ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə25/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   22   23   24   25   26   27   28   29   30
ÖVSAFÜL-ƏŞRAF

Beşinci fəsil

Yəqin


Allah-taala yəqin haqqında buyurur: “Onların axirətə yəqinləri olar.”3 Hədisdə deyilir ki: “Kimə yəqin və onun bəhrəsi verilsə, namazın və orucunun azlığı haqqında düşünməz.”
Ürfdə “yəqin” zavalı mümkün olmayan, [həqiqətlə] uyğun və sabit olan qəti bir etiqad mənasındadır. Həqiqətdə, yəqin, məluma və onun xilafının imkansız olmasına olan elmdən ibarət bir tərkibdir.

Yəqinin mərtəbələri


Yəqinin mərtəbələri vardır ki, Quranda “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin” təbirilə göstərilmişdir. Necə ki, buyurur: “Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-yəqinlə görəcəksiniz!”1
Başqa bir yerdə buyurur: “Və Özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”2
Mərifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin babında da həmin misalı göstərmək olar. Yəni atəşin nuru vasitəsilə müşahidə edilən hər şey “elmül-yəqin” misalındadır. Görünə biləcək əşyalara nur saçan atəşin şöləsinin özünü görmək “eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf özünün qalması “həqqül-yəqin” misalındadır.
Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi üçün misal çəkilmişdir. والله اعلم بحقائق الامور

Altıncı fəsil

Sükun1


Allah-taala sükun haqqında buyurur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”2
“Sükun” iki növdür:
1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna “qəflət” deyərlər.
2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna “itminan” deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mərifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: “Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb3 aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: “Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.”
Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin