631) Adenoidlərin əsas kliniki simptomları hansılardır?
A) Miokardiodistrofiya
B) Davamlı öskürək
C) Revmatizm
D) Qlomerulonefrit
E) Burun tənəffüsünün çətinləşməsi, ağızın açıq qalması, tıntınlığ, xoruldama
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр.,364-366
632) Damaq-udlaq çatışmamazlığı adenotomiya üçün əks-göstəriş ola bilərmi?
A) Ola bilməz
B) Ortodontun icazəsindən asılı olaraq
C) Nevroloji statusdan asılı olaraq
D) Ola bilər
E) Xəstənin yaşından asılı olaraq
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 364-366
633) Paratonzillar absesdə irin damaq badamcıqlarının hansı hissələrində formalaşır?
A) Damaq badamcığının parenximasında
B) Retrofaringeal zonada
C) Yumşaq damaqda
D) Badamcığın lakunalarında
E) Badamcıqətrafı toxumada
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 336-338
634) Paratonzillyar absseslər hansı lokalizasiyada olmurlar?
A) Daxili
B) Ön-yuxarı
C) Aşağı
D) Xarici
E) Arxa
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 336-338
635) Xəstədə yüksək hərarət, boğazda şiddətli ağrılar, orofarinx assimmetriyası, damaq badamcığının ön qövsünün və yumşaq damaqın hiperemiyası və infiltrasiyası var, arxa qövs görünmür, damaq badamcığı aşağa və orta xəttə qədər yerini dəyişibdir. Diaqnoz hansı olmalıdır?
A) Arxa-yuxarı paratonzillyar abses
B) Arxa-aşağı paratonzillyar abses
C) Yan paratonzillyar abses
D) Ön-aşağı paratonzillyar abses
E) Ön-yuxarı paratonzillyar abses
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 336-338
636) Ön-yuxarı paratonzillyar absesi,adətən, hansı yerdən açmaq lazımdır?
A) Arxa qövs boyu
B) Arxa və ön qövslərim birləşdiyi yerdə
C) Ön qövsdə damaq badamcığının kapsulası səviyyəsində, 1,5 sm dərinliyə
D) Ön qövsün kənarı ilə 1 sm dərinliyə
E) Ön gövslə dilçək əsasını və axırıncı malyarı birləşdirən xəttin ortasında, qövsun kənarından 1 sm lateral
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 336-338
637) Arxa paratonzillyar absesin yarılması damaq badamcığının arxa hissəsində ən çox qabarma yerində hansı dərinlikdə olmalıdır?
A) 1,0 sm
B) 2,5 sm
C) 2,0 sm
D) 0,5 sm
E) 1,5 sm
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 336-338
638) Uşaqlarda retrofaringeal abses nəyin nəticəsində formalaşa bilər?
A) Retrofaringeal boşluğun limfa düyünlərinin iltihabı
B) Arxa paratonzillyar abses zamanı irinin retrofaringeal boşluğa yayıması
C) Ön paratonzillyar abses zamanı irinin retrofaringeal boşluğa keçməsi
D) Orta paratonzillyar abses zamanı irinin retrofaringeal boşluğa keçməsi
E) Fəqərə sütununun boyun hissəsinin absesi
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 336-338
639) Adenoid ilə bağlı eşitmə zəyifliyi nə ilə əlaqədardır?
A) Eşitmə borularının tutulması ilə
B) Kəllədaxili durğunluq halları ilə
C) Eşitmə analizatorunun qanqlioz törəmələrinin intoksikasiyası ilə
D) Qulaq sümükcüklərinin sklerozu ilə
E) Eşitmə sinirin iltihabı ilə
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр., 364-366
640) Hansı anginalar zamanı nəfəs yollarının stenozu inkişaf edə bilər?
A) Udlağın arxa divarının anginası
B) Udlağın yan balışlarının anginası
C) Retronazal angina
D) Dil kökü badamcığı anginası
E) Qırtlaq anginası
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр. 319-335
641) Retrofaringeal abses hansı xəstəliklər nəticəsində əmələ gələ bilər?
A) Sinusitlər
B) Kəskin faringit və adenoidit, respirator virus xəstəlikləri
C) Meningit
D) Qida intoksikasiyası
E) Pnevmoniya
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр.339-340
642) Kandidomikozun patogenezində hansi faktorlar əhəmiyyət kəsb edir?
A) Fizioterapiya
B) Kimya terapiyası
C) Şua terapiyası
D) Sulfanilamid terapiyası
E) Sistemsiz antibiotik terapiyası
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр.343-348
643) Difteriyanin inkubasyon müddəti nə qədər ola bilər?
A) 4-10 gün
B) 10-15 gün
C) 20 gün
D) 1-4 gün
E) 1 ay
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр. 323, 327-331
644) Retrofaringeal abses nə ilə fəsadlaşa bilər?
A) Sepsis
B) Pnevmotoraks
C) Qirtlağın perixondriti
D) Laterofaringeal fleqmona
E) Mediastinit, ağız boşluğu fleqmonası
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр. 339-340
645) Qida borusunun yad cisminin fəsadları hansılardır?
A) Pnevmotoraks
B) Qastrit
C) Ezofagit, gida borusunun perforasiyası, mediastinit
D) Traxeit
E) Sepsis
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр. 452-466
646) Hipertrofik faringitin formaları hansılardır?
A) Subatrofik
B) Kataral
C) Sadə hipertrofik
D) Yan, qranulyoz
E) Atrofik
Ədəbiyyat: Солдатов И.Б. Руководство по оториноларингологии, М.Медицина, 1997, стр. 340-343
647) „ Angina ”termini nə deməkdir?
A) Ümumi infeksion xəstəlikdir və udlağın selikli qişasının kəskin iltihabı ilə müşahidə olunur
B) Streptokokk etiologiyalı kəskin yolxucu xəstəlik olub,kəskin tonzillit sindromu ilə özünü biruzə verir
C) Udlaq limfoadenoid halqasının bir və ya bir neçə komponentinin kəskin iltihabıdır
D) Damaq badamcıqlarının və udlağın selikli qişasının kəskin iltihabıdır
E) Ümumi infeksion–allergik xəstəlikdir və damaq badamcıqlarının zədələnməsi ilə müşahidə olunur
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла. Медгиз 1960 стр. 218 - 221
648) Kəskin tonzillit sindromu nədir?
A) Ümumi infeksion xəstəlikdir və regionar limfadüyünlərinin kəskin iltihabı ilə müşahidə olunur
B) Udlaq halqasının selikli qişasının kəskin iltihabıdır
C) Udlaq badamcıqlıarının infeksion –allergik xəstəliyidir
D) Limfoepitelial udlaq halqasının və reqionar limfodüyünlərinin bir ya çox komponentlərinin yerli kəskin iltihabıdır
E) Anginadır və damaq badamcıqlarının zədələnməsi ilə müşahidə olunur
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла. Медгиз – 1960 стр. 229 – 233
649) Südəmər və kiçik yaşlı uşaqlarda anginalar olurmu?
A) Bu yaşda anginalar epizodikdir
B) Anginalar olmur
C) Bütün uşaqlarda anginalar ola bilər
D) 25-30% hallarda anginalar təsadüf edilir
E) Hamısı
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла. Медгиз – 1960 стр. 218 – 221
650) Streptokokk anginaları neçə keçir?
A) Udlağın selikli qişasının hiperemiyası, damaq badamcıqları üzərindəki ərpin ətrafa yayılması, regiolnar limfadüyünlərinin paket formada ortaya çıxması
B) Üşütmə, boğazda ağrı, halsızlıq, baş ağrısı
C) Qovslərin, damaq badamcıqların, dilçəyin və udlağın arxa divarının hiperemiyası, badamcıqlar üzərində ərpin olması, regionar limfadüyünlərinin ağrılı olması
D) Halsızlıq , baş ağrısı, boğaz ağrısı, çənəaltı limfadüyünlərinin şişməsi və ağrılı olması, şişmənin körpücük sümüyünə kimi yayılması, bradikardiya
E) Qövslərin və damaq badamcıqlarının hiperemiyası, badamcıqların üzərində ərpin olması, regionar limfodüyünlərinin ağrılı olması
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла. Медгиз – 1960 стр. 218 – 222
651) Streptokokk mənşəli tonzillofaringitin klinikası hansıdır?
A) Qövslərin,damaq badamcıqlarının,dilçəyin,udlağın arxa divarının qızarması,damaq badamcıqları üzərində ərplərin olması,regionar limfadüyünlərinin böyüməsi
B) Hamısı
C) Qövslərin və badamcıqların hiperemiyası,badamcıqlar üzərində ərpin olması,regionar limfadüyünlərinin ağrılı olması
D) Üşütmə,boğaz ağrısı, disfagiya, halsızlıq, baş ağrısı
E) Udlağın selikli qişasının qızarması, badamcıqlardan kənara çıxan ərplər, halsızlıq, bradikardiya
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 232 – 234
652) Streptokokk mənşəli olan tonzillofaringitdə mikrobioloji yoxlamanın effektliyi necədir?
A) Yaxmalarda streptokokk antigenlərinin ekspress diaqnostikası –spesefiklik 60%
B) Yaxmalarda streptokokk antigenlərinin ekspress diaqnostikası – spesifiklik 95%
C) Udlağın arxa divarından yaxma-hissiyatlıq 40%, spesefiklik 50%
D) Damaq badamcıqlarından yaxma-hissiyatlıq 90%, spesifiklik 96%
E) Damaq badamcıqlarından yaxma-hissiyatlıq 50%, spesifiklik 70%
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 232 – 234
653) MALT(selikli qişa ilə assosasiya olunan limfosit toxuma) sistemi nədən ibarətdir?
A) Damaq və digər udlaq badamcıqları udlağın başqa limfotoxumaları ilə bağlıdırlar
B) Udlaqdakı limfoepitelial toxumalar bir-biri ilə əlaqəlidirlər
C) Orqanizmin immun sisteminə hüceyrələr,orqanlar və limfa toxumaları daxildirlər
D) Limfoepitelial udlaq halqası udlağın selikli qişası ilə əlaqəlidir
E) Limfotoxumaların və selikli qişaların birliyidir
Ədəbiyyat: Э.А.Цветков. «Аденотонзиллиты и их осложнения у детей» СПб,2003,стр.5-15
654) MALT(selikli qişa ilə assosasiya olunan limfosit toxuma) sistemində antitellərin formalaşması nə ilə bağlıdır?
A) Hamısı
B) Antitellər limfoid və plazmatik hüceyrələr ilə selikli qişanın bütün səthinə yayılmışlar
C) Birincili antigenlərlə bağlı immun sistemin qeyri-spesifik faktorudur
D) Heç biri
E) İmmun sistemin cavab reaksiyası ilə bağlıdır və limfositlərin sensifilizasiyası nəticəsində başlamışdır
Ədəbiyyat: Э.А.Цветков. «Аденотонзиллиты и их осложнения у детей» СПб,2003,стр.5-15
655) Adenoidlər nədir?
A) Burun-udlaq badamcığının hipertrofiyasıdır
B) Damaq badamcığıdır
C) Hamısı
D) Nazofaringeal obstruksiya ilə nəticələnən böyümüş, hipertrofiya və ya hiperplaziya olmuş udlaq badamcığıdır
E) Patoloji böyümüş damaq badamcığıdır
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 210 – 212
656) Adenoidlərin diaqnostik metodları hansılardır?
A) Hamısı
B) Burun boşluğunun anemizasiyası ilə ön rinoskopiya
C) Arxa rinoskopiya
D) Endovideoskopik yoxlama
E) Heç biri
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.132
657) Adenoidlər burun boşluqlarında hansı patologiya yarada bilərlər?
A) Polipoz sinusil
B) Burun boşluğunda atrofik rinitin başlanması
C) Xroniki rinit və rinosinusit
D) Burun balıqqulaqlarının şişkinliyi və venoz durğunluğunu
E) Orta burun balıqqulağının bulloz böyüməsi
Ədəbiyyat: Б.С. Преображенский, Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 212 – 214
658) Hansı xəstəlikdən 1 ay sonra adenotomiya oluna bilər?
A) Qripp
B) Meningit
C) İnfeksion mononukleoz
D) İnfeksion parotit
E) Uşaq infeksiyaları
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 213 – 214
659) Hansı simptomlar adenotomiyaya göstərişdirlər?
A) Yuxuda xoruldamaq, burun tənəffüsün tam pozulması
B) Ağzın açıq qalması,baş ağrıları
C) Hamısı
D) Yüxuda tənəffüsün periodik dayanması
E) Eşitmənin pozulması
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 212
660) Adenotomiyaya mütləq əks-göstərişlər hansılardır?
A) Damaq-udlaq çatışmamazlığı
B) Psixonevroloji və reflektor pozuntular
C) Şəkərli diabet, ürək çatışmamazlığı
D) Kəskin infeksiyalar
E) Qan xəstəlikləri ( leykemiya, purpura, hemofiliya)
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 213 – 214
661) Profilaktik peyvəndlərdən sonra adenotomiyanın olunma müddəti hansıdır?
A) İki aydan sonra
B) Bir həftədən sonra
C) Üç həftədən sonra
D) İki həftədən sonra
E) Altı aydan sonra
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 213 – 214
662) Bu xəstəliklərdən sonra adenotomiyanın olunma müddəti hansında düzgündür?
A) İnfeksion mononukleozdan, parotitdən 6 ay sonra
B) Uşaq infeksialarından 3-4 ay sonra
C) Qrippdən 1 ay sonra
D) Meningitdən 2 il sonra
E) Hamısında
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр.213 – 214
663) Adenotomiyadan sonra adenoidlər residiv verə bilərmi?
A) Verə bilər, əgər uşaq ORZ ilə tez-tez xəstələnirsə
B) Verə bilər, əgər əməliyyat xəstədə həddi –buluq dövründə aparılıbsa
C) Verə bilər, əgər limfotoxumalar tam götürülməyibsə
D) Verə bilər, əgər uşaqda hormonal pozuntular müşahidə olunursa
E) Heç bir zaman verə bilməz
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 213
664) Damaq badamcığının hipertrofiaysı nədir?
A) Hüceyrələrin həcminin və sayının artması nəticəsində əmələ gələn damaq badamcıqlarının böyüməsidir
B) Normal strukturlu ancaq böyümüş badamcıqdır
C) Hamısı
D) Hüceyrələrin sayının artması nəticəsində əmələ gələn damaq badamcıqlarının böyüməsidir
E) Hüceyrələrin həcminin artması nəticəsində əmələ gələn damaq badamcıqlarının böyüməsidir
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 216 – 217
665) Damaq badamcığının hiperplaziyası nədir?
A) Hüceyrələrin həcminin və sayının artması nəticəsində əmələ gələn damaq badamcıqlarının böyüməsidir
B) Normal strukturlu ancaq böyümüş badamcıqdır
C) Hüceyrələrin sayının artması nəticəsində böyümüş damaq badamcığıdır
D) Hüceyrələrin həcminin artması nəticəsində əmələ gələn damaq badamcığının böyüməsidir
E) Hamısı
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин, А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз 1960 стр. 217
666) Damaq badamcıqlarının hipertrofiyası haqqında hansı doğrudur?
A) Damaq badamcıqlarının böyüməsi patoloji hüceyrələrin çoxalması nəticəsində əmələ gəlir
B) Damaq badamcıqlarının xroniki iltihabi prosesidir
C) Damaq badamcıqları toxumalarının patoloji böyüməsidir və o, orqanizmin immun sisteminin aşağı düşməsi ilə bağlıdır
D) Badamcıq toxumalarının böyüməsi adaptasiyon prosesdir və orqanizmin antigen siqnalları ilə bağlıdır
E) Hamısı
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха,носа и горла.Медгиз – 1960 стр. 216 – 217
667) Xarici yuxu arteriayasının hansı şaxələri damaq badamcıqlarını qidalandırır?
A) Udlaq arteriyası
B) Üz arteriyası
C) Dil arteriyası
D) Əng arteriyası
E) Hamısı
Ədəbiyyat: B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.48
668) Damaq badamcıqlarının hipertrofiyası ən çox hansı simptomla müşaidə edilir?
A) Xoruldama
B) Öyümə refleksi
C) Çeçəmə
D) Çətin nəfəs alma
E) Tintinliq
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 216 – 217
669) Hansı yaşda tonzillotomiya olunması məsləhətdir?
A) 7-14 yaşlarda
B) Uşaqlarda 7 yaşa kimi
C) Bütün yaşlarda
D) Hamısı
E) Yeniyetmələrdə
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 213
670) Metatonzillyar fəsadlar nədən sonra baş verir ?
A) Hamısı
B) Kəskin tonzillitin lakunar formasından sonra
C) Kəskin tonzillitin follikulyar formasından
D) Kəskin tonzillitin kataral formasından sonra
E) Streptokokk infeksiya ilə bağlıdır və keçirilmiş kəskin tonzillitin formasından asılı olmayaraq baş verir
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 223 – 226
671) Streptokokk anginalarından sonrakı metatonzillyar fəsadların xüsusiyyətləri hansılardır?
A) Anginalardan sonra limfodüyünlər şişkin olaraq qalırlar
B) Qanın leykoformulası dəyişmir
C) Xəsətəliyin 8-10 günlərində qlomerulonefrit inkişaf edir
D) Anginalardan 2- 3 həftə sonra revmatik üşütmə başlayır
E) İlk günlərdə qlomerulonefrit və revmatik hücum başlayır
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 223 – 226
672) Streptokokk etiologiyalı anginaların xüsusiyyətləri hansılardır?
A) Damaq badamcıqları səviyyəsində prosess az inkişaf edir
B) Hamısı
C) „ Giriş qapısında” iltihabi proses az olur
D) Kataral proses az bir vaxtda irinli və ya irinli-nekrotik formaya keçir
E) Limfa düyunlərinin irinləməsi müşahidə olunur
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 218 – 220
673) Anginalarda nə vaxt müəyyən formalı ekzantemlər ola bilər?
A) Hamısı
B) İntoksikasiya ilə bağlı mədə-bağırsaq traktının pozulmaları olarsa
C) Genetik meyilli uşaqlarda allergik reaksiya olarsa
D) Streptokokk infeksiyası olarsa
E) Stafilokokk infeksiyası olarsa
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 220 – 221
674) Xoralı-nekrotik anginaların törədiciləri hansılardır?
A) Ağız boşluğunun spiroxetləri və iyəbənzər çöplərin simbiozu
B) Difteriya çöpünün və stafilokokkun simbiozu
C) Hamısı
D) Viruslar
E) Streptokokklar və stafilokokklar
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 220 – 221
675) Dil kökünün anginası daha çox hansı yaşlarda olur?
A) Uşaqlarda
B) Körpə uşaqlarda
C) Yenidoğulmuşlarda
D) Hamısı
E) Yaşlı adamlarda
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 220
676) «Lüdviq» anginası hansıdır?
A) Dil kökü badamcığının yayılmış anginası
B) Hamısı
C) Ağız boşluğu dibinin fleqmonası
D) Armudvari sinusların kəskin iltihabı
E) Qırtlaq anginası
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 223 – 226
677) Qırtlaq anginası harada inkişaf edir?
A) Armudvari sinuslarda
B) Hamısı
C) Səs büküşlərialtı sahədə
D) Vestibulyar büküşlərin limfadenoid toxumaları yığıntılarında
E) Qırtlaq qapağıüstü boşluqda
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 264 – 265
678) Qırtlaq anginası nə ilə xarakterizə olunur?
A) Afoniya ilə
B) Tənəffüsün çətinləşməsi ilə
C) Dolayı larinqoskopiyada səs büküşlərinin iltihabının görünməsi ilə
D) Udqunmada ağrının olmaması ilə
E) Hamısı
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 264 – 265
679) Qırtlaq anginasının müalicəsində hansı düzdür?
A) Sefalosporinlər venadaxili olmaqla aminoqlikozidlə birgə yeridilir
B) Ev şəraitində müalicə aparıla bilər
C) Ancaq hormonlar daha effektlidirlər
D) Əzələ daxili penisillin sırasından olan antibiotiklər daha effektlidirlər
E) Boğaz nahiyəsinə isidiçi kompresin qoyulması
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 265
680) Udlaq difteriyasından nə zaman şübhələnmək olar?
A) Damaq badamcıqlarının hiperemiyası olduqda
B) Nazofaringit olduqda
C) Xəsətədə uzun müddət subfebril temperatur olduqda
D) Anginalar və ya kəskin tonzillit olduqda
E) Paratonzillyar infiltrat olduqda
Ədəbiyyat: Б.С. Преображенский,Я.С. Тёмкин,А.Г. Лихачёв Болезни уха, носа и горла.Медгиз – 1960 стр. 227 – 229
681) Udlaq difteriyasının lokalizə olunmuş formasına aid deyildir?
A) Hemorragik forma
B) Plyonkalı forma
C) Kataral forma
D) Adacıqlı forma
E) Tonzillyar forma
Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 570
682) Udlağın difteriyasının hansı forması daha ağırdır?
A) Tonzillyar forma
B) Toksiki forma
C) Lokalizə olunmuş forma
D) Hipertoksiki forma
E) Yayılmış forma
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 570
683) Lokal formalı ağız-udlaq difteriyasının ən tipik simptomları hansılardır?
A) Regionar limfa düyünlərinin böyüməsi və ağrılı olması
B) 400C qədər yüksək hərarət
C) Qövslərin və damaq badamcıqlarının şişkinliyi
D) Ağız-udlağın selikli qişasının hiperemiyası
E) Badamcıqlar üzərindəki ərplərin çətin soyulması və həmin yerdə qanaxmanın olması
Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 570
684) Qırtlaq difteriyasının ilk simptomları hansılardır?
A) Quru öskürək və səsin kallaşması
B) Qırtlağın xarici konturlarının dəyişməsi
C) Tənəffüsün çətinləşməsi,sianoz
D) Məcburi oturaq vəziyyət, boyunun arxaya qatlanması
E) Udqunmanın çətinləşməsi
Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 574
685) Lokal difteriya və difteriya inağına şübhə olarsa difteriya zərdabı hansı müddətdə yeridilir?
A) Təcili
B) Sutka ərzində
C) Ancaq diaqnoz təsdiq olarsa
D) Hamısı
E) Həftə boyu
Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 578
686) Toksik və hipertoksik formalı difteriyalarda dəri sınaqları müsbət reaksiya verərsə peyvənd etmək olarmı?
A) Hamısı
B) Bu, əks-göstəriş deyildir
C) Olar, əgər kortikosteroidlər tətbiq edilərsə
D) Peyvəndin olunması hər zaman olar
E) Olmaz
Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 578
Dostları ilə paylaş: |