ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
səhifə5/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   2   3   4   5   6   7   8   9   ...   30
ÖVSAFÜL-ƏŞRAF

İkinci fəsil

Səbat


Allah-taala səbat barəsində buyurur: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlimeyi-şəhadətlə) sabitqədəm edər..”2
Səbat bir halətdir ki, imanla yanaşı olmayınca insanda ruhi rahatlıq, arxayınlıq yaranmaz və nəticədə, kamalın tələbi də ondan asılı olduğu üçün müyəssər olmaz. Çünki etiqadında süst olan hər kəs kamal tələb edə bilməz. İmanın səbatı kamil və kamalın var olduğuna qəti imanın əldə edilməsindən ibarətdir. Nə qədər ki, bu qətiyyət əldə edilməyib kamalın tələbi də olmayacaqdır və nə qədər ki, kamalın tələbi və bu yolda səbatın əldə edilməsi qərarına gəlinməyib, seyri-süluk mümkün olmayacaqdır və bir kəs əzm göstərib qərara gəlsə amma səbatı olmasa “Yer üzündə şeytanların azdırıb atdığı və çaşqın dolaşan adam kimi”3 olar. Bəlkə, belə də deyə bilərik ki, çaşqın və sərgərdan qalmış adamın qərarı da olmaz və necə ki, müəyyən bir səmtə yönəlməyibdir, onun hərəkəti və seyri-süluku da baş tutmayacaqdır və əgər hərəkəti də olsa faydasız və səmərəsiz olacaqdır.
Və amma, bir adamın səbatının səbəbi öz əqidəsinin haqq olduğuna olan batini bəsirəti, kamala qovuşmasından aldığı ləzzət və həmin batini halətin zavala uğramayacaq şəkildə mələkəyə çevrilməsi olar. Bu səbəblə də sabitqədəm insanlar həmişə saleh əməllər görərlər.


Üçüncü fəsil

Niyyət


Allah-taala niyyət barəsində buyurur: “De ki, Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”1
Niyyət qəsd mənasındadır və qəsd elm və əməl arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu bilməsə, həmin işi görməyə qəsd etmir və nə qədər ki, qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun başlanğıcı qəsddir. Bunun üçün də salik müəyyən məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur.
Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz əməldən daha yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: “Mömin insanın niyyəti əməlindən daha yaxşıdır.”2
Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə də Həzrət buyurur: “Əməllər niyyətdən asılıdır3”, yəni bədənin həyatı ruhdan asılıdır.
Və yenə də buyurubdur: “Hər kim, hər işdə hansı niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır.”
Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş hər zaman kamalın əldə edilməsini tələb edər. Necə ki, Allah-taala buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) böyük mükafat verəcəyik!”1



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin