ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə14/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Altıncı fəsil

Təqva


Allah-taala təqva barəsində buyurur: “...Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.”5
“Təqva” [insanın] Allahın qəzəbindən və dərgahından uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun səhhətinə zərərli və xəstəliyini artıracaq şeylərdən çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn və ya kamalın əldə edilməsinə əngəl törədən və ya saliki kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu yolda müsbət nəticə əldə edə bilsinlər.” Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.”1


Təqvanı təşkil edən ünsürlər

Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur:


1. Xof;
2. Günahdan çəkinmək;
3. Allaha yaxınlaşmaq tələbi;
Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun şərh ediləcəkdir. Quran və hədislərdə təqvaya geniş yer verilmişdir və müttəqilər haqqında çoxlu söz söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-Taalaya məhəbbətdir.
“Xeyr (elə deyildir.) hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.”2

ÜÇÜNCÜ BAB


Seyri-süluk, kamalın tələbi və salikin əhvalını bəyan edər və altı fəsildən ibarətdir:
Birinci fəsil – Xəlvət.
İkinci fəsil – Təfəkkür.
Üçüncü fəsil – Xof.
Dördüncü fəsil – Rəca.
Beşinci fəsil – Səbir.
Altıncı fəsil – Şükür.

Birinci fəsil

Xəlvət


Allah-taala xəlvət barəsində buyurur: “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) kəsləri boşla getsinlər.”1
Həqiqi elmlərdə sübuta yetmişdir ki, ilahi feyzi qəbul etməyə istedadı olan hər bir zat, nə qədər ki, bu istedad var və maneə yoxdur, həmin feyzdən məhrum olmayacaqdır. İlahi feyzi o kəs tələb edə bilər ki, iki işdən agah olmuş olsun və bu agahlığı bütün hallarda həmin feyzin qəbulu istedadı ilə yanaşı saxlamış olsun.
1. Bilməlidir ki, qəti və şəksiz ilahi feyz var.
2. Bilməlidir ki, hər kəsdə o feyz olsa, [həmin feyz] o şəxsin kamalının zəminəsi olacaqdır.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin