ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə11/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
ÖVSAFÜL-ƏŞRAF

İkinci fəsil

Zöhd


Allah-taala zöhd barəsində buyurur: (Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir. (Sürəklidir, əbədidir.) “Zöhd” rəğbətsizlik mənasındadır. Zahid o kəsdir ki, dünyaya aid olan işlərə – yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət, mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir sözlə ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə – rəğbəti olmasın. Əlbəttə bu rəğbətsizlik imkansızlıq və yoxsulluq, və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu deyilənlərə dünyəvi olduqları üçün etinasız olsa zahid adlanır. Amma “Həqiqi zahid” o kəsdir ki, yuxarıda deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat tapmaq və cənnət savabına çatmağa da tamahı olmasın. Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq fayda və bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır.
Mələkənin, yəni hansısa sifətin insanın vücudunda adətə çevrilməsi və yer tutmasının əldə edilməsi belədir ki, insan özünü nəfsani istəklərdən saxlamalıdır və nəfsini çətin işlərlə məşəqqətə salmalıdır ki, qərəzi tərk etmək iradəsi onda möhkəmlənsin.

Zahidlərdən biri haqqında hekayət


Deyirlər ki, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça və faludə satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir: “Bir gün ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə qulaqburması olsun deyə kəllə-paça satmağı özümə peşə seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl göstərməyim.”
Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır ki, alçaqlığın həddindən, həddən artıq ac olmasına baxmayaraq qonaq gedəcək deyə heç bir şey yemir ki, qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-sülukda) insan [onu məqsəddən yayındıracaq] məşğələləri kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa şeyə qarışmasın və hədəfdən yayınmasın.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin