Panoram sürətli oxu sürətli oxunun daha da təkmilləşdirilmiş formasıdır. Stereo
cədvəllərlə xüsusi məşq texnikasından istifadə edərək şagirdin görmə sahəsi əsaslı
şəkildə artırılır. Bununla “fuziya divergensiyası” adlı bir effekt, yəni gözün görmə
oxlarının ayrılması prosesi baş verir. Beləliklə də, oxunun sürəti və mənimsənilmə
keyfiyyəti artır.
Sürətli oxu mükəmməlləşdikcə qismən dərinləşdirilmiş oxuya keçmək olar.
Dərinləşdirilmiş oxudabütün təfərrüatlara diqqət yetirilir, onlar təhlil edilir və
qiymətləndirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqidi və yaradıcı hesab edirlər. Bu üsul tədris fənlərinin öyrənilməsində ən yaxşı üsul hesab olunur.
Dərinləşdirilmiş oxu zamanı siz təkcə mətni oxumur və başa düşmədiyiniz yerləri
aydınlaşdırmırsınız, həm də öz bilik və təcrübələriniz əsasında məsələni tənqidi şəkildə
nəzərdən keçirir, verilən izahlarda güclü və zəif məqamları tapır, fikir və qənaətləri
müstəqil şərh edirsiniz. Bu da oxunmuş materialı asanlıqla yadda saxlamaq imkanı
verir və məşğələlərdə fəallığı yüksəldir. Bu üsulla tanış olmayan mətnləri, mürəkkəb
dərslik mövzularını oxumaq asanlaşır.
Seçmə oxu soyadı, sözləri, faktları və s. tapmaq üçün mətni cəld şəkildə nəzərdən
keçirməkdir. Təcrübə göstərir ki, sürətli oxu vərdişinə sahib insan bu axtarışı ənənəvi
qaydada oxuyandan iki-üç dəfə daha tez edir. O, görmə aparatını, xüsusilə də periferik
görməni məşq və inkişaf etdirdiyi üçün mətn səhifəsinə bir anlıq nəzər yetirir və lazımi
məlumatları görə bilir.
Qeyri-ardıcıl (ordan-burdan) oxusürətli oxunun elə bir növüdür ki, bu zaman
mətnin ayrı-ayrı fəsilləri ardıcıl deyil, müxtəlif hissələrdən, pərakəndə oxunur. Oxucu
sanki hər şeyi görür, heç bir yazını ötürmür, lakin diqqətini yalnız mətnin ona lazım
olan hissələrində cəmləşdirir. Qeyri-ardıcıl oxu metodundan çox vaxt kitabı bir dəfə
nəzərdən keçirdikdən sonra, ikinci dəfə oxuyarkən istifadə olunur. Bu cür oxunun
sürəti sürətli oxudan artıq olur, çünki kitabın səhifələri sadəcə lazım olan fəsil axtarılıb
11
tapılana kimi vərəqlənir. Qeyri-ardıcıl oxu dərinləşdirilmiş oxudur.