ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə21/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
ÖVSAFÜL-ƏŞRAF

DÖRDÜNCÜ BAB


Hərəkət əsnasında, məqsədə yetənə qədər salik üçün baş verəcək halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
Birinci fəsil – İradə.
İkinci fəsil – Şövq.
Üçüncü fəsil – Məhəbbət.
Dördüncü fəsil – Mərifət.
Beşinci fəsil – Yəqin.
Altıncı fəsil – Sükun.

Birinci fəsil

İradə


Allah-taala iradə barəsində buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.”1
“İradə” fars dilində istəmək mənasındadır və o üç şeyə əsaslanır:
1. Muradın dərki.
2. Muradda olan kamalın dərki.
3. Muradın yoxluğu.
Deməli, əgər, murad elə bir iş olsa ki, [hələlik mövcud deyil, amma] onu əldə etmək mümkündür, bir halda ki, iradə qüdrətlə yanaşı olsa, murad əldə ediləcək.
Və əgər, murad elə bir iş olsa ki, mövcud və hasil olub, amma hazır olmasa, iradə və qüdrət murada qovuşmağa səbəb olacaqlar, [bu fərqlə ki,] əgər onun qovuşmasında bir durğunluq yaransa, iradə insanda bir hal yaradacaqdır ki, ona “şövq” deyərlər. Şövq [həmişə] vüsaldan qabaq olur. Əgər vüsal tədrici olsa, elə ki, (mətləbə) qovuşmağın bir nişanəsi göründü, o hala “məhəbbət” deyərlər. Məhəbbətin dərəcələri vardır ki, onun ən axırıncı dərəcəsi kamil vüsal və hərəkətin sonu olar.
Və amma iradə bir etibarla sülükla yanaşı, başqa bir etibarla sülükun zəminəsidir. Çünki bir tərəfdən kamalın tələbində olmaq bir növ iradədir, başqa bir tərəfdən əgər vüsala yetmək səbəbilə və ya vüsaldan imtina edəcəyinə olan elmi ilə iradə aradan getsə, [o zaman] hərəkət də dayanacaqdır. [Əlbəttə] sülukla yanaşı olan iradə nöqsan əhlinə məxsusdur, amma kamal əhlinin iradəsi [belə olmayıb] eyni kamal və məhz murad olar.

Bu barədə bir rəvayət


Hədisdə deyilir ki, cənnətdə bir ağac vardır ki, onu “Tuba”2 adlandırırlar. Hər kəsin nə muradı olsa həmin ağac həmin anda onu öz muradına çatdırar. Həmçinin demişlər ki, insanların bəzisi bu dünyadakı itaətlərinin savabını axirətdə görəcəklər, [halbuki] bəzi adamların savabı onların əməllərinin eyni olar. Bu söz ona dəlalət edir ki, bəzi adamların iradəsi, eyni onların muradıdır. Çünki, sülukda riza mərhələsinə çatan kəsin özündən bir iradəsi olmaz. Bu mərhələnin tələbində olan böyük şəxsiyyətlərdən biri belə deyir: “Əgər məndən soruşsalar ki, nə istəyirsən? Deyərəm: “İstəyirəm ki, heç nə istəməyim.”

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin