kurikulumları kimi tanınır və dəyərləndirilir. 

Kurikulum  təhsilin  son  məqsədini,  məqsədlərə  çatmaq  üçün  yolları,  bu  yolların  səmərəliliyini 

yoxlamaq  üsullarını  özündə  birləşdirən,  bir  sözlə,  təhsil  prosesi  ilə  bağlı  bütün  fəaliyyətlərin 

səmərəli və məqsədyönlü təşkilinə hərtərəfli imkan yaradan konseptual sənəddir

 

 



 

 

 



 

11

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

 



 

 

4.



 

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU 

 

4.1.



 

Kurikulum  islahatını zəruri edən səbəblər 

 



 Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması 

 



 Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid 

 



 Dünya təhsil sisteminə inteqrasiya 

 



 İnformasiya əsrinin tələbləri 

 



 Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması 

 



 Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi 

 

4.2.



 

 “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları 

(kurikulumları)” sənədinin  əsas  xüsusiyyətləri 

Kurikulum  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri  özündə əks 

etdirən konseptual sənəddir

Azərbaycan  Respublikasında  ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları 

(kurikulumları) (bundan sonra - dövlət standartları) aşağıdakıları müəyyən edir: 

 

ümumi təhsilin məzmununu; 



 

ümumi təhsilin idarə olunmasını; 

 

ümumi təhsilin maddi-texniki və tədris bazasını; 



 

ümumi təhsilin infrastrukturunu; 

 

ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; 



 

ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. 

Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir. 

4.2.1.

 

Ümumi təhsilin məzmunu 

Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri 

dəyərləri  əks  etdirməklə,  humanistlik,  dünyəvilik,  varislik,  inteqrativlik  prinsipləri  əsasında 

müəyyən edilir. 

Ümumi  təhsilin  məzmunu  təhsilalanların  yaş,  fizioloji,  psixoloji  xüsusiyyətləri  nəzərə  alınmaqla, 

onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun 

zəruri bilik və bacarıqlara  yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və 

təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir. 

Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: 

 

təhsilin  məzmununu  təhsilalanın  və  cəmiyyətin  tələbatına,  dövlətin  təhsil  siyasətinə 



uyğunlaşdırmaq; 

 

məzmunu  nəticəyönümlülük,  şəxsiyyətyönümlülük,  şagirdyönümlülük,  inteqrativlik 



prinsipləri əsasında müəyyənləşdirmək; 

 

təhsilalanların  təlim  marağını,  potensial  imkanlarını,  sağlamlığının  təhlükəsizliyini  nəzərə 



almaqla  onlara  davamlı  inkişaflarını  təmin  edən,  müstəqil  həyatda  lazım  olan  zəruri 

biliklərin  və  əqli,  informativ-kommunikativ,  psixomotor  bacarıqların  aşılanmasını  təmin 

etmək; 


12

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

təhsilin  məzmununa  şagirdlərin  ümumi  inkişafına  xidmət  etməyən,  tətbiqi  xarakterdə 



olmayan,  məzmunu  ağırlaşdıran  məlumatyönümlü  məsələlərin  daxil  edilməsinə  yol 

verməmək. 



4.2.2.

 

Ümumi təhsilin idarə olunması 

Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi 

prinsipləri əsasında həyata keçirilir. 

Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır. 



4.2.3.

 

Ümumi təhsilin infrastrukturu 

Müəyyən  edilmiş  dövlət  standartlarına  uyğun  keyfiyyətli  ümumi  təhsil  almaq  üçün  müvafiq 

infrastrukturun yaradılması mühüm şərt hesab edilir. 

Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti 

üçün  zəruri  imkanlara  malik  binalar,  yardımçı  bina  və  qurğular,  sadə  idman  meydançası  və 

qurğuları,  müvafiq  kadrlarla  təmin  olunmuş  tibb,  iaşə  obyektləri,  kitabxana,  rabitə,  su,  istilik, 

elektrik sistemləri, internet xidməti daxildir. 

4.2.4.

 

Ümumi təhsilin maddi-texniki və tədris bazası 

Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait 

yaratmaq  məqsədi  ilə  ümumi  təhsil  müəssisələri  zəruri  maddi-texniki  və  tədris  bazasına  malik 

olmalıdır. 

Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, 

emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-

kommunikasiya  texnologiyaları,  audio-vizual  avadanlıqlar,  tədris-əyani  vəsaitləri,  təlimin  texniki 

vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir. 



4.2.5.

 

Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri 

Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər 

qəbul edilirlər. 

Ümumi  təhsil  sistemində  çalışan  təhsilverənlər,  əsasən,  aşağıdakı  keyfiyyət  göstəricilərinə  malik 

olmalıdırlar: 

 

ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; 



 

uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; 

 

əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; 



 

əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; 

 

yaradıcılıq  və  sağlam  rəqabət  tələb  edən  layihələrdə,  müsabiqə  və  innovativ  proqramlarda 



iştirak etmək qabiliyyətinə; 

 

öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına; 



 

ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; 

 

işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza. 



Təhsilverənlərin  keyfiyyət  göstəriciləri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir. 



 

13

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

4.2.6.

 

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və 

vərdişlərinin səviyyəsi 

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər 

bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən 

edilir. 


Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun 

standartları aşağıdakı tələbləri ehtiva edir: 

 

fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi; 



 

təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına 

didaktik zəmin yaradılması; 

 

təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi; 



 

keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması; 

 

təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması; 



 

şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  üzrə  müvafiq  standartların  müəyyən  edilməsi 

üçün etibarlı əsas yaradılması; 

 

təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim 



prosesinə gətirilməsinin qarşısının alınması. 

4.3.

 

Təhsil proqramı (kurikulum) 

Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir: 

- ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; 

- ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; 

- ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı; 

- ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; 

- təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi. 

 


14

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

4.4.

 

ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ 

 

4.4.1.

 

İbtidai təhsil üzrə ümumi təlim nəticələri 

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır: 

 

yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada 



oxumağı; 

 

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi; 



 

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi; 

 

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi; 



 

məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi

 

zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi; 



 

müşahidə  etdiyi  obyekt  və  hadisələri  təsvir  etməyi,  onları  səciyyəvi  əlamətlərinə  görə 

fərqləndirməyi; 

 

ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi; 



 

sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi; 

 

müəyyən  olunmuş  normativlər  çərçivəsində  fiziki  hərəkətləri,  bədii-estetik  qabiliyyətini 



nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi; 

 

öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi; 



 

insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli 

münasibət göstərməyi; 

 

Azərbaycan  xalqının  əxlaqi-mənəvi  dəyərləri,  tarixi,  mədəniyyəti,  incəsənəti,  görkəmli 



şəxsiyyətləri  haqqında  qazandığı  ilkin  bilikləri,  habelə  ölkəsinə  qarşı  əks  mövqedə  olan 

qüvvələri sadə formada təqdim etməyi; 

 

xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi. 



 

4.4.2.

 

Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri 

Ümumi orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır: 

 

dinlədiyi  və  oxuduğu  müxtəlif  üslubda  və  janrda  olan  mətnləri  təhlil  etməyi,  onların 



məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı; 

 

nitqin monoloq və dialoq formalarından istifadə etməyi; 



 

plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı; 

 

nümunələr  və  dəlillər  vasitəsilə  fikirlərini  məntiqi  cəhətdən  əsaslandırmağı,  müxtəlif 



fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi; 

 

hesablamalar  və  proqnozlaşdırma  aparmağı,  riyazi  dildən  istifadə  etməyi,  alqoritmlər 



qurmağı, ehtimallar irəli sürməyi; 

 

ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, təcrübə, qiymətləndirmə üsul və 



vasitələrindən istifadə etməyi; 

15

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah etməyi; 



 

müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi; 

 

təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi; 



 

təlim  tapşırıqlarını  yerinə  yetirmək  üçün  müxtəlif  informasiya  mənbələrindən  (lüğətlər, 

ensiklopediyalar, kompüter, internet, dövri mətbuat və s.) istifadə etməyi; 

 

öz  imkanlarını,  meyil  və  marağını  şüurlu  olaraq  müəyyən  etməyi,  iradi  və  qeyri-iradi 



keyfiyyətlərini nümayiş etdirməyi; 

 

gördüyü  işlərin  nəticəsini  qiymətləndirməyi,  qarşılaşdığı  problemlərin  optimal  həllini 



tapmağı; 

 

sadə formada icraçılıq, təşkilatçılıq və idarəetmə bacarıqlarını nümayiş etdirməyi; 



 

ictimai  davranış,  habelə  müvafiq  təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat 

tərzi normalarına əməl etməyi; 

 

milli,  əxlaqi-mənəvi,  hüquqi,  etik,  estetik  dəyərlərə,  vətəndaşlıq  mövqeyinə,  liderlik 



keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi; 

 

problemlərin  həllində  birgə  fəaliyyət  göstərməyi,  kollektiv  iş  prosesində  özünün  və 



başqalarının fəaliyyətini qiymətləndirməyi; 

 

xarici dildə ünsiyyət qurmağı; 



 

ana dilində yazılı və şifahi ünsiyyət bacarıqlarına yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, 

mədəniyyəti, incəsənəti, görkəmli  şəxsiyyətləri barədə, habelə vətəninə qarşı əks mövqedə 

dayanan qüvvələr haqqında müvafiq məlumatlara malik olduğunu nümayiş etdirməyi. 



 

4.4.3.

 

Tam orta təhsil üzrə ümumi təlim nəticələri 

Tam orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır: 

 

dinlədiklərinə  və  oxuduqlarına  tənqidi  və  yaradıcı  münasibət  bildirməyi,  maraq  dairəsinə 



görə onları yeni məlumatlarla zənginləşdirməyi; 

 

nitqin müxtəlif formalarından məqamına görə istifadə etməyi; 



 

fikirlərini  yazılı  formada  ifadə  etməyi,  yaradıcı  yazılar  (esse,  müşahidə  və  təəssürat 

xarakterli yazılar və s.) yazmağı; 

 

ictimai  həyatda  baş  verən  hadisələrə  və  sosial-mədəni  sahələrdəki  yeniliklərə  yaş 



səviyyəsinə uyğun olaraq münasibət bildirməyi

 

maraq  dairəsinə  görə  müstəqil  məlumatlar  toplamağı,  onları  sistem  ləşdirməyi,  təhlil  və 



tətbiq etməyi; 

 

informasiya-kommunikasiya  texnologiyalarından  həyat  fəaliyyətinin  təşkili  istiqamətində 



istifadə etməyi; 

 

qarşılaşdığı  həyati  problemləri  qiymətləndirməyi  və  onların  həlli  isti  qamətində  optimal 



qərarlar qəbul etməyi; 

 

potensial  imkanları  daxilində  mövcud  bilik  və  bacarıqlarını  təkmilləşdir  məyi,  mədəni  və 



intellektual səviyyəsini yüksəltməyi; 

 

insan  əməyini,  vətəndaşların  hüquq  və  azadlıqlarını  dəyərləndirməyi,  milli  əxlaqi-mənəvi 



dəyərlərə, habelə ümumbəşəri dəyərlərə həssas və tolerant münasibət bəsləməyi; 

16

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

xarici dildə (dillərdə) ünsiyyət saxlamağı; 



 

icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi və bu proseslərdə 

liderlik xüsusiyyətlərini nümayiş etdirməyi; 

 

ana  dilində  yazılı  və  şifahi  nitq  mədəniyyətinə  yiyələndiyini,  ölkəsinin  ədəbiyyatı,  tarixi, 



coğrafiyası,  görkəmli  şəxsiyyətləri,  habelə  Vətənin  mənafeyinə  qarşı  olan  əksqüvvələr 

haqqında ətraflı məlumatlara malik olduğunu nümayiş etdirməyi. 

 

4.4.4.

 

Ümumi orta təhsil səviyyəsində məzmun standartları 

"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində 

olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə şagird: 

 

dinlədiyi mətnlərə münasibət bildirməklə, mövqeyini əsaslandırır; 



 

mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir; 

 

dil vahidlərindən istifadə etməklə, müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, 



esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir; 

 

müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir; 



 

şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 



"Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə şagird: 

 

dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir; 



 

şüurlu və ifadəli oxu bacarıqlarını nümayiş etdirir; 

 

müxtəlif formalı rabitəli mətnlər qurur və təqdim edir; 



 

öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir; 

 

nitq  bacarıqlarını  inkişaf  etdirmək  üçün  müxtəlif  mənbələrdən  istifadə  edir,  tərcümə 



bacarığını nümayiş etdirir. 

"Ədəbiyyat" fənni üzrə şagird: 

 

ədəbi-bədii  nümunələri  onların  məzmunundan  irəli  gələn  məna  çalarlarına  uyğun  ifadəli 



oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir; 

 

yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına 



əməl  edir,  söz  ehtiyatından  səmərəli  istifadə  edir,  fikirlərini  ardıcıl  və  məntiqli  ifadə  edir, 

ümumiləşdirmələr aparır; 

 

ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii 



təsvir vasitələrindən istifadə etməklə şərh edir; 

 

müxtəlif  janrlarda  yazılmış  mətnlər  üzərində  sərbəst  işləyir,  onlarda  ifadə  olunmuş  əsas 



ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir; 

 

şifahi  və  yazılı  ədəbiyyatın  oxşar  və  fərqli  cəhətlərini,  xarakterik  xüsusiyyətlərini  konkret 



nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır; 

 

ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə 



görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir; 

 

ədəbi  əsərlərin  müzakirəsi  zamanı  tolerantlıq,  obyektivlik,  ədalətlilik,  əsaslandırma  və 



ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir. 

"Xarici dil" fənni üzrə şagird: 

 

dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir; 



 

dialoji və monoloji nitq bacarıqlarını nümayiş etdirir; 



17

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

dilin  öyrənilməsi  prosesində  ünsiyyət  etiketi  qaydalarına  əməl  edir,  yoldaş  larının  nitqinə 



münasibət bildirir; 

 

fikirlərini yazılı ifadə edir; 



 

lüğətlərdən, əlavə materiallardan, texnoloji vasitələrdən istifadə edir, sadə mətnləri tərcümə 

edir. 

"İkinci xarici dil" fənni üzrə şagird: 

 

dinlədiyi fikrin məzmununu izah edir; 



 

əşya və hadisələri, onlara aid əlamətləri ifadə edir; 

 

sadə nitq etiketləri əsasında ünsiyyət qurur; 



 

yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir; 

 

kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir; 



 

kiçikhəcmli şifahi və yazılı mətnlər qurur. 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin