ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə18/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Dörcüncü fəsil

Rəca


Allah-taala rəca barəsində buyurur: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.”3
Əgər bir şəxs gələcək zamanda baş verəcək yaxşı bir işin intizarında olub bu ümidlə həmin yaxşı işin müqəddiməsi üçün çalışsa, nəticədə əldə edəcəyi şeyin təsəvvüründən və intizarından qəlbində bir növ fərəh, sevinc hissi baş qaldıracaqdır ki, [bu batini fərəhə] rəca deyirlər. Əgər qəti olaraq müqəddiməni əldə etmiş olsa və bilsə ki, onun istəyi gələcəkdə hasil olacaqdır, onu “mətlub intizar” adlandırırlar. Belə olan halda [bu halın] fərəhi və sevinci də çox olacaqdır. Əgər müqəddimənin əldə edilməsinə yəqini və zənni olmasa, [amma istəyini əldə edəcəyinə ümidi olsa] bu intizarı “təmənna” adlandırırlar. Əgər qəti olaraq bilsə ki, müqəddimənin əldə edilməsi qeyri mümkündür və [bununla belə] istəyinin intizarında olsa, bu cür ümid qurur və axmaqlıq babından sayılar.

Xof və rəca


Xof və rəca bir-birinin qarşılığıdır. (mütəqabil) Seyri-süluk məqamında, xofda olduğu kimi rəcanın da çoxlu faydaları vardır. Çünki rəca kamal dərəcəsində tərəqqiyə, mətləbə çatmaq yolunda sürətə bais olur. Necə ki, Allah-taala buyurur: “ Kasad olmayacaq bir ticarət umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatını versin və Öz lütfündən onlara artırsın!”1
Həmçinin rəca [salikin] Allah-taalanın əfv və məğfirətinə xoşgüman olmasına və Onun rəhmətinə etimad göstərməsinə zəmin yaradır: “Onlar Allahın rəhmətinə ümidvardırlar.”2
Və amma həmin ümidin əsasında mətləbə çatmaq barədə [Allah-taala Həzrət Musaya (ə) xitabən] buyurmuşdur: انا عند ظن عبدی بی
“Mən bəndəmin (Mənə etdiyi) gümanına uyğun hərəkət edirəm.”3
Bu məqamda rəcanın olmaması bədbinliyə və ümidsizliyə səbəb olur, belə ki, Allah-taala buyurur: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”4
İblis də həmin ümidsizliyə görə əbədi lənətə gəlmişdir. [Ona görə də]:
“Allahın rəhmətindən ümidsiz olmayın.”5
Amma elə ki, salik mərifət dərəcəsinə çatdı onun rəcsı sona yetər,çünki artıq bilir ki, görməli olacaq işi görmüşdür, görməli olmayacaq işi görməmişdir. Bu təsəvvürlə, əgər onda rəca yeri qalmış olsa, bu ya olmalılara və ya olmamalılara olan cəhalət üzündəndir, ya da bütün səbəblərin Səbəbkarına olan şikayətə görədir ki, niyə mətləbinə çatmayıbdır.
Əvvəlki fəsildən və bu fəsildən məlum oldu ki, salik nə qədər ki, [məqsədə yetməyib,] yoldadır, xof və rəca halı ondan əskik olmaz: “(Onlar...) qorxu və ümid içində Rəbbinə dua edərlər...”6
Çünki rəhmət və qəzəb ayələrini eşitmək, nöqsan və kamalın dəlillərindən agahlıq və hər birinin digərinin yerinə zühur etməsi ehtimalı və yolun sonunda məqsədə çatmaqdan məhrum olma və məqsədə yetmə ehtimalı – bütün bunlar rəca və xofa səbəb olurlar və bir tərəfin digər tərəfdən əskik və ya üstün olması imkansızdır. Elə buna görə də demişlər: “Əgər möminin xof və ümidini tərəziyə vursanız, bərabər gələcəkdir.” Çünki rəca xofdan artıq gəlsə yersiz əmin-amanlığa səbəb olacaqdır: “Məgər Allahın məkrindən əmin idilərmi?”1
Əgər xof rəcadan üstün olsa məhvedici bədbinliyə və ümidsizliyə səbəb olacaqdır: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”2

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin