ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə13/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Riyazətdə insanın hədəfi


Riyazətdə insanın qərəzi üç şeydir:
1. Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması;
2. Kamalın tələbi məqsədilə heyvani nəfsin əməli əql qarşısında müti edilməsi;
3. Mümkün kamala çatmaq məqsədilə ilahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi;


Beşinci fəsil

Mühasibə və müraqibə


Allah-taala mühasibə və müraqibə haqqında buyurur:”Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər.”4
“Mühasibə” lüğətdə kiminləsə hesablaşmaq və “müraqibə” (bir şeyi qoruyaraq, əmanət olaraq) saxlamaq mənasındadır. Mühasibə dedikdə bizim məqsədimiz budur ki, insan itaətini və günahını hesab etsin, görsün hansı daha çoxdur. Əgər itaəti çox olsa, baxıb görsün itaətinin günahdan çox olması Allahın onun haqqında lütf etdiyi nemətlərə nisbətdə nə qədərdir. İnsanın vücudunun özü elə bir nemətdir ki, onun əzalarının yaradılışında saysız hikmətlər gizlənmişdir; belə ki, təşrih elminin alimləri öz fəhmləri və elmləri tutumunda neçə-neçə kitablarda onu şərh etmişlər. [Amma buna baxmayaraq] dəryadan bir qətrəni belə başa düşə bilməmişlər. [İnsanın vücuduna diqqətlə nəzər salsaq] nəbati və heyvani nəfs qüvvələrində çoxlu faydaların mövcud olduğunu görəcəyik, [insanın ruhuna nəzər salsaq] Allahın onu, məqulatı1 və elmləri öz zatı ilə necə də dərk edən, məhsusatı2 necə fəhm edən olaraq yaratdığını müşahidə edəcəyik, əza və qüvvələrini idarə edə bilməsi üçün ixtiyarında alətlər qoyduğuna şahid olacağıq. Həmçinin [Allah] ilk yaradılışdan insanın ruzisini müəyyən, onun inkişaf və bəslənməsi vasitələrini həm yuxarı aləmdən, həm də bu dünyadan hazır etmişdir.
Belə olan surətdə əgər [günahına nisbətdə ağır gələn] itaətini Allahın bütün bu nemətləri və digər sayagəlməz nemətlərilə müqayisə etsə, bütün hallarda özünün təqsirli olduğunu görəcəkdir. Necə ki, Allah buyurmuşdur:
“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.”3
Və amma, əgər onun itaəti və günahı bir həddə, bərabər olsa, bilməlidir ki, bu nemətlərin müqabilində heç bir bəndəlik etməmişdir və [belə olan halda] öz təqsirini aşkar görəcəkdir.
Və amma, əgər günahı itaətindən çox olmuş olsa.., vay halına!
Yenə vay halına! Buna görə də kamalın tələbində olan əgər özü ilə bu cür mühasibəni aparsa, onda itaətdən başqa bir şey olmayacaqdır. Və baxmayaraq ki, ancaq itaət edir yenə də özünü müqəssir görəcəkdir. Buna görə də Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Sizi mühasibəyə çəkməmişdən öncə özünüzü mühasibə edin.”1
Əgər bir kəs özünü mühasibə etməsə günah bataqlığına düçar olar, bu ayənin əsasında ki, buyurur: “Heç kəsə əsla haqsızlıq edilməz. Bir xaldal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik!”2 – [onu haqq-hesaba çəksələr] mühasibə vaxtı şiddətli əzaba və böyük ziyana düşər. [Belə bir andadır ki]: “Heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın...”3 Belə bir gündən Allaha pənah aparırıq!

Və amma “müraqibə”, insanın yaxşı əməllərini batil edəcək hərəkətlərin baş verməməsi üçün batinini və zahirini həmişə qoruyub saxlamasıdır, yəni həmişə öz əhvalına diqqət yetirməlidir ki, məbada gizlində və aşkarda günah iş görər, ya istər kiçik, istər böyük bir şey onu haqq yolun yolçuluğundan saxlayar. Bu ayəni həmişə xatirində saxlamalıdır ki, buyurur: “Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun.”4


Beləliklə də [seyri-süluk yolunda insan] vüsal mərhələsinə, məqsədinə nail olar.
والله یوفق من یشاء من عباده انه هو اللطیف الخبیر



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin