ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə30/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   22   23   24   25   26   27   28   29   30
ÖVSAFÜL-ƏŞRAF

ALTINCI BAB

Fəna


Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa hər şey məhvə məhkumdur.”1
Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, talib, mətlub – hamısı aradan qalxar. “Allahdan başqa hər şey məhv olar.”
Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun başlanğıcıdır, ona görə də inkarın və isbatın orada mənası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, [həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz.
Buna “fəna” deyərlər ki, məxluqatın məadı onların fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: “Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun hüzuruna qayıdacaqsınız!”2
Fənanın mənası ilə çoxluğun (kəsrətin) [arasında onları bir-birindən ayıran] bir həddi vardır: “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.”3 Fəna bu mənada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən hər nə varsa, – hamısı (fənada) sona yetər: “Hər bir şey kamil şəkildə Allaha qayıdar.”
و السلام علی من اتبع الهدی و سبحان ربک رب العزة


Son.




Mündəricat



Giriş 4
Niyyət 24


1 İraqın “Kazimeyn” şəhəri; imam Kazim (ə) ilə imam Cavadın (ə) adını daşıyır.

1 Seyyid Məhəmmədrza Qiyasi Kermani, “Seyrü-süluk”, səh. 10, “Hüzur” mətbəəsi 1379.

2 Məhəmmədtəqi Daneşpəjuh, “Əxlaqi Möhtəşəmi”, səh. 5, Tehran Universiteti mətbəəsi 1361.

1 Həsənzadə Amuli, “Hezaro yek nokte”, səh. 128, 195-ci nöqtə.

1 “Yadnameyi Tusi”, səh. 92.

2 Nəcib Mail Hərəvi, “Se risale dər təsəvvüf”, səh. 30, Məşhəd 1361.

3 “Məcmueyi Rəsaili Xacə Nəsirəddin”, universitet çapı, səh. 36.

4 Məhəmmədtəqi Daneşpəjuh, “Fehresti Daneşqah”, səh. 2115, 2653.

5 13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.

1 Müctəba Minəvi, “Əxlaqi Nasiri” (müqəddimə), səh. 15.

1 Sübuti − Sübuti sifətlər. Yəni bu sifətlərin bir mövcudda olması həmin mövcudun kamal nişanəsinə, olmaması isə həmin mövcudun naqisliyinə işarədir. Sübuti sifətin müqabili səlbi sifətlərdir. Yəni bu sifətlərin bir mövcudda olması həmin mövcudun acizliyinə və naqisliyinə, olmaması isə kamalına dəlalət edir.
Sübuti sifətə cəmaliyyə, kamaliyyə sifətlər də deyilir. Səlbi sifətə cəlaliyyə, tənzihiyyə sifətlər də demişlər.
Sübuti sifətlərin “vacibəl-vücud” üçün sübutu zəruri, səlbi (yəni həmin sifətlərin alınması, soyundurulması) isə imkansızdır. Həmçinin səlbi sifətlərin vacibəl-vücuddan səlbi (götürülməsi) zəruri, sübutu isə imkansızdır.

1 13-cü əsr ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər özləri haqqında danışarkən birinci şəxs əvəzliyinin yerinə üçüncü şəxsin dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və ədəb normalarına riayət etmə kimi qiymətləndirilirdi.

2 Şəmsəddin Məhəmməd Cüveyni: Tarixdə “Cüveyni-Vəzir” adı ilə şöhrət tapmışdır. Cüveyninin əsil-nəsəbinin on beşinci silsilə halqası Abbasi xəlifəsi Məmunun vəziri və hacibi olmuş “Fəzl bin Rəbi”ə çatır. Babası Şəmsəddin Məhəmməd, Sultan Məhəmməd Xarəzmşahın və oğlu Sultan Cəlaləddinin hökuməti illərində, hökumət divanında maliyyə işlərinə rəhbərlik etmişdir. Şəmsəddin Məhəmmədin oğlu Bəhaiddin Məhəmməd monqol hökmdarı Hülaku İrana gələnə qədər monqol hökmdarlarının xidmətində yüksək vəzifələrdə çalışmışdır. Cüveyni-Vəzir dövlət xadimi olmaqla yanaşı həm də zəmanəsinin elmlərinə yiyələnmiş böyük alim və şair idi. İbnil Futi özünün “Məcməül-Adab” əsərində bu barədə yazır: “Şəmsəddin Məhəmməd vəzir ömrünün ilk çağlarında ədəbiyyat elmlərini mənimsəyir. “Məqamate Həriri” adlı bölümü İmadəddin Əbu Məhəmməd Naxçıvaninin yanında oxuyub öyrənir. Elmi fənləri kamil öyrənib başa çıxdıqdan sonra ata və babası kimi o da dövlət işlərinə daxil olur.”
Hülaku hökumətinin son illərində və Hülakunun iki oğlu Abaqaxan və Tekudarın padşahlıq illərində, yəni 22 il müddətində (661-683) baş vəzir məqamında çalışmışdır. Xacə Nəsirəddin Tusinin Şəmsəddin Cüveyni vəzir ilə səmimi dostluqları olmuşdur. Xacə özünün məşhur “Övsaful-Əşraf” əsərini onun adına ithaf etmişdir.

1 Təriqət əhli − Sufilər, ariflər, süluk əhli də deyirlər. Məqsəd seyrü-süluk yoluna qədəm qoyanlardır. Süluk əhli iki dəstədir:
1. Ali məqsəd tələbində olanlar və “vəchullah” müridləri.
2. Axirət tələbində olanlar və axirət müridləri.
Tanınmış arif və şair Baba Tahirə görə camaat üç tayfaya bölünür; alim, mürid, arif.
Arif o kəsdir ki, bu yolda alacağı həzzləri nəzərdə tutmadan öz Allahının istəyində olar. Alim elmin və öz həzzlərinin istəyində olar. Mürid, öz həzzlərini görməklə öz muradının istəyində olar. Həmçinin deyir: “Seyrü-süluk yolunda camaat üç təbəqəyə bölünür:
1. Cəhd və riyazət əhli.
2. Hifz və siyasət əhli.
3. Haqq və inayət əhli.
Birinci dəstə öz ibadətlərində ciddi və çalışqan olub riyazət çəkərlər. İkinci dəstə öz hallarını və məqamlarını qoruyub saxlayarlar və öz nəfslərini ilahi ədəblə tərbiyə etməkdə siyasət əhli olarlar. Üçüncü dəstə haqqa qovuşanlardır ki, ilahi inayət məqamında yer tutarlar.

2 Seyrü-süluk − Müəyyən bir hədəfə doğru müəyyən bir yolun xüsusi təlimatlar əsasında qət edilməsi. Seyr bu yoldakı hərəkət, süluk qət edilən yol, üsul, gediş, salik isə bu yolun yolçusudur. Ariflərin nəzərində seyrü-süluk haqq yolun yolçusu (salik) tərəfindən vüsal və fəna məqamına çatana qədər xüsusi mərhələləri başa vurmağa deyilir və o cümlədən bu mərhələləri aşmaq nəzərdə tutulur: tövbə, zöhd, fəqr, riyazət, sükun, xof və rəca, hüzn və s.
Nəfisi deyir: “Bil ki, süluk ərəb dilində mütləq gedişdən ibarətdir, yəni yolçu ola bilsin zahiri aləmdə seyr etsin, ola da bilsin batini aləmdə seyr etsin. Sufilər yanında süluk xüsusi hərəkətdən, gedişdən ibarət olub müəyyən dərəcələrə bölünür, bu həmin “seyr iləllah” (Allaha doğru seyr), “seyr fillah”dır (Allahda seyr). Allaha doğru seyrin nəhayəti var, Allahda seyrin nəhayəti olmaz. Əgər bu deyilənlər çətin anlaşılırsa başqa bir şəkildə söyləyim.
Bil ki, sufilər yanında süluk, pis danışıqdan yaxşı danışığa, pis əməldən yaxşı əmələ, pis əxlaqdan yaxşı əxlaqa, öz varlığından Allahın varlığına doğru getməkdən ibarətdir.”
Seyrin ilk dərəcəsi bu dünyanın məhdud dairəsindən çıxmaqdır. Salikin seyrdə keçəcəyi ilk məqam tövbə məqamıdır ki, ona “babul-əbvab” (qapılar qapısı) deyirlər.

1 “Əvalil-ləyali”, c. 1, səh. 284.

2 Müqərrəblər − Allaha və ya bir şəxsə (məsələn şaha) ən yaxın həmdəm. Bir şəxs yanında ən möhtərəm, əziz adam. Burada Allah dərgahına yaxınlaşmaq istəyən kəslər nəzərdə tutulur. Təriqət yolçularının ən ali məqamlarından sayılır.

3 “Məhəccətul-bəyza”, c. 7, səh. 89.

1 “Ənam”, 82.

2 “Əsr”, 3.

3 “Nisa”, 136.

1 “Hucurat”, 14.

2 “Hucurat”, 15.

3 “Bəqərə”, 3.

4 “Ənfal”, 2.

5 Həmin. Ayə əslində belədir: “Onlar ancaq öz Rəbbinə təvəkkül edər.”

1 “Yusuf”, 106.

2 “İbrahim”, 27.

3 “Ənam”, 71.

1 “Ənam”, 162.

2 “Üsuli-kafi”, c. 2, səh. 84 (Beyrut çapı) və həmçinin “Bihar”, c. 70, səh. 201, bab 53, rəvayət 32.

3 “Sünən”, İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və həmçinin “Bihar”, c. 67, səh. 111, bab 30, rəvayət 21.

1 “Nisa”, 114.

2 “Tövbə”, 119.

3 “Əhzab”, 23.

4 “Nisa”, 69.

5 “Məryəm”, 41.

1 “Zumər”, 54.

2 “Qaf”, 33.

3 “Mumin”, 13.

1 “Qaf”, 31-35.

2 “Bəyyinə”, 5.

3 “Zumər”, 3.

1 “Bihar”, c. 72, səh. 96, bab 98, rəvayət 8.

2 “Kəhf”, 110.

3 “Bihar”, c. 70, səh. 249, bab 54, rəvayət 25.

1 “Nur”, 31.

1 “Bihar”, c. 63. səh. 183.

2 “Bihar”, c. 8, səh. 34, bab 21, rəvayət 5.

1 “Üsuli-Kafi”, c. 2, səh. 435, həm. “Bihar”, c. 6, səh. 21, rəvayət 16.

2 “Təhrim”, 8.

3 “Nisa”, 17.

4 “Tövbə”, 117.

1 “Nəhcül-bəlağə” (Əbduh), xütbə 16, səh. 50.

2 “Bihar”, c. 11, səh. 206, bab 6, rəvayət 4.

3 Birinci cümlə rəvayətdən, ikinci cümlə isə Bəqərə surəsinin 222-ci ayəsindən götürülmüşdür.

1 “Tövbə”, 91.

2 “Bihar”, c. 77, səh. 93, rəvayət 2.

3 “Bihar”, c. 72, səh. 64, rəvayət 13.

1 “Naziat”, 40-41.

2 Nəfs − Məfhumundan asılı olaraq müxtəlif mənalarda işlənir:
1. Hər kəsin və ya hər bir şeyin zatı.
2. Ruh, zehin.
3. Öz.
Hər bir şəxsin özü.
4. Qədim fəlsəfədə təbii cisimdə (maddə) həyatı və hərəkəti yaradan müstəqil cövhər. Nəfsin tərifində demişlər:
“Mücərrəd bir cövhər olub zatında maddəyə ehtiyacı yoxdur, amma feldə maddəyə ehtiyacı olar. Cənabəzi nəfsin irfani məfhumu haqqında deyir: “Nəfsin həqiqəti elmin vasitəsilə idrak olunmaz, vicdanla tanınmaz. Nəfs mütləq vücuddan ibarət olub nəfsin nöqsanları vasitəsilə pərdələnmişdir.
Əbulqasim Qüşeyri deyir: “Bir şeyin nəfsi, yəni o şeyin vücudu deməkdir. Amma mərifət əhli yanında nəfs deyildikdə vücud nəzərdə tutulmur. Məqsəd bir kəsin pislənilən sifətləri, məzəmmətedici əxlaqı və əməlləridir.” Ariflərə görə nəfs ruhun zindanı, dünya isə nəfsin zindanıdır.
Burada Nəsirəddin Tusi mərifət əhlinin, ariflərin nəzərindən çıxış edir, nəfsi salikin ali məqsədə çatması yolunda əngəl olan əsas maneələrdən biri sayır.

3 Natiqə nəfs − Qədim fəlsəfədə buna insani nəfs, aqilə nəfs, mələki nəfs də demişlər. Nitq (şüur) insanı heyvandan ayıran başlıca xüsusiyyət kimi götürülür. Nitq qüvvəsi insan əqlinin və danışmasının əsas mənşəyi hesab edilir.
Burada əqlin hakim kəsildiyi, digər heyvani qüvvələri özünə tabe etdirən nəfs nəzərdə tutulur.

1 Əmmarə nəfs − Qurani-kərimin 12-ci surəsinin 53-cü ayəsindən götürülmüşdür.

2 Ləvvamə nəfs − Qurani-kərimin 75-ci surəsinin 2-ci ayəsindən götülürmüşdür.

3 Mütməinnə nəfs − Qurani-kərimin 89-cu surəsinin 27-ci ayəsindən götürülmüşdür.

4 “Bəqərə”, 284.

1 Əql vasitəsilə dərk olunanlar.

2 Hiss üzvləri vasitəsilə dərk olunanlar.

3 “İbrahim”, 34.

1 “Bihar”, c. 70, səh. 73, rəvayət 26.

2 “Ənbiya”, 47.

3 “Bəqərə”, 48.

4 “Bəqərə”, 235.

5 “Hucurat”, 13.

1 “Talaq”, 2, 3.

2 “Ali-İmran”, 76.

1 “Ənam”, 70.

1 “Rum”, 8.

1 “Rum”, 21.

2 “Bihar”, c. 69, səh. 293, bab 37, rəvayət 23.

3 Afaqi və ənfusi ayələr. Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər deməkdir. Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-süluk yolunun müqəddimələrindən biri də afaqi və ənfusi seyrdir. Qurani-kərimin Fussilət surəsinin 53-cü ayəsindən əxz edilmiş ürfani bir göstərişdir. Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi), ənfus dedikdə isə insanın vücudu nəzərdə tutulur.

4 “Fussilət”, 53.

5 “Fussilət”, 53.

1 “Ali-İmran”, 175.

1 Malixuliya − Malixulaya − Melanxoliya. Yunan mənşəli söz kimi ərəb dilinə daxil olmuşdur. Orta əsrlər təbabətində (psixologiyada) bir növ psixoloji xəstəlik kimi göstərilir. Qara ödün çoxluğundan əmələ gələn qəm-qüssəyə deyirdilər. Qüssəyə dalmaq, iştəhasızlıq, sayıqlama, könül naxoşluğu, qarabasma malixuliyanın əsas əlamətlərindən sayılır. Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərində deyilir: “Maxulaya dediyimiz bir buxardır ki, buluda bənzər və bulud dəxi günəşi necə qablar isə, bu dəxi insanın qəlbini qablayıb və əqlini zayil edib, hər nə gərəksə yabanə söylədər.”
Nəsirəddin Tusi də burada yersiz fikri narahatçılığı malixuliyanın əlaməti kimi göstərmişdir.

2 “Zümər”, 16.

3 “Zümər”, 22.

1 “Əraf”, 99.

2 “Yunus”, 62.

3 Xof, xəşiyyət, rəhbət − Hər üç kəlmə lüğət baxımından eyni mənada olub qorxu məfhumunu verir, amma seyri-süluk əhli bu üç qorxunu bir-birindən fərqləndirib, ortaya çıxma amillərinə görə müxtəlif dərəcələrə ayırmışlar.

4 “Fatir”, 28

5 “Bəyyinə”, 8

6 “Yunus”, 62.

7 “Rəd”, 21.

8 “Əraf”, 154.

1 “Ənam”, 82.

2 Kəsrət − çoxluq mənasında olub “vəhdətin” (yeganəlik, birlik, vahid) qarşısında dayanır.

3 “Bəqərə”, 218.

1 “Fatir”, 29-30.

2 “Bəqərə”, 218.

3 “Bihar”, c. 70, səh. 389, bab 59, rəvayət 56.

4 “Yusif”, 87.

5 “Zümər”, 53.

6 “Səcdə”, 16.

1 “Əraf”, 99.

2 “Yusif”, 87.

3 “Rum”, 8.

4 “Zumər”, 10.

1 “Bəqərə”, 155-156.

2 “Ali-İmran”, 145.

1 “İbrahim”, 7.

2 “İbrahim”, 7.

3 “Bihar”, c. 97, səh. 87, rəvayət 13.

1 “Kəhf”, 28.

2 Tuba − Pakizə və ətirli deməkdir. Cənnətdə olan bir ağacın adıdır. Ariflərin dilində Tuba müxtəlif sirli mənalar daşıyır. Böyük arif və alim Xacə Əbdullah Ənsari özünün “Kəşfül-Əsrar” adlı əsərində bu barədə deyir: “Tuba Haqla ünsiyyət məqamının daşıyıcısı olub Haqqın zatının cəbərutu kənarında aram və qayğısız ömür sürər. Bu gün onların (saliklərin) qəlbində Tuba və yarın zülfü var, sabah Tuba və yarın hüsnü onların mənzili olar. Bu gün onların bəhrəsi mərifətin zövqü və məhəbbətin ünsüdür, sabah səma və görüş şərabı onların qisməti olar. Onların Tubası vaxtdır, cənnətləri nəqddir, rahatlıqları dərddir. Ey cavanmərd! Allahların çöhrəsi ilə zinətləndirilmiş yeddi ölkə dərddir. Ağacın bir budağının səkkiz cənnətinin mülkü dərddir. Əgər siddiqlərin və ariflərin qəlblərində olan o qəm və dərddən bir zərrəsi bütün kainatda aşkar olsa, yaradılış əhli həmin o zərrənin ləzzətindən, şadlığından eyni şadlığın özü olar və bütün tikanlıq gülüstana dönər”
Mövlana Tubanı mərifətin bir rəmzi sayır:
Tubanın sayəsini gör də rahat yat.
Baş qoyaraq o sərkeşin sayəsinə yat.
İşraq fəlsəfəsinin banisi Yəhya Şəhabəddin Söhrəvərdinin “Əqli sorx” (qırmızı əql) əsərində kinayə olaraq “külli nəfs”in yerində gəlir. Deyir: “Qaf dağlarının üçüncü silsilə dağında gecəni aydınladan işıq Tuba ağacının nurudur.” Başqa bir yerdə deyir: “Pirdən soruşdum Tuba ağacı nə olan şeydir və haradadır? Dedi: “Tuba ağacı böyük və əzəmətli bir ağacdır. Cənnətlik olan kəs cənnətə getdiyində həmin ağacı cənnətdə görər və şərhini verdiyimiz on bir dağdan birində yerləşər.” Dedim: “Heç onun meyvəsi varmı?” Dedi: “Dünyada gördüyün hər bir meyvədən o ağacda vardır, sənin yanında olan bu meyvələr də − hamısı onun səməridir.” Həmçinin dedi: “Simurğun yuvası Tuba ağacının başında olar.”

1 “Həcc”, 54.

2 “Bəqərə”, 167.

1 Bil-ərəz, biz-zat − Bil-ərəz, yəni zatı olmayan, var olmasında, zahir olmasında başqa bir varlığa möhtac olan. Müstəqil varlığı olmayan. Biz-zat tam bunun əksidir. Özü-özünə, bir kəsə, bir şeyə söykənmədən var olan.

1 “Bəqərə”, 165.

2 Zövq əhli − Zövq əhli bəhs və cədəl əhlinin müqabilindədir. Məqsəd dünya həqiqətlərini bəhs və cidalla yox, zövqlə dərk etmək istəyənlərdir. Ürfan əhli, şühud əhli, söhbət əhli də demişlər. Burada ariflər nəzərdə tutulur. Nəsirəddin Tusi filosofların nəzərini verdikdən sonra ona müqabil olaraq ariflərin də nəzərini gətirir.

1 “Hud”, 123.

2 “Ali-İmran”, 18.

3 Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.

1 Baxış əhli − Bəsirət əhli də demişlər. Batini gözləri açıq olanlardır. Ariflər nəzərdə tutulur.

2 Yəqin əhli − Xacə Nəsirəddin Tusi yəqin barədə “Əxlaqi Nasiri” kitabında belə buyurur: “Yəqin seyrü-sülukda ən yüksək məqamlardan sayılır. Yəqin əhlinə “müqinan” da demişlər. Bu məqam böyük filosofların, alimlərin məqamıdır.”

3 “Bəqərə”, 4.

1 “Təkasur”, 5-6-7.

2 “Vaqiə”, 94-95.

1 Sükun − Ürfanda Allahın inayəti sayəsində salikin qəlbinin aram, sakit olmasına işarədir.

2 “Rəd”, 28.

3 Mühibb − Aşiq, bir kəsə və ya bir şeyə məhəbbəti olan.

1 “Maidə”, 23.

2 “Talaq”, 3.

3 “Nurus-səqəleyn”, c. 5, səh. 357.

1 Cəbr və qədər − Cəbr və ixtiyar, qəzavü-qədər, el dilində alın yazısı da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi hökm nəzərdə tutulur. Qədim fəlsəfədə qəzanı yaradılış üçün Allahın ilk iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya görə bütün baş verənlər Allahın iradəsilə olur və Allaha nisbət verilir; İnsan gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın bütün əməlləri onun öz ixtiyarı və qüdrəti ilə olur. Qədimdən bu məsələ filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bəzi firqə və məzhəblər birinci nəzəriyyəni əsas götürmüş, bəziləri isə ikinciyə üstünlük vermişlər. Xacə Nəsirəddin Tusi də bu məsələdə bir şiə alimi olaraq hər iki ifrat tərəfdən fərqli olan orta həddi qəbul edir və bu məsələdəki nəzərini sonda İmam Sadiqin (əs) dilindən sitat gətirərək açıqlamaqla şiə məktəbinin nəzərini ortaya qoymuş olur.

2 “Bihar”, c. 4, səh. 197.

1 “Zümər”, 36.

2 “Ali-İmran”, 159.

3 “Hədid”, 23.

4 Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.

5 Həqiqət əhli − Həqiqət əhli zahir əhlinin müqabilində olar. Batin əhli də demişlər. Məqsəd Allah əhli olanlardır.

1 “Maidə”, 119.

1 “Tövbə”, 72.

2 “Bihar”, c. 32, səh. 238, bab 4, rəvayət 190.

3 “Loğman”, 17.

4 “Nisa”, 65.

1 “Nisa”, 65.

2 Həmin.

3 “İsra”, 22.

4 “Nisa”, 171.

1 “Ənam”, 79.

2 “Qəsəs”, 88.

1 “Mumin”, 16.

2 “Bihar”, c. 91, səh. 68, bab 3, rəvayət 2.

1 “Qəsəs”, 88.

2 “Əraf”, 29.

3 “Ər-Rəhman”, 26-27.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin