Ziqzaq
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan
yaradır.
•Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir.Hər
qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.
•Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir.
•Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı və öz əvvəlki qrupuna
qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.
•Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər.
Mühazirə
Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı
məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə
qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədəmüvafiqdir:
Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,
Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).
Əyani və texniki vasitələrdən istifadə etmək.
Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və
jestlərini müşahidə etmək) tənzimləməlidir.
43
Milli kurikulum
Abdulla Qəhrəmanov
Karusel
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif
sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi
istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər
qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və
bütün sinif cavabları müzakirə edir.
Klaster (şaxələndirmə)
Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış
ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq
hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox
fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə
edilir və ümumiləşdirmə aparılır.
Suallar
Suallar dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin idrak
fəallığının artırılmasında böyük rol oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün
inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə
əlaqəli olmalıdır.
BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
•
Problem müəllim tərəfindən elan edilir.
•
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: –
Bilirəm/İstəyirəm bilim/Öyrəndim
•
Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
•
Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
•
Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü
sütunda qeyd edilir.
Rollu oyunlar
Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul
şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı
verir.
Anlayışın çıxarılması
Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə
dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan
tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz
sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar.
Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər
sadalayır.
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya
çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.
Müzakirə
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir.
Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün
imkan yaratmaqdır.
44
Milli kurikulum
Abdulla Qəhrəmanov
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi
və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə
ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən
keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı
suallar vermək məqsədəuyğun hesab edilmir.
“Qərarlar ağacı”
Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi
daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir neçə variantı
şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli
yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında
müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün
müzakirə aparır.
Söz assosiasiyaları
Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə
yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim
tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və
əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın
öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.
Problemli vəziyyət
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır.
Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara
paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir.
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün
bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
–
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
–
Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
–
I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
–
Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli
cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
–
Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə
dairəsində qeyd olunur).
–
Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
Layihələrin hazırlanması
•
Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz
layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin
tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol
oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini
qrafik üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də
45
Milli kurikulum
Abdulla Qəhrəmanov
məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı
bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə
istiqamətləndirir.
•
Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini
seşmək imkanı verir. Problem həmçinin sinif tərəfindən “əqli hücum ” üsulu ilə seçilə bilər.
•
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa
çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.)
bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.
•
İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü
cavabdehdir.
•
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə
oluna bilər.
Sorğu vərəqləri və müsahibə
Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini
öyrənmək məqsədilə aparılır.
•
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak
edənlər bu vərəqi müstəqil doldurur.
•
Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
•
Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məqsədəmüvafiq hesab edilir:
•
Problemi müəyyən etmək
•
İşi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq)
•
Məlumatları toplamaq ( Sualların cavablarını toplamaq).
•
Əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək.
46
Milli kurikulum
Abdulla Qəhrəmanov
6.
ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ YENİ QİYMƏTLƏNDİRMƏ
MEXANİZMLƏRİNİN TƏTBİQİ
Azərbaycan Respublikasında təhsil sahəsində yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil
Sektorunun İnkişafı layihəsində prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası (bundan sonra -
Konsepsiya) ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə
etmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini
təmin edən prinsiplərin müəyyənləşdirilməsinə, bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin
edilməsinə, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial statusunun
gücləndirilməsinə, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə
edilməsinə yönəldilmişdir.
6.1.
Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər
Yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;
təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı
məlumat verilməsini;
qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə
edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasını;
təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını;
qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq,
məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.
6.2.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan
problemlər
Hazırkı qiymətləndirmə sisteminin təhlili zamanı aşkara çıxarılan problem və nöqsanları aşağıdakı
kimi qruplaşdırmaq olar:
dəqiq müəyyənləşdirilmiş qiymətləndirmə standartlarının olmaması səbəbindən
qiymətləndirmə prinsiplərinin pozulması;
qiymətləndirmə üsul və vasitələrinin keyfiyyətlərinin təsvir olunmaması, onların əsas
xüsusiyyətlərinin və meyarlarının dəqiqləşdirilməməsi;
qiymətləndirmə vasitələrinin texniki keyfiyyətlərinə diqqət yetirilməməsi və qeyri-standart
vasitələrdən istifadə olunması;
qiymətləndirməyə və onun üsullarına müxtəlif yanaşmaların mövcudluğu şəraitində
dəqiqləşdirmələrin vaxtaşırı aparılmaması;
nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv
əsaslandırılmaması;
müasir qiymətləndirmə metodlarından istifadə təcrübəsinin məhdudluğu, mütəxəssislərin bu
sahədə hazırlıq səviyyəsinin aşağı olması;
tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər
arasında qarşılıqlı əlaqənin yaradılmaması;
inzibati prosedurların qeyri-şəffaflığı, qiymətləndirmə fəaliyyətinin qanuniliyinə zəmanətin
verilməməsi;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların
hazırlanmaması.
