Səməd: İşi həll etmişəm. İndi çıxırıq. Sən də tez ol. Birdən tərs damarı tutub tez qayıtsa yaxalanmayasan.
Qüdrət:(gülür) Ay əclaf! Yaxşı, bu yaxşılığını da unutmayacam. Birdənəsən! (Qüdrətin telefonu zəng çalır, zəngi qəbul edib danışmağa başlayır) Bəli, eşidirəm. (pauza) Aha, xoş gəlmisiz. Siz ordan bir taksiyə minin, mən taksiyə ünvanı deyəcəyəm, size evə gətirəcək. (pauza) Aha… (pauza) Orda taksilər çox olur, birinə yaxınlaşıb telefonu ona verin. (pauza) Hə, salam qardaş. O qadın əcnəbidir. Mənim qonağımdır. Onu Gənclik metrosunun yanı, Atatürk prospekti, bazarın yanındakı beş mərtəbəyə gətirmək lazımdır. (pauza) Aha, çox sağol qardaş, gözləyirəm sizi. (telefonu cibinə qoyur) Day tez olun, çıxın.
Səməd: Ah, ah, baba! Nə oyunlardan çıxırsan! Nənəm bir bunları öyrənsə…