ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə4/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   2   3   4   5   6   7   8   9   ...   30
ÖVSAFÜL-ƏŞRAF

BİRİNCİ BAB


Hərəkətin başlanğıcı və bu səfər (hərəkətin müyəssər olması) üçün lazım olan azuqə, yol tədarükü. Bu altı şeyə şamil olur və biz onun hər birini ayrıca fəsillərdə aşağıdakı şəkildə göstəririk:
– Birinci fəsil: İman
– İkinci fəsil: Səbat
– Üçüncü fəsil: Niyyət
– Dördüncü fəsil: Sidq
– Beşinci fəsil: İnabət
– Altıncı fəsil: İxlas

Birinci fəsil

İman


Allah-taala buyurur: “İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”1
İman [kəlməsi] lüğətdə təsdiq mənasındadır, yəni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur. Peyğəmbərin (s) mərifəti Qadir, Alim, Səmi, Bəsir [olan] Allahın mərifətindən ayrı olmaz. O Allahın ki, peyğəmbərləri göndərmiş, Quranı Məhəmməd Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir.
Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox, kamalı olar.
İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz “saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.
Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: “Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq)”2
İmanın mərtəbələri: Bilməliyik ki, imanın bir neçə mərtəbəsi var. Onun ən aşağı mərtəbəsi dildə olan imandır ki, Allah-taala bu barədə buyurur: “Ey möminlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!”3 Və həmçinin buyurulan bu ayə: “Qənimət əldə etmək iştahası ilə islama daxil olan bədəvi ərəblər “biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...”1 – həmin mətləbə işarədir. Bundan yuxarı mərtəbə təqlidi imandır. Yəni mömin iman etməli olacağı şeyə qəti iman edir, amma onun imanının zavala uğramaq imkanı var. Əlbəttə, əgər qəti iman hasil olarsa, onun ardınca saleh əməl də gələcəkdir ki, Allah-taala buyurur: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!...”2
Bundan daha yaxşısı qeybə olan imandır ki, Allah-taala onun barəsində buyurur: “O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır...”3
Bu cür iman bir növ batini bəsirətlə yanaşı olur və imanda möhkəm olmağı tələb edir. Sanki mömin qeyb pərdəsi arxasından aləmi müşahidə edir. Bu mərtəbədən də yuxarı o kəslərin imanıdır ki, Allah-taala onlar haqqında buyurmuşdur: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar...”4 – O yerə qədər ki, buyurur: “Onlar həqiqətən də iman əhlidirlər.”5
Bu, kamalla olan imanın mərtəbəsidir. Bu iman yəqinlə yanaşı olur və imanın ən ali mərtəbəsi hesab olunur. Bunun şərhini sonra verəcəyik.
Seyri-süluk yolunda qeybə olan imandan aşağı mərtəbənin, ən azı təqlidlə olan imandan aşağısının faydası yoxdur. Çünki, həqiqətən də dildə olan iman bir iman deyil. Allahın buyurduğu bu ayə də ona işarədir: “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.”1
İnsanın seyri-süluku başa vurması üçün hökmən ali iman mərtəbəsinə yiyələnməsi lazımdır. Əgər mütləq kamil vücuda, yəni Yaradana qəti imanı olsa, bu etiqadın nəticəsində ruhu bir yerdə qərar tutacaq və seyri-süluk onun üçün mümkün olacaqdır və asanlıqla hədəfinə çatacaqdır.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin