Səməd: Babamız feysbukda record qırıb. Bütün qızlar babamızı 23 yaşlı Qusik kimi tanıyır.
Günəş: (təəccüblə) Nə danışırsan?
Səməd: Yaşına baxma, bilirsən canında nələr var?! Dünən bir rus qadınla danışırdı. Mesajları özüm oxumuşam, yazıb ki, Universiteti təzə bitirmişəm, mühəndisəm, 23 yaşım var, İçərişəhərdə Xəzər mənzərəli 4 otaqlı evim var. Ən son madel Jeep maşınım var… Qısası, nəyi var basıb-bağlayıb. (gülür)
Günəş:(gülür) Qulaq gündə bir söz eşitməsə kar olar. Nənənin bundan xəbəri var?
Səməd: Yox, yox! Səsini çıxartma sən canı. Bilsə mənim də, babanın da başını kəsər.
Günəş: Əgər başınızı kəsməklə qurtula bilsəz sevinin. Məncə hər tikənizi qulağınızdan da kiçik doğrayıb qurda-quşa yem edər.
Səməd: Yaxşı, qorxutma məni. Onsuz da gecəm gündüzüm yoxdur. Baba hələ o Rusiyadakı qadını bura qonaq da çağırıb.