Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Ağız-udlaq difteriyasının lokal formasında difteriya əleyhinə peyvənd hansı dozada vurulur?



Yüklə 1,54 Mb.
səhifə11/15
tarix26.11.2016
ölçüsü1,54 Mb.
#228
1   ...   7   8   9   10   11   12   13   14   15

687) Ağız-udlaq difteriyasının lokal formasında difteriya əleyhinə peyvənd hansı dozada vurulur?

A) 60-100 ME

B) 50-70 ME

C) 30-50 ME

D) 110-130 ME

E) 10-20 ME


Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 579
688) Ağız-udlaq difteriyasının yayılmış formasında difteriya əleyhinə peyvənd hansı dozada vurulur?

A) 70-100 ME

B) 110-130 ME

C) 50-60 ME

D) 30-50 ME

E) 10-20 ME


Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 579
689) Ağız-udlaq difteriyasının subtoksik formasında difteriya əleyhinə peyvənd hansı dozada vurulur?

A) 60-80 ME

B) 50-60 ME

C) 10-20 ME

D) 110-130 ME

E) 30-50- ME


Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»: Руководство для врачей.М.: Медицина, 2001, стр. 579
690) Ağız-udlaq difteriyasının hipertoksik formasında difteriya əleyhinə peyvənd hansı dozada vurulur?

A) 250 ME

B) 150-200

C) 450 ME

D) 60-100 ME

E) 600 ME


Ədəbiyyat: В.Т. Пальчун,А.И.Крюков «Оториноларингология»:Руководство для врачей.М.: Медицина, 2001, стр. 579
691) Difteriyanın toksik formasında difteriya əleyhinə peyvəndin yeridilməsi necə aparılır?

A) Gündə bir dəfə

B) Hər 12 saatdan bir

C) 2 gündən bir

D) Hər 8 saatdan bir

E) Hər 4 saaatdan bir


Ədəbiyyat: В.Ф. Ундриц и др. Болезни уха, горла и носа. Медгиз – 1960 стр. 371 – 372
692) Difteriyanın toksik formasında difteriya əleyhinə zərdabın yeridilmə qaydası necədir?

A) Birinci iki sutkada xəstə kurs dozasının ½ qəbul edir

B) Birinci doza kurs dozasının 1/3-1/2 təşkil edir

C) Birinci doza kurs dozasının ¼ təşkil edir

D) Heş biri

E) Birinci iki sütkada xəstə kurs dozasının ¾ qəbul edir


Ədəbiyyat: В.Ф. Ундриц и др. Болезни уха, горла и носа. Медгиз – 1960 стр. 371 – 372

Qulaq xəstəlikləri

693) Otohematoma nədir?

A) Hemangiomanın zədələnməsi nəticəsində qulaq seyvanının dərisi altına qansızma

B) Qulaq seyvanı dərisinin donma nəticəsində əmələ gələn hiperemiyası

C) Qulaq seyvanı dərisinin yanma nəticəsində əmələ gələn hiperemiyası

D) Qulaq seyvanı dərisinin içinə qansızma

E) Qulaq seyvanı qığırdaqüstlüyünün altına qansızma


Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 478
694) Ağırlaşmamış otohematomanın müalicəsində nə həyata keçirilir?

A) Parenteral antibiotikoterapiya

B) Fizioterapiya

C) Qanı punksiyon iynə ilə xaric edərək sıxıcı sarğının qoyulması

D) Hormonal dərmanlarla sıxıcı sarğının qoyulması

E) Geniş kəsik aparılaraq piltə qoyulması


Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 478
695) İrinlənmiş otohematomanın müalicəsində nə həyata keçirilir?

A) Hormonal dərmanlarla sıxıcı sarğının qoyulması

B) İrini punksiyon iynə ilə xaric edib yerinə antibakterial dərmanların yeridilməsi

C) Fizioterapiya

D) Geniş kəsik aparılmaqla drenajın qoyulması

E) Parenteral antibiotikoterapiya


Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 478
696) Qulaq seyvanının xondroperixondritində nə baş verir?

A) İltihab seyvanın sırğalıq hissəsində inkişaf etmir

B) İltihab seyvanın qıvrım hissəsində inkişaf etmir

C) İltihab seyvanın traqus hissəsində inkişaf etmir

D) İltihab xarici qulaq keçəcəyinə yayılır

E) İltihab bütün qulaq seyvanına yayılır


Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 382
697) Qulaq seyvanının qızılyelində nə baş verir?

A) İltihab xarici qulaq keçəcəyinə yayılır

B) İltihab seyvanın sırğalıq hissəsində inkişaf etmir

C) İltihab seyvanın traqus hissəsində inkişaf etmir

D) İltihab bütün qulaq seyvanına yayılır

E) İltihab seyvanın qıvrım hissəsində inkişaf etmir


Ədəbiyyat: B. T. Пальчун,А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 381-382
698) Bu simptomlar hansı patologiyanın əlamətləridir: çənənin hərəkəti və çeynəmə zamanı kəskin ağrılar, qulaqdan qanlı ifrazat, dişləmənin pozulması, aydın olmayan nitq?

A) Xarici diffuz otitin

B) Kəllə əsasının sınığının

C) Barotravmanın

D) Kəskin hemorragik otitin

E) Xarici qulaq keçəcəyinin ön-aşağı divarının sınığının


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр.478


699) Təbil pərdəsinin məhdud zədələnməsi hansı simptomlarla özünü göstər?

A) Karlıq. Başgicəllənmə

B) Eşitmənin zəifləməsi.Qulaqdan qanaxma

C) Eşitmənin zəifləməsi. Başgicəllənmə

D) Eşitmənin zəifləməsi. Traqusun basılması zamanı ağrının olması

E) Karlıq. Qulaqdan qanaxma


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 479
700) Gicgah sümüyü piramidinin travmatik sınığlarının hansı növləri var?

A) Boylama və köndələn

B) Şaquli və horizontal

C) Lateral və medial

D) Yerini dəyişən və yerini dəyişməyən

E) Qapalı və açıq


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 482
701) Gicgah sümüyünün piramidinin boylama sınığı üçün hansı simtomlar xarakterik deyildir?

A) Vestibulyar pozğunluqlar

B) Səsi qəbul etmənin pozulması

C) Xarici qulaq keçəcəyindən qanlı ifrazat

D) Üz sinirinin parezi

E) Xarici qulaq keçəcəyindən likvoreya


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 482
702) Gicgah sümüyünün piramidinin köndələn sınığı üçün hansı simptomlar xarakterik deyildir?

A) Xarici qulaq keçəcəyindən likvoreya

B) Zəifeşitmə

C) Vestibulyar pozğunluqlar

D) Karlıq

E) Üz sinirinin parezi


Ədəbiyyat: B. T. Пальчун, А. И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 482
703) Qulağa canlı yad cisim (həşərat) düşərkən ilkin yardım nədən ibarətdir?

A) Qulağa spirt və ya qaynadılmış bitki yağının damızdırılması

B) Yad cismin qulağın yuyulması ilə çıxarılması

C) Ağrıkəsici tətbiq etmək

D) Yad cismin qarmaqla çıxarılması

E) Yad cismin pinsetlə çıxarılması


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 487
704) Çiməndən sonra eşitmənin zəifləməsi və qulaqda küyün əmələ gəlməsi hansı halda olur?

A) Barotravma

B) Kəskin orta otit

C) Qulaq kiri tıxacı

D) Xarici otit

E) Kəskin tubootit


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 392
705) Xarici diffuz otitlərə nə aiddir?

A) Qızılyel, herpes

B) Ekzema və dermatit

C) Otomikoz

D) Xarici qulaq keçəcəyinin furunkulu

E) Perixondrit


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 387
706) Bədxassəli xarici otitin əsas törədicisi hansıdır?

A) Pseudomonas aeruginosa

B) Candida

C) Arcanobacterium haemoliticum

D) Mycoplasma pneumoniae

E) Staphylococcus epidermidis


Ədəbiyyat: Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol».B.:Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TTTQBZ,2009,28səh
707) Bədxassəli (nekrozedici) xarici otit nə ilə xarakterizə olunmur?

A) İltihabı proses təbil boşluğuna və məməyəbənzər çıxıntıya yayılır

B) Xarici qulaq keçəcəyinin qığırdaq və sümük hissələrinin iltihabı ilə məhdudlaşır

C) Uşaqlarda və yaşlılarda rast gəlinir

D) Kəllədaxili ağırlaşmalar ola bilər

E) İltihabı proses qulaqyanı tüpürcək vəzinə yayılır


Ədəbiyyat: «Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol».B.:Azərbaycan Respublikası Səhiyyə NazirliyininTTTQBZ,2009,28 səh
708) Bədxassəli (nekrozedici) xarici otitin müalicəsində nə istifadə olunmur?

A) Sistem kortikosteroidlərin tətbiqi

B) Nekroza uğramış toxumaların xaric olunması ilə geniş cərrahi müdaxilə

C) Staplylococcus aurens-un həssas olduğu antibiotiklərin venadaxili yeridilməsi

D) Polimiksin-M yerli tətbiqi

E) Psendomonas aeruginosa-nın həssas olduğu antibiotiklərinin venadaxili yeridilməsi


Ədəbiyyat: «Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol».B.:Azərbaycan Respublikası Səhiyyə NazirliyininTTTQBZ,2009,28 səh
709) Otomikoz hansı şöbənin göbələk xəstəliyi deyildir?

A) Daxili qulağın

B) Heç birinin

C) Orta qulağın

D) Əməliyyatdan sonrakı boşluqların

E) Xarici qulağın


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 389-392
710) Aspergillus niger göbələyi səbəb olan otomikozda patoloji substrat hansı rəngdə olar?

A) Ağ rəngdə kəsmikvari konsistensiyalı

B) Qəhvəyi rəngdə

C) Boz-yaşıl rəngdə

D) Qara nöqtələrlə qəhvəyi rəngdə

E) Böz-sarı rəngdə


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 390
711) Penicillium növündən olan göbələyin səbəb olduğu otomikozda patoloji substrat hansı rəngdə olur?

A) Yumşaq konsistensiyalı sarı-ağ rəngdə

B) Boz-yaşıl rəngdə

C) Qara-qəhvəyi rəngdə

D) Boz rəngdə

E) Qəhvəyi rəngdə


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 390
712) Uşaqlarda otomikozun gedişi xüsusiyyətləri hansıdır?

A) Yüksək hərarətin olması

B) Xarici qulaq keçəcəyi dərisinin maserasiyasının olmaması

C) Azyaşlı uşaqlarda daha çox kif göbələkləri ilə zədələnmə rast gəlinir

D) Ürəkbulanma və qusmanın olması

E) Qulaqda güclü ağrılar və çoxlu ifrazatın olması fonunda qaşınmanın olmaması


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 390
713) Uşaqlarda xarici qulağın ekzeması xüsusiyyətləri hansılardır?

A) Xəstəlik daimi otoreya zamanı rast gəlinir və qaşınma ilə müşahidə olunur

B) Xəstəlik ekssudativ proseslə əklaqədardır

C) Xəstəlik heç zaman qulaq seyvanı arxası büküşün zədələnməsindən başlanmır

D) Xəstəlik allergiya ilə əlaqədardır

E) Uşaqlarda tez-tez rast gəlir


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 384
714) Otohematomanın nəticəsi nə ola bilər?

A) Qulaq seyvanının deformasiyası

B) Baş gicəllənmə

C) Zəifeşitmə

D) Qulaqda küy

E) Autofoniya


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 478
715) Xarici qulaq keçəcəyinin qulaq kiri tıxacı ilə obturasiya olunmasının əsas simptomu hansıdır?

A) Bir tərəfli zəifeşitmə

B) Baş gicəllənmə

C) Nistaqm

D) Hiperakuziya

E) Qulaqda ağrı


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 392-394
716) Qulaq kiri tıxacını xaric etmək üçün suyun temperaturu neçə olmalıdır?

A) 35ºC


B) 30ºC

C) 27ºC


D) 42ºC

E) 37º C
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 393


717) Qulaq kiri tıxacını yumşaltmaq üçün qulağa nə damızdırmaq lazımdır?

A) Distillə olunmuş su

B) Hidrokortizon suspenziyası

C) Soda-qliserinli damcılar

D) Boz turşusunun 3% spirtli məhlulu

E) Furasillin məhlulu


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 393
718) Qulaq kiri tıxacını xaric etmək üçün şprisdən çıxan su şırnağı xarici qulaq keçəcəyinin hansı divarı boyunca yönəldilir?

A) Ön-aşağı

B) Yuxarı-arxa

C) Aşağı-arxa

D) Ortaya

E) Ön-yuxarı


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 393
719) Kəskin orta otit hansı şöbənin selikli qişasının iltihabıdır?

A) Təbil boşluğu və eşitmə borusunun

B) Antrum və təbil boşluğunun

C) Təbil boşluğunun

D) Antrum və məməyəbənzər çıxıntı hüceyrələrinin

E) Orta qulağın bütün boşluqlarının


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 395
720) Kəskin orta otitin törədicilərindən ən çox rast gəlinənləri arasında nə yoxdur?

A) KRX törədən viruslar

B) Stafilokokklar

C) Anaerob infeksiya

D) Pnevmokokklar

E) Streptokokklar


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 395
721) Kəskin orta otitin törədicilərindən ən çox rast gəlinənləri arasında nə yoxdur?

A) Göbələk infeksiyası

B) Pnevmokokklar

C) Streptokokklar

D) Stafilokokklar

E) KRX törədən viruslar


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 395
722) Kəskin orta otitin patogenezində orta qulağın daha tez-tez infeksiyalaşma yolu hansıdır?

A) Hematogen

B) Meninqogen

C) Travmatik

D) Tubogen

E) Limfogen


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 395-396
723) Südəmər uşaqlarda infeksiya orta qulağa ən çox hansı yolla daxil olur?

A) Hematogen yol

B) Tubar yol

C) Kontakt-təbil pərdəsindən

D) Məməyəbənzər çıxıntıdan

E) Limfogen yol


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 406
724) Hansı xəstəliklər zamanı kəskin orta otit daha çox inkişaf edir?

A) Travmalar

B) KRX və KRVİ

C) Pnevmoniya

D) Haymorit

E) Angina


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 395
725) Hansı hallarda kəskin orta otit zamanı antibiotiklərin tətbiq olunmasına mütləq göstəriş yoxdur?

A) Bütün yaşlarda uşaqlar

B) 24 saatdan çox simptomları keçməyən orta otit

C) Güclü ağrı sindromu və 380-dən yuxarı hərarətlə müşahidə olunan kəskin orta otit

D) Labirintin qıcıqlanması simptomları olan orta otit

E) 2 yaşa qədər uşaqlar


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 402-406
726) Kəskin orta otitin ağırlaşmamış formalarında müalicə üçün seçim preparatı hansıdır?

A) 3 gün ərzində ə/d seftriakson

B) 7-10 gün ərzində daxilə amoksicillin

C) 3 gün ərzində daxilə azitromisin

D) 5-7 gün ərzində daxilə biseptol

E) 5 gün ərzində daxilə rifampisin


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 402-406
727) Kəskin orta otitin subyektiv simptomlarına aid deyildir?

A) Hərarətin yüksəlməsi

B) Eşitmənin zəifləməsi

C) Autofoniya

D) Qulaqda ağrı

E) Qulaqda pulsasiyaedici küy


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 397
728) Kəskin orta otitin forması hansıdır?

A) Ekssudativ

B) Heç biri

C) Fibrinoz

D) İrinli

E) Seroz
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 397


729) Kəskin orta otitin gedişi stadiyalarına nə aid deyildir?

A) Kataral

B) Perforativ

C) Başlanğıc

D) Reparativ

E) Sekretor


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 397-401
730) Kəskin orta otitin əsas əlamətlərinin klassifikasıyasına nə aid deyildir?

A) Ekssudativ orta otit

B) Sekretor orta otit

C) Aşkar orta otit

D) Latent orta otit

E) Nekrotik orta otit


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 397-401
731) Spesifik infeksiyon orta otit uşaqlarda nə vaxt rast gəlmir?

A) Qızılcada

B) Skarlatinada

C) Vərəmdə

D) Difteriyada

E) Hepatitdə


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 406,552-580
732) Uşaqlarda spesifik infeksiyon otitlərin xarakteristikası hansıdır?

A) İnfeksiya təbil başlığına daha çox hematogen yolla daxil olur

B) Xəstələrin vəziyyəti çox ağır olur

C) Otitin gedişi latentdir

D) Eşitmə zəifliyi olmur

E) İnfeksiya təbil başlığına daha çox tubar yolla daxil olur


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 406-409
733) Südəmər uşaqlarda kəskin orta otitdə müsbət “traqus simptom” nəyi göstərir?

A) Prosesə gicgah-çənə oynağının qoşulmasını

B) İkincili nevralgiyanın inkişaf etməsini

C) Ziqomatisitin inkişaf etməsini

D) İltihabı prosesin sümük strukturlara erkən keçməsini

E) Xarici qulaq keçəcəyində sümük hissənin olmaması hesabına təbil boşluğunun lateral divarına təzyiqin olmasını


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 386,407
734) Spesifik skarlatinoz otit hansı əlamətlərlə keçir?

A) Zədələnmə kataral iltihab tipində olur

B) Labirint prosesə heç vaxt qoşulmur

C) Daimi qarışıq tipli zəifeşitmə əlamətləri ilə

D) Konduktiv zəifeşitmə əlamətləri ilə

E) Səsi qəbuledici aparatın zədələnməsi əlamətləri ilə


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр.386,407


735) Spesifik qızılca mənşəli otit hansı əlamətlərlə keçir?

A) Konduktiv zəif eşitmə əlamətləri ilə

B) Labirint prosesə heç vaxt qoşulmur

C) Səsi qəbuledici aparatın zədələnməsi əlamətləri ilə

D) Zədələnmə kataral iltihab tipində olur

E) Daimi qarışıq tipli zəifeşitmə əlamətləri ilə


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 412
736) Südəmər uşaqlarda kəskin perforasiya olunmamış irinli orta otitin klinikasının xüsusiyyətləri hansılardır?

A) Üz sinirinin parezi

B) Meningizm

C) Hipoterniya

D) Eşitmənin dəyişməməsi

E) Nistaqm


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 407
737) Kəskin irinli destruktiv orta otitin inkişaf etməsində həlledici infeksiya növü hansıdır?

A) Stafilokokk

B) Pnevmokokk

C) Göbələk

D) Skarlatinoz

E) Adenovirus


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 412
738) Kəskin irinli otitdə rentgenoqramda hansı əlamət təyin edilir?

A) Orta qulaq boşluqlarının havalılığının azalması

B) Məməyəbənzər çıxıntı hüceyrələrinin havalılığının saxlanması

C) Təbil boşluğunun havalılığının azalması

D) Təbil boşluğunun havalılığının saxlanması

E) Təkcə məməyəbənzər çıxıntı hüceyrələrinin havalılığının azalması


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 397-400
739) Sol tərəfli kəskin orta otit zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Federiçi sınağı solda mənfidir

B) Rinne sınağı solda mənfidir

C) Weber sınağında səsin lateralizasiyası sol qulağadır

D) Sümük keçiriciliyi dəyişməmişdir

E) Şvabax sınağı solda qısalmışdır


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 399
740) Sol tərəfli kəskin orta otit zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Rinne sınağı solda müsbətdir

B) Weber sınağında səsin lateralizasiyası sol qulağadır

C) Şvabax sınağı solda uzanmışdır

D) Federiçi sınağı solda mənfidir

E) Sümük keçiriciliyi dəyişməmişdir


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 399
741) Sol tərəfli kəskin orta otit zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Weber sınağında səsin lateralizasiyası sağ qulağadır

B) Şvabax sınağı solda uzanmışdır

C) Sümük keçiriciliyi dəyişməmişdir

D) Federiçi sınağı solda mənfidir

E) Rinne sınağı solda mənfidir


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 399
742) Sol tərəfli kəskin orta otit zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Sümük keçiriciliyi dəyişmişdir

B) Şvabax sınağı solda uzanmışdır

C) Rinne sınağı solda mənfidir

D) Federiçi sınağı solda mənfidir

E) Weber sınağında səsin lateralizasiyası sol qulağadır


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 399
743) Sol tərəfli kəskin orta otit zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Şvabax sınağı solda uzanmışdır

B) Sümük keçiriciliyi dəyişməmişdir

C) Federiçi sınağı solda müsbətdir

D) Rinne sınağı solda mənfidir

E) Weber sınağında səsin lateralizasiyası sol qulağadır


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 399
744) Hansı risk amillərindən biri kəskin xarici otit törədər?

A) Heç biri

B) Sinusitlər

C) Üzgüçülük

D) Ətraf mühit faktorları

E) Burun tənəffüsünün pozulması


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М, Медицина, 2001, стр.389
745) Xarici otitin sadalanan formalarından hansı Psudomonas aeruginosa tərəfindən törədilir?

A) Bədxassəli

B) İrinli

C) Məhdudlaşmış

D) Diffuz

E) Ekzematoz


Ədəbiyyat: «Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol».B.:Azərbaycan Respublikası Səhiyyə NazirliyininTTTQBZ,2009,28 səh
746) Göstərilənlərdən hansı xarici otitin formalarına aiddir?

A) Məhdudlaşmış forma

B) İrinli forma

C) Kataral forma

D) İnfiltrativ forma

E) Reperativ forma


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр.385
747) Hansı risk faktorları kəskin xarici otitin səbəblərindən deyil?

A) Şəkərli diabet

B) İsti və nəm iqlim

C) Yaş faktoru

D) Regional xroniki proseslər

E) İmmun çatışmamazlığı (birincili və ikincili)


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр.389
748) Hansı yaşlı xəstələrdə ən çox xarici otitin bədxassəli formasına rast gəlinir?

A) Uşaqlarda

B) İnsulindən asılı şəkərli diabeti olan yaşlı xəstələrdə

C) Cavan xəstələrdə

D) Bütün yaş dövrlərində

E) Yeniyetmələrdə


Ədəbiyyat: «Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol».B.:Azərbaycan Respublikası Səhiyyə NazirliyininTTTQBZ,2009,28 səh
749) Kəskin xarici otitdə nə zaman ağrılar güclənə bilər?

A) Traqusa toxunduqda

B) Seyvanın palpasiyasında

C) Sadalananların hamısında

D) Çeynəmə zamanı

E) Ağzın açılması zamanı


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр. 386-388
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin