ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə6/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   2   3   4   5   6   7   8   9   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Dördüncü fəsil

Sidq


Allah-taala sidq barədə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq olanlardan olun” (Peyğəmbər və onun səhabələri ilə birlikdə olun!)2
Sidqin lüğətdəki mənası doğru danışmaq və əhdə vəfa anlamındadır. Amma burada murad həm danışıqda, həm niyyətdə, həm qərara gəlməkdə, həm verdiyi əhd-peymana vəfa etməkdə – ümumiyyətlə həyatda qarşılaşdığı bütün hallarda doğru-düzgün olmaq mənasındadır. Siddiq o kəsdir ki, sadaladığmız bütün hallarda sidq onun məsləkinə, adətinə çevrilmiş olsun; belə ki, heç bir yerdə xilaf işin eyni və əsəri onda müşahidə edilməsin. Aqillər və alimlər demişlər: “Əgər bir kəs belə olsa, onun yuxusu da doğru olacaqdır” və göstərilən bu ayə də onların şənində nazil olmuşdur: “Möminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar...”3
Siddiqləri peyğəmbərlər və şəhidlərlə bir sırada tutmuşlar. Allah-taala buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.”4
İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişlər: “Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.”5
Həmçinin bəzi peyğəmbərlər haqqında da buyurmuşdur: “Biz onlara doğru danışan və yüksək dərəcəli dil qərar verdik.”
Düzgünlük və sədaqət məqsədə çatmaq üçün ən yaxşı yol olduğu üçün, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır, inşaallah.


Beşinci fəsil

İnabət (tövbə)


Allah-taala inabət haqqında buyurur: “Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.”1
“Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış mənasındadır. Tövbə üç cür olur:
1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: “Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.”2
2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun nemətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: “(Bu nemətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.”3
3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləri Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu barədə buyurur: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): “Bu, vəd olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!” Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!”1



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin