Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Xroniki irinli orta otit zamanı kəllədaxili ağırlaşmaların hansı cərrahi müalicəsi göstərişdir?



Yüklə 1,54 Mb.
səhifə13/15
tarix26.11.2016
ölçüsü1,54 Mb.
#228
1   ...   7   8   9   10   11   12   13   14   15

816) Xroniki irinli orta otit zamanı kəllədaxili ağırlaşmaların hansı cərrahi müalicəsi göstərişdir?

A) Ümumi boşluq əməliyyatı

B) Endoural sanasiyaedici əməliyyat

C) Attikoantrotomiya

D) Antrotomiya

E) Mastoidotomiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 441
817) Kəskin orta otitli xəstədə üz sinirinin parezi inkişaf etdikdə hansı adekvat müalicə taktikası birinci növbədə seçilməlidir?

A) Antrotomiya

B) Ümumi boşluq əməliyyatı

C) Attikoantrotomiya

D) Mastoidotomiya

E) Parasentez


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И. «Оториноларингология» М. Медицина,2001,стр 403
818) Xroniki irinli epitimpanitli xəstədə üz sinirinin parezi inkişaf etdikdə hansı müalicə taktikası seçilməlidir?

A) Attikoantrotomiya

B) Antrotomiya

C) Mastoidotomiya

D) Parasentez

E) Ümumi boşluq əməliyyatı


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 441
819) Xroniki irinli mezotimpanitin uzunmüddətli remissiyası zamanı hansı əməliyyat məsləhətdir?

A) Antrotomiya

B) Mastoidotomiya

C) Mirinqoplastika

D) Endoaural sanasiyaedici əməliyyat

E) Attikoantrotomiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 445
820) Hansı dərmanlar sensonevral zəifeşitməyə səbəb ola bilməz?

A) Sitostatiklər

B) Diuretiklər

C) Qlyukokortikoidlər

D) Aminoqlikozid antibiotiklər

E) Malyariya əleyhinə dərmanlar


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М.Медицина, 2001,стр 458
821) Hansı dərmanlar sensonevral zəifeşitməyə səbəb ola bilməz?

A) Antihistaminlər

B) Sitostatiklər

C) Malyariya əleyhinə dərmanlar

D) Aminoqlikozid antibiotiklər

E) Diuretiklər


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 485
822) Hansı antibiotiklər sesonevral zəifeşitməyə səbəb ola bilər?

A) Pensillinlər

B) Tetrasklinlər

C) Aminoqlikozidlər

D) Ftorxinolonlar

E) Sefalosporinlər


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 458
823) Hansı antibiotiklər sesonevral zəifeşitməyə səbəb ola bilər?

A) Ftorxinolonlar

B) Sefalosporinlər

C) Pensillinlər

D) Tetrasklinlər

E) Makrolidlər


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.ИОториноларингология» М. Медицина,2001,стр 458
824) Dərmanların ototoksik təsirinin inkişaf etməsinə hansı faktorlar şərait yaratmır?

A) Avitaminoz

B) Anemiya

C) Orta qulaqda xroniki iltihab

D) Böyrəklərin ifrazat funksiyasının pozulması

E) Allergik sensibilzasiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 458
825) Sensonevral ağıreşitmənin risk faktorlarına hansı faktor aid deyildir?

A) Plasentanın patalogiyası

B) Anemiya

C) Qan qohumluğu nikahları

D) Hamiləlik

E) Hiperxolesternemiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 458
826) Ototoksik dərman mənşəli kəskin sesonevral zəifeşitmənin konservativ müalicəsinin prinsiplərinə nə aid deyildir?

A) Antioksidantlar

B) Xəstəliyə səbəb olan dərmanın təcili kəsilməsi

C) Desensibilizəedici terapiya

D) Dehidratasiya

E) Dezintoksikasiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина,2001,стр 461
827) Ototoksik dərman mənşəli kəskin sesonevral zəifeşitmənin konservativ müalicəsinin prinsiplərinə nə aid deyildir?

A) Antioksidantlar

B) Dehidratasiya

C) Xəstəliyə səbəb olan dərmanın təcili kəsilməsi

D) İmmunomodulyator terapiya

E) Dezintoksikasiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 461

828) Kəskin sensonevral zəifeşitmənin etiologiyasına nə aid deyildir?

A) Damar pozğunluqları

B) Xroniki infeksiya mənbələri

C) Kəllə-beyin travmaları

D) Baro və akustik travmalar

E) İnfeksiyon xəstəliklər


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 457
829) Kəskin sensonevral zəifeşitmənin etiologiyasına nə aid deyildir?

A) Damar pozğunluqları

B) İnfeksiyon xəstəliklər

C) Baro və akustik travmalar

D) Burun boşluğu xəstəlikləri

E) Kəllə-beyin travmaları


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина,2001,стр 457
830) Hansı infeksiyon xəstəlik kəskin sensonevral zəifeşitmə yaratmır?

A) Skarlatina

B) Epidemik parotit

C) Mononukleoz

D) Qrip

E) Qızılca


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 457
831) Hansı infeksiyon xəstəlik kəskin sensonevral zəifeşitmə yaratmır?

A) Qrip


B) Epidemik parotit

C) Cuzam


D) Skarlatina

E) Qızılca


Ədəbiyyat: Пальчун В.Т. Крюков A.И. «Оториноларингология» М. Медицина,2001,стр 458
832) Kəskin sensonevral zəifeşitməyə hansı somatik xəstəlik səbəb olmur?

A) Beyin işemiyası

B) Hipertoniya xəstəliyi

C) Hipofizar nanizm

D) Vegetativ damar distoniyası zamanı daimi hipotoniya

E) Hipoparatireoz


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 458
833) Kəskin sensonevral zəifeşitməyə hansı somatik xəstəlik səbəb olmur?

A) Hipoparatireoz

B) Vegetativ damar distoniyası zamanı daimi hipotoniya

C) Beyin işemiyası

D) Onkoloji xəstəliklər

E) Hipertoniya xəstəliyi


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И.«Оториноларингология» М. Медицина,2001,стр 458
834) Hemodinamik mənşəli sensonevral zəifeşitmənin müalicəsi prinsiplərinə nə aid deyildir?

A) Antikoaqulyant terapiya

B) Damardaraldıcı dərmanlar

C) Antioksidant terapiya

D) Dehidratasiyon terapiya

E) Arterial təzyiqin nizamlanması


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 458
835) Hemodinamik mənşəli sensonevral zəifeşitmənin müalicəsi prinsiplərinə nə aid deyildir?

A) Arterial təzyiqin nizamlanması

B) Desensibilizəedici terapiya

C) Antioksidant terapiya

D) Dehidratasiyon terapiya

E) Antikoaqulyant terapiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 461
836) Xroniki sensonevra zəifeşitmənin əmələ gəlməsi səbəbləri hansılar deyildir?

A) Qara ciyər və böyrək xəstəlikləri

B) Ateroskleroz

C) Şəkərli diabet

D) Onurğa sütununun boyun şöbəsinin ostexondrozu

E) Yuxarı tənəffüs yolları xəstəlikləri


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 458
837) Xroniki sensonevral zəifeşitmənin müalicəsində hansı dərmanlar istifadə olunmur?

A) Antihipoksantlar

B) Antikoaqulyantlar

C) Antihistaminlər

D) Angioprotektorlar

E) Neyrotrop dərmanlar


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 462

838) Kataral tubootit üçün hansı tip timpanoqramma xarakterikdir?

A) D tip


B) F tip

C) A tip


D) C tip

E) B tip
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 462


839) Anadangəlmə zəifeşitmənin əmələ gəlməsinin risk faktorlarına nə aid deyildir?

A) Hamiləlik zamanı məxmərək

B) Çoxdöllülük

C) Ana və uşağın rezus münaqişəsi

D) Anada şəkərlik diabet

E) Hamiləlikdə toksoplazmoz və sitomeqalovirus infeksiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 458
840) Sensonevral zəifeşitmə diaqnozunu qoymaq üçün hansı müayinə aparılmır?

A) Tonal astanaüstü audiometriya

B) Akumetriya

C) İmpedansometriya

D) Tubosonometriya

E) Tonal astanalı audiometriya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 460
841) Sensonevral zəifeşitmənin diaqnostikası üçün hansı metod əsasdır?

A) Danışıq audiometriyası

B) Tonal astanaüstü audiometriya

C) Tonal astanalı audiometriya

D) Akumetriya

E) Timpanometriya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 460
842) Eşitmə analizatorunun retrokoxlear zədələnməsinin diaqnostikası üçün hansı metod əsasdır?

A) Astana adaptasiyasının müayinəsi

B) Danışıq audiometriyası

C) Timpanometriya

D) Tonal astanalı audiometriya

E) Akumetriya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 460
843) Tubootit diaqnozunun təsdiqlənməsində hansı metod əsasdır?

A) Timpanometriya

B) Akumetriya

C) Nistaqmoqrafiya

D) Audiometriya

E) Otoskopiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 436
844) Eşitmə borusunun funksiyalarının pozulması olan xəstələrdə hansı şikayət olmur?

A) Otoreya

B) Autofoniya

C) Eşitmənin zəifləməsi

D) Qulaqda ağrı və təzyiq hissiyatı

E) Qulaqda küy


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 436
845) Eksudativ tubootit üçün hansı tip timpanoqramma xarakterikdir?

A) C tip


B) D tip

C) B tip

D) A tip

E) F tip
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 436


846) Yaşlı şəxslərdə qulaqda aspergillyoz olduqda iltihab hansı xarakterli olur?

A) Xroniki

B) Residivləşən

C) Yarımkəskin

D) Kəskin

E) Hamısı


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.390
847) Qulaqda əməliyyatdan sonrakı boşluqlarda islanmış suçəkən kağıza oxşar patoloji ifrazat hansı göbələklə zədələnmə zamanı müşahidə edilir?

A) Kif


B) Heç biri

C) Alternariya

D) Hamısı

E) Candida


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.390
848) Xarici otit zamanı qulaqda ağrının artmasına nə səbəb olmur?

A) Başın hərəkətləri

B) Çeynəmə

C) Qulaq qıfı ilə otoskopiya

D) Traqusun basılması

E) Əsnəmə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.386-389
849) Otoskleroza kimlərdə daha çox rast gəlinir?

A) Qadınlarda

B) Yeniyetmələrdə

C) Kişilərdə

D) Südəmər uşaqlarda

E) Həm qadınlarda,həm kişilərdə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр.470
850) Otosklerozun cərrahi müalicəsində hansı metod daha tez-tez tətbiq edilir?

A) Horizontal yarımdairəvi kanalın fenestrasiyası

B) Heç biri

C) Rozen üsulu ilə üzənginin mobilizasiyası

D) Stapedoplastikanın müxtəlif növləri

E) Timpanoplastika


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» M.Медицина,2001,с.475
851) Otosklerozda patoloji ocaqlar daha çox harada yerləşir?

A) Daxili qulaq keçəcəyində

B) Təbil pərdəsində

C) Girdə pəncərə nahiyəsində

D) Oval pəncərə nahiyəsində

E) Promontoriumda


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» M.Медицина,2001,с.470
852) Parakuzis Willisii hansı xəstəlikdə rast gəlinir?

A) Adheziv otit

B) Xroniki otit

C) Menyer xəstəliyi

D) Otoskleroz

E) Sensonevral zəifeşitmə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» M.Медицина,2001,с.473
853) Xroniki otitlər zamanı təbil pərdəsinin hansı perforasiyasına daha çox rast gəlinir?

A) Hamısı

B) Paxlavari

C) Kənari

D) Total

E) Mərkəzi


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» M.Медицина,2001,с.429
854) Orta qulağın xəstəliklərinin rentgendiaqnostikasında hansı uzanma formaları var?

A) Stenversə görə

B) Hamısı

C) Mayerə görə

D) Şülerə görə

E) Şosseyə görə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.511
855) Eksudativ orta otitin mualicə metodlarından hansı daha effektlidir?

A) Təbil pərdəsinin massajı

B) Qulağa damcılarının tökülməsi

C) Dərmanların endoaural elektroforezi

D) Təbil boşluğundan eksudatın xaric edilməsi

E) Eşitmə borularının üfürülməsi


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.410
856) Eksudativ orta otitin diaqnostika metodlarından hansı daha dürüstdür?

A) Mirinqotomiya zamanı eksudatın alınması

B) Konduktiv zəifeşitmə

C) Eşitmə borularının keçiriciliyinin pozulması

D) Qulaqda küy və axıntı hissiyatı

E) Təbil pərdəsinin içəri dartılması


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.410
857) Hansı xəstəliklər zamanı baroterapiya göstərişdir?

A) İrinli orta otit

B) Xarici otit

C) Menyer xəstəliyi

D) Sensonevral ağıreşitmə

E) Tubootit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр.457-464

858) Südəmər uşaqlarda kəskin irinli orta otitin hansı ağırlaşması daha çox rast gəlinir?

A) Ziqomatisit

B) Meningit

C) Gicgah sümüyünün subperiostal absesi

D) Sinustromboz

E) Labirintit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр.406-409

859) Qulağın hansı yaraları daha çox perixondrit və başqa ağırlaşma törədir?

A) Hamısı

B) Deşilmiş

C) Əzilmiş

D) Kəsilmiş

E) Cırılmış


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр.476-479


Qırtlaq patologiyası
860) Sərbəst xəstəlik kimi kəskin kataral laringitə səbəb olan faktorlar arasında nə yoxdur?

A) Soyuqlama

B) Qışqırma

C) Travma

D) Alkoqoldan sui-istifadə

E) Nikotindən sui-istifadə


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.337
861) Kəskin kataral laringitə ən çox nə xarakterikdır?

A) Səsin xırıltılı olması.Yüksək hərarət.Udqunmanın ağrılı olması

B) Öskürək.Səsin xırıltılı olması.Tənəffüsün pozulması

C) Yüksək hərarət.Udqunmanın ağrılı olması.Tənəffüsün pozulması

D) Öskürək.Yüksək hərarət.Tənəffüsün pozulması

E) Öskürək.Səsin xırıltılı olması.Udqunmanın ağrılı olması


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.337
862) Kəskin kataral laringit zamanı larinqoskopiyada nə ayırd edilir?

A) Selikli qişanın ödemi.Selikli qişanın hiperemiyası.Selikli qişanın irinləməsi

B) Selikli qişanın ödemi.Geniş sahələrdə qansızmalar.Selikli qişanın irinləməsi

C) Selikli qişanın ödemi .Selikli qişanın hiperemiyası.Selikli qişanın infiltrasiyası

D) Selikli qişanın ödemi.Selikli qişanın hiperemiyası. İrinli ərp

E) Selikli qişanın hiperemiyası.Selikli qişanın ödemi.Geniş sahələrdə qansızmalar


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338
863) Kəskin kataral laringit nə ilə differensasiya edilir?

A) Difteriya.Sifilis.Udlaqarxası abses

B) Vərəm.Sifilis.Qızıl yel

C) Difteriya.Vərəm.Qızıl yel

D) Sifilis.Udlaqarxası abses.Qızıl yel

E) Difteriya.Vərəm.Sifilis


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338
864) Kəskin kataral laringitlə qırtlaq difteriyası arasında əsas differensial diaqnostik fərq hansıdır?

A) Səs büküşlərində ödem və infiltrasiyası

B) Selikli qişanın hiperemiyalı olması

C) Çirkli-boz ərpin olması

D) Səs yarığında quru qabıqların olmasıdır

E) Ağ irinli ərpin olması


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338
865) Kəskin kataral laringitlə qırtlaq vərəminin başlanğıc forması arasında əsas differensial diaqnostik fərq hansıdır?

A) Hər 2 səs büküşlərində hiperemiya və ödem

B) Səs büküşlərindən birində hiperemiya və ödem

C) Selikli qişanın hiperemiyalı olması

D) Ağ irinli ərpin olması

E) Çirkli-boz ərpin olması


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338
866) Qırtlaq vərəminin başlanğıc mərhələsi üçün nə xarakterikdir?

A) Çalovvari sahədə hiperemiya və infiltrasiya.Hər 2 səs büküşünün hiperemiya və infiltrasiyası.Çalovabənzər qığırdaqda hiperemiya və infiltrasiya

B) Çalovvari sahədə hiperemiya və infiltrasiy.Səs büküşlərindən birinin hiperemiya və infiltrasiyası.Çalovabənzər qığırdaqda hiperemiya və infiltrasiya

C) Hər 2 səs büküşünün hiperemiya və infiltrasiyası.Çalovabənzər qığırdaqda hiperemiya və infiltrasiya.Mədəcik büküşlərinin hiperemiya və infiltrasiyası

D) Hər 2 səs büküşünün hiperemiya və infiltrasiyası.Səs büküşlərindən birinin hiperemiya və infiltrasiyası. Mədəcik büküşlərinin hiperemiya və infiltrasiyası

E) Çalovvari sahədə hiperemiya və infiltrasiya.Səs büküşlərindən birinin hiperemiya və infiltrasiyası.Mədəcik büküşlərinin hiperemiya və infiltrasiyası


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338
867) Büküşaltı laringit ən çox hansı yaşlarda rast gəlinir?

A) 0-1 yaşlarında

B) 12-14 yaşlarında

C) 6-8 yaşlarında

D) 2-5 yaşlarında

E) 9-11 yaşlarında


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.347
868) Büküşaltı laringitə xas olan əsas şikayətlər hansılardır?

A) Səsin xırıltılı olması.İnspirator təngnəfəslik.Tənəffüsün çətinləşməsi

B) Öskürək.İnspirator təngnəfəslik.Tənəffüsün çətinləşməsi

C) Səsin xırıltılı olması.Ekspirator təngnəfəslik.Tənəffüsün çətinləşməsi

D) Öskürək.Səsin xırıltılı olması. Ekspirator təngnəfəslik

E) Öskürək.Səsin xırıltılı olması.İnspirator təngnəfəslik


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.347

869) Qırtlaq difteriyası ilə büküşaltı laringit arasında əsas differensial diaqnostik fərq hansıdır?

A) Boğulmanın kəskin başlanması.Əvvəl kəskin rinofaringitin olmaması.Əvvəl səsin xırıltılı olması

B) Boğulmanın kəskin başlanması.Əvvəl kəskin rinofaringitin olması.Əvvəl səsin xırıltılı olması

C) Boğulmanın tədricən başlanması.Əvvəl kəskin rinofaringitin olmaması.Əvvəl səsin xırıltılı olması

D) Boğulmanın tədricən başlanması.Əvvəl kəskin rinofaringitin olması.Əvvəl səsin xırıltılı olması

E) Hamısı


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.348
870) Büküşaltı laringiti qırtlaq difteriyası ilə differensasiya edərkən nələri nəzərə almaq lazımdır?

A) Difteriya zamanı əvvəl boğulma başlayır,sonra səs pozulur.Difteriya zamanı yüksək temperatur,boğazda ağrılar olmur.Difteriya zamanı boyun limfa vəziləri şişmiş olurlar

B) Difteriya zamanı əvvəl səs pozğunluğu olur,sonra boğulma başlayır.Difteriya zamanı yüksək temperatur,boğazda ağrılar olur.Difteriya zamanı boyun limfa vəziləri şişmiş olurlar

C) Hamısı

D) Difteriya zamanı əvvəl səs pozğunluğu olur, sonra boğulma başlayır.Difteriya zamanı yüksək temperatur,boğazda ağrılar olmur.Difteriya zamanı boyun limfa vəziləri şişmiş olurlar

E) Difteriya zamanı əvvəl boğulma başlayır,sonra səs pozulur.Difteriya zamanı yüksək temperatur,boğazda ağrılar olur.Difteriya zamanı boyun limfa vəziləri şişmiş olurlar


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.348
871) Büküşaltı laringitin müalicəsində, adətən, nə təyin edilmir?

A) Bəlğəmgətiricilər

B) Yayındırıcı terapiya

C) Sidikqovucular

D) Antibiotiklər

E) Antihistaminlər


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.348
872) Hemorragik laringitin əmələ gəlməsi səbəblərinə nə aid deyildir?

A) Ürək-qan damar sistemi xəstəlikləri

B) Qanyaradan üzvlərin patologiyası

C) Bəd xassəli şişlər

D) Hamiləlik

E) Toksiki forma qripp


Ədəbiyyat: B. T. Пальчун, Н.А.Преображенский «Болезни уха,горла,носа» М. «Медицина»,1980,стр.212
873) Hemorragik laringitin əsas şikayətləri hansılardır?

A) Tutma şəklində quru öskürək.Qanlı bəlğəm ifrazı.Boğazda quruluq,diskomfort

B) Bəlğəmli öskürək.İnspirator təngnəfəslik.Boğazda quruluq, diskomfort

C) Tutma şəklində quru öskürək.İnspirator təngnəfəslik.Boğazda quruluq,diskomfort

D) Bəlğəmli öskürək.Qanlı bəlğəm ifrazı.İnspirator təngnəfəslik

E) Qanlı bəlğəm ifrazı.İnspirator təngnəfəslik.Boğazda quruluq,diskomfort


Ədəbiyyat: B. T. Пальчун, Н.А.Преображенский «Болезни уха,горла,носа» М. «Медицина»,1980,стр.212
874) Hemorragik laringitin müalicəsində nə təyin edilmir?

A) Hemostatiklər

B) Bəlğəmgətiricilər

C) Antihistaminlər

D) Antibiotiklər

E) Antikoaqulyantlar


Ədəbiyyat: B. T. Пальчун, Н.А.Преображенский «Болезни уха,горла,носа» М. «Медицина»,1980,стр.212
875) Qırtlaq anginası nədir?

A) Qırtlaq selikli qişaltı qatının irinli iltihabı

B) Qırtlaq əzələ qatının iltihabı

C) Qırtlaq limfadenoid toxumasının kəskin iltihabı

D) Qırtlaq selikli qişasının kəskin iltihabı

E) Qırtlaq qığırdaqüstünlüyünün iltihabı


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.349
876) Qırtlaq anginası zamanı əsas şikayətlərə nə aid deyildir?

A) Tənəffüsün çətinləşməsi

B) Udqunmanın ağrılı olması

C) Periferik limfa vəzilərinin böyüməsi

D) Boyun yumşaq toxumalarının infiltrasiyası,şişkinliyi

E) Hərarətin yüksəlməsi


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.349
877) Qırtlaq anginası nə ilə differensasiya edilir?

A) Qırtlaq ödemi ilə

B) Qırtlaq difteriyası ilə

C) Lakunar angina ilə

D) Qırtlaq vərəmi ilə

E) Follikulyar angina ilə


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.350
878) Fleqmanoz laringitdə prosesə hansı törəmə qoşulmur?

A) Qırtlağın qığırdaqüstlüyü qatı

B) Qırtlaq qığırdaqları

C) Qırtlağın selikli qişaaltı qatı

D) Qırtlağın əzələ qatı

E) Qırtlağın bağ aparatı


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.340
879) Fleqmanoz laringit zamanı olan şikayətlər hansılardır?

A) Tənəffüsün pozulması.Tutma şəklində quru öskürək.Qanlı bəlğəm ifrazı

B) Udqunmanın ağrılı olması.Hərarətin yüksəlməsi.Qanlı bəlğəm ifrazı

C) Udqunmanın ağrılı olması.Tənəffüsün pozulması.Tutma şəklində quru öskürək

D) Udqunmanın ağrılı olması.Hərarətin yüksəlməsi.Tənəffüsün pozulması

E) Udqunmanın ağrılı olması.Tutma şəklində quru öskürək.Qanlı bəlğəm ifrazı


Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.340
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin