Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Rollu oxu 
Məqsəd şagirdlərin mətnin quruluşunu, dilini, obraz və personajların xarakterini 
anlamağına nail olmaqdır. Şagirdlər mətni oxuduqdan sonra onu dialoq şəklində tərtib 
edir və teatr ssenarisi hazırlayırlar. Ancaq bir şərtlə ki, mətnin məzmununda heç bir 
dəyişiklik edilmir, adi danışıq cümlələri və hadisələr əsasında hər bir şagird özü 
oxuyacağı hissəni hazırlayır. Dialoq tərtib edərkən mətnin şagirdlər tərəfindən 
qavranılmasına da fikir vermək lazımdır. Yəni şagirdlər mətnin məzmunundan asılı 
olaraq oxuduqları hissələri izah etməyi bacarmalıdırlar. 
Əzbərləmə 
Məqsəd şagirdlərin yaddaşını gücləndirmək, onlara cümlələrin quruluşunu, lüğət 
tərkibini, ana dilindən düzgün, səlis və gözəl istifadə etməyi öyrətməkdir. Bu metodda 
şagirdlər yaş səviyyələrinə, ehtiyac və maraq dairələrinə uyğun