Qüdrət: Rədd ol, alçaq! Heç utanmır köpəyoğlu. Babasına dediyi sözə bax. (Səməd gülərək otağa keçir, divana rahat-rahat yaslanıb düşünür) Deyirəm bu qədər şeyləri nə vaxta qədər gizlədəcəyəm görən? Tutaq ki, bu dünyada Züleyxanın bunlardan xəbəri olmadı. O dünyada iki əli yaxamda olacaq. Allahdan istəyəcəm ki, məni cəhənnəmə atsın. Əgər bu qədər şeyləri Züleyxa biləndən sonra onunla bərabər cənnətə getsəm, Züleyxa mənə oranı cəhənnəmdən betər edər. Belə də ki, bu qədər şeylə məni Allah-təala heç vaxt cənnətə göndərməz amma… Eh!