65
Milli kurikulum
Abdulla Qəhrəmanov
Essensializm
Essensialistlər hesab edirlər ki, biliklər şagirdlərə sistemli və nizamlı qaydada
ötürülməlidir. Bu konservativ yanaşmada əsasən, məktəbin tədris edəcəyi standartların intelektual
və mənəvi baxımından xüsusiyyətləri vurğulanır. Kurikulum əsas, habelə, akademik bilikləri və
bacarıqları əhatə edir. Bu təhsil fəlsəfəsi müəyyən mənada perrenializmə yaxın olmasına
baxmayaraq, essensialistlər də bu ideyanın tərəfdarıdırlar ki, kurikulum dəyişdirilə bilər. Təhsil
praktik xarakter daşımalı və şagirdləri cəmiyyətin dəyərli üzvü olmağa hazırlanmalıdır. Təhsil eyni
zamanda əsas diqqəti faktlara və şagirdlərin oxu, yazı, danışıq, hesablama bacarıqlara
yönəltməlidir. Məktəblər siyasət hazırlamamalı və siyasətə təsir göstərməməlidirlər. Şagirdlərə
gərgin işləmək, idarəçilik və nizam-intizama riayət etmək öyrədilməlidir. Müəllimlər şagirdlərə
yoldaşları ilə münasibətdə səbirli olmağa köməklik etməlidirlər. Bu cür yanaşma 1920 və 30-cu
illərdə üstünlük təşkil edən proqressivist yanaşmaya müəyyən təsir göstərmişdir. Vilyam Baqley,
1934-cü ildə jurnalda formalaşdırdığı proqressiv yanaşmalarla məşğul olmağa başlamışdır.
Essensializmin digər tərəfdarlarına misal olaraq, Ceyms D.Koerner (1959), H.G. Rikover (1959),
Paul Koperman (1978) və Teodor Sizerin (1985) adlarını çəkmək olar.
Eksistensializm
Eksistensialistərin dünya haqqında fikirləri subyektiv xarakter daşıyır. Onlar düşünürlər ki,
həqiqət xeyirxahlıqdır və nəyin doğru olduğunu yalnız insan özü müəyyən edir. Eksistensialistlər
hesab edilər ki, dünya həqiqətdir, həqiqət isə insan məsələyə yanaşmasından asılıdır. Yəni hər
insanın öz həqiqəti ola bilər. Onlar hesab edirlər ki, xeyirxahlıq azadlıqdan irəli gəlir.
Eksistensialistər hesab edirlər ki, məktəb şagirdlərə onların özlərinitanımağa və cəmiyyətdə öz
yerlərini müəyyən etməyə köməklik göstərilən bir yerdir. Məktəbdə tədris olunan fənlər
incəsənətin, etikanın, fəlsəfənin şərhlərini təmin etməlidir. Müəllim-şagird münasibətləri əsasən
şagirdlərə fərdi təlim yollarında köməklik göstərməkdən ibarət olmalıdır. Məktəb mühitində baş
verən dəyişiklik həm təbii, həm də mühüm hadisə kimi qəbul edilməlidir. Məktəbdən kənar və
fərdi şəkildə müəyyən edilmiş kurikulumun istifadə edilməsi mümkündür.
66
Milli kurikulum
Abdulla Qəhrəmanov
Əlavə 1
Formativ qiymətləndirmə jurnalı
Fənn üçün ayrılmış dərs saatının tarixlərini yazmaq üçün hər bir səhifənin sol tərəfi şaquli olaraq
sütunlara bölünür.
Hər bir səhifənin sağ tərəfində verilmiş cədvəldə mövzunun adı, şagirdin fəaliyyətini davamlı
izləmək üçün müəllim tərəfindən standartlar əsasında müəyyən edilmiş meyarlar və istifadə
edilən qiymətləndirmə vasitəsinin adı yazılır.
Qiymətləndirmə meyarlarının müəyyən olunması
Formativ qiymətləndirmə jurnalında qeyd olunan qiymətləndirmə meyarları məzmun standartları
əsasında müəyyən olunur.
Məsələn, Azərbaycan dili üzrə müəllim mətnin düzgün oxusu ilə bağlı aşağıdakı standartı və onun
əsasında hazırladığı meyarları keçilən proqrama uyğun müəyyənləşdirə bilər:
Standart: 3.1.2. Mətndəki sözləri orfoepiya qaydalarına uyğun oxuyur.
Bu standart əsasında müəyyən edilmiş meyarlar:
1.
Mətndəki sözlərin vurğusunu düzgün müəyyənləşdirir.
2.
Mətndəki qoşasaitli sözləri düzgün tələffüz edir.
3.
Mətndəki qoşasamitli sözləri düzgün tələffüz edir.
4.
Fonetik qanun və hadisələri oxuda düzgün tətbiq edir.
Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar
Vasitələr
Müşahidə
Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə
bağlı suallar yazılmış vərəq)
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə qeydiyyat vərəqi
Yazı
Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş
meyar cədvəli
Rubrik
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Test
Test tapşırıqları
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
67
Milli kurikulum
Abdulla Qəhrəmanov
№
Şagirdlərin adı və soyadı
1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
Fənnin adı________________________________
01.10.2011
02.10.2011
03.10.2011
04.10.2011
Mövzu Beş bacının qardaşı
Meyar
Mətni
ifadəli
oxuyur
Mətndəki əsas
fikirlə bağlı
həyatında olan
oxşar hadisələri
danışır.
Vasitə
Müşahidə
Mövzu Xəyalpərəst
Meyar
Mətndə
təsvir
edilən
məsələ ilə
bağlı
mövqeyini
bildirir.
Mətndəki
hadisələrin əsas
xüsusiyyətlərini
söyləyir.
Mətnin
əsas
hissələrini
seçib nəql
edir.
Vasitə
Tapşırıqlar
Mövzu Müəllimdən hədiyyə
Meyar
Mətndəki
yeni
sözləri
izah edir.
Mətni düzgün
oxuyur.
Mətndəki
əsas fikirlə
bağlı
həyatında
olan oxşar
hadisələri
danışır.
Mətnin
əsas
hissələrini
seçib nəql
edir.
Vasitə
Şifahi sorğu
Mövzu Yaxşı dost
Meyar
Mətni
şüurlu
oxuyur.
Mətndə təsvir
edilən məsələ ilə
bağlı mövqeyini
bildirir.
Mətndəki
yeni
sözləri
cümlədə
işlədir.
Vasitə
Müşahidə
Formativ qiymətləndirmə jurnalı