Züleyxa: Yaxşı, qızım. Amma özündən muğayat ol. Atandan anandan əmanətsən, bircə ikinizi də onlara sağ-salamat təhvil verim, rahat olaram. Səmədi heç evdə tuta bilmirəm.
Səməd: Mən heç evdən çölə çıxıram ki?
Züleyxa: Dünən pəncərədən küçəyə baxıb bir qız gördün, göz qırpımında yoxa çıxdın, gecə yarısı idi evə gələndə.
Səməd: Adım çıxınca canım çıxsın. Mən qız dalıyca getməmişdim ki, dostum çağırmışdı.
Qüdrət: Səməd, sən bura gəl, səninlə kiçik bir işim var. (Günəşlə Züleyxaya) Siz gedin başınızı qatın. Bizim biraz işimiz var.