ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə8/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Birinci fəsil

Tövbə


Allah-taala tövbə barəsində buyurur: “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.”1
Tövbənin mənası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür:
1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib)
2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş (haram)
3. Görülməsi görülməməsindən daha üstün olan iş (müstəhəb)
4. Görülməməsi görülməsindən daha üstün olan iş (məkruh)
5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah)
Beləliklə günah birinci bəndə görə görüləcək işin görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin görülməsidir. Bu işlərdən tövbə etmək bütün aqillərə vacibdir. Burada günah dedikdə, yalnız dillə və əməllə olan günahlar deyil, hər bir aqil insanın ixtiyarı və iradəsilə baş tutan bütün fikri və əməli günahlar nəzərdə tutulur. Və amma üçüncü növ əməlin – yəni müstəhəb əməlin – tərki və dördüncü növ əməlin – yəni məkruhun – görülməsi «tərki-övla» adlanır. Məsumlar üçün övlanın tərki bəyənilməzdir. Onlar bu işlərdən tövbə etməlidirlər. Seyri-süluk əhlinin məqsədi Haqq-Taala olduğu üçün, onların Allahdan qeyrisinə diqqət yetirmələri günah sayılır və bu işdən tövbə etməlidirlər.
Deməli tövbə üç növdür:
1. Bütün bəndələrə şamil olan ümumi tövbə.
2. Məsumlara aid olan xas tövbə.
3. Seyri-süluk əhlinə şamil olan əxəsss tövbə.
Ümmətin günahkarlarının tövbəsi birinci növdən, Həzrət Adəm və digər peyğəmbərlərin tövbəsi ikinci növdən və bizim peyğəmbərimizin (s) tövbəsi ki, buyurur: “Həqiqətən də mənim qəlbimə qubar oturur və mən (buna görə) hər gün yetmiş dəfə istiğfar edirəm.”1 – üçüncü növdəndir.

Ümumi tövbə


Ümumi tövbə iki şərtə əsaslanır:
1. Bütün işlərdən agah olub, hansı işin kamala çatmağa, hansı işin nöqsana səbəb olduğunu bilmək. Əlbəttə, kamal şəxslərə nisbətdə cürbəcür olur; bəziləri üçün kamal əzabdan qurtulmaqdır, bir başqası üçün savaba çatmaqdır, digəri üçün Allah-taalanın razılığını əldə etmək, Ona yaxın olmaqdır.
Nöqsan da eynilə kamalın müqabilində duraraq neçə qismə bölünür; bəziləri cəzaya səbəb olur, bəziləri insanı savabdan məhrum edir və bəziləri də Allahın qəzəbinə səbəb olur ki, həmin Allahın lənətindən ibarətdir.
2. Kamalın faydalı olduğuna, yəni Allah rizasının bu işdə olduğuna və nöqsanın zərərli olduğuna, yəni Allahın qəzəbinə səbəb olduğuna vaqif olmaq.
Bu iki şərtə yiyələnmiş hər aqil şəxs günah etməz və əgər birdən günah etmiş olsa da, tez tövbə edər.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin