Züleyxa: Aaa, Qüdrət, (Qüdrət dik atılır) havalanmısan??? Nə olub, hansı dərddən danışırsan?
Qüdrət:(təzədən ağlamağa başlayır) Züleyxa, sənə canım qurban, Züleyxa! Oturub fikirləşdim ki, sənin kənddəki rəfiqələrin hamısı əbədi dünyaya getdi, Allah onları rəhmət eləsin. Çoxdandır, kəndə, yasa getmirsən. Dediç bəlkə növbə çatıb sənə. Qorxudan tir-tir əsdim, özümə gələ bilmirəm.
Qüdrət:Demə belə Züleyxa, getməkdən danışma. Mən səndən doymamışam. (hönkür-hönkür ağlayır)Mən Allahdan 100 il də ömür istəyirəm səninlə bir yerdə olmaq üçün. Üz-üzə, göz-gözə, nəfəs-nəfəsə, ömür boyu bir yerdə, azad, firəvan dünyada səninlə xoşbəxt olmaq üçün Allah mənə 100 il də ömür versin. Sənsiz bir saniyə də yaşamaq istəmirəm.
Züleyxa: Yenə təbin gəldi? Ay mənim şair əlim! Bayaq fikirləşib sənin üçün bir iş tapdım.