47
Milli kurikulum
Abdulla Qəhrəmanov
Bu problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki
qiymətləndirmə mexanizmində aşağıdakı xarakterik çatışmazlıqların yaranması ilə
nəticələnmişdir:
mövcud qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici səviyyədə
yönəlmir, onun tərkib hissəsinə çevrilmir və keyfiyyətinin yüksəldilməsinə xidmət etmir;
bu mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və əksər
şagirdləri qiymət almaq xatirinə oxumağa təhrik edir;
təlim prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət
yazmaqla məhdudlaşır, şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;
tədris zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks-əlaqə yarada
bilmir;
mövcud qiymətləndirmə üsullarının məhdudluğu yeni təlim texnologiyalarının səmərəli
tətbiqinə imkan vermir.
6.3.
Konsepsiyanın yaradılması üçün zəruri səbəblər
idarəetmənin daha demokratik üsullarına keçilməsi;
ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması;
inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi;
beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması;
milli özünəqayıdış hisslərinin aşılanması.
6.4.
Əsas qiymətləndirmə növləri
Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək,
nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və
aşağıdakı məqsədlərə xidmət edir:
şagirdin nailiyyətinin (və ya geriləmələrinin) izlənilməsi (monitorinqi);
təlim prosesində qərarların qəbulu;
şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;
kurikulumun qiymətləndirilməsi.
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi
Ənənəvi qiymətləndirmə
Müasir qiymətləndirmə
Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul
olunurdu, şagird yalnız qiymət almaq xatirinə
oxuyurdu.
Qiymətləndirmə təhsilin keyfiyyətinin
yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib
amil kimi meydana çıxır.
Cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı.
Müəllimin subyektiv rəyinə əsaslanırdı.
Cari qiymətləndirilmənin aradan qaldırılması
məzmun standartlarının bütövlükdə
mənimsənilməsini və qiymətləndirmənin
obyektivliyini təmin edir.
Tədris prosesinin yalnız müəyyən bir hissəsində
tətbiq edilirdi.
Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir.
Əsasən bilik səviyyəsi qiymətləndirilirdi.
Şagirdin nailiyyəti (qazanılan dəyərər)
qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
Qiymətləndirmə standartları mövcud deyildi.
Məzmun standartlarının mənimsənilməsi səviyyəsini
ölçmək üçün qiymətləndirmə standartları
müəyyənləşdirilmişdir.
48
Milli kurikulum
Abdulla Qəhrəmanov
6.4.1.
Beynəlxalq qiymətləndirmən
Beynəlxalq
qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi
funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır,
ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli
problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı
yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının
qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin
nəticələri arasındakı fərqləri izah edən amilləri (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri
və tədris prosesinin xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri
savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarını qiymətləndirməyə
xidmət edir.
6.4.2.
Milli qiymətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda
mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən
sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər,
sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və əldə
olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər
dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata
keçirilməsinə xidmət edir. Təlimin aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən
tərəflərin münasibətində baş verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər
amillər barədə əlavə məlumatların əldə edilməsinə imkan verir.
6.4.3.
Məktəbdaxili qiymətləndirmə növləri
Yuxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan
məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurikulum üzrə
qiymətləndirmə);
Diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi),
Formativ (irəliləmə və geriləmələrin monitorinqi),
Summativ (kiçik, böyük və yekun)
Qiymətlədirmə
Beynəlxalq
Milli
Məktəbdaxili
Diaqnostik
Formativ
Summativ
49
Milli kurikulum
Abdulla Qəhrəmanov
Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan
qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.
Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə, bir
təhsil səviyyəsindən digər təhsil səviyyəsinə keçirilməsinə xidmət edir.
6.4.4.
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə təlimin hər hansı bir mərhələsində şagirdin bilik və bacarıqlarının ilkin
səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə
alan təlim strategiyalarının seçilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi
təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları
haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını
müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır.
Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan
yaradır.
Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan
verir.
Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinif və formativ qiymətləndirmə
jurnallarında) qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə
valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.
İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və
təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün
istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa
düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə qiymətləndirməsinin sualları bir-biri
ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu,
digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə
qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını
qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu
suallar əsas psixometrik tələblərə cavab verməlidir.
Dostları ilə paylaş: |