ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə12/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Üçüncü fəsil

Fəqr


Allah-taala fəqr barədə buyurur: “Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur”1
“Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya etinasızlıq deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey onlar üçün hicaba çevrilməsin. Bu “fəqr”, həqiqətdə “zöhd”ün bir şöbəsidir.
Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizə cənnət əhlinin hökmdarlarından xəbər verimmi? Dedilər: “Bəli.” Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş, camaatın etina etmədiyi bütün zəiflərdir (onlar!) əgər Allaha and versələr, Allah dualarını qəbul edər.”2
O Həzrətə (s) deyəndə ki: “Bətha və Məkkə torpaqları qızıl ilə doludur, əgər istəyirsənsə sənə verək.” Cavabında buyurdu: “Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, ehtiyac əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə şükür edirəm.”3


Dördüncü fəsil

Riyazət


Allah-taala riyazət barəsində buyurur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!”1
“Riyazət”in lüğəvi mənası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda məqsədimiz riyazət dedikdə, heyvani nəfsin2 şəhvət və qəzəb qüvvəsində və bu iki qüvvəyə aid olan şeylərdən itaətinə mane olmaq və [həmçinin] natiqə nəfsin3 heyvani qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe olmağının qarşısını almaqdır.
Və həmçinin, riyazət dedikdə məqsədimiz, mümkün kamala çatmaq yolunda nəfsin, əql və əməldən itaətini adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan nəfsə “bəhimi” deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs “səbui” deyərlər və əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfsi “şeytani” adlandırarlar.
Allah Quranda bu üç nəfsi “əmmarə nəfs”1 adlandırmışdır. [Əlbəttə] əgər bu rəzilətlər nəfsdə sabit olmuş olsa, amma əgər sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, o nəfsə “ləvvamə nəfs”2 demişdir.
Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfsi “mütməinnə nəfs”3 adlandırmışdır.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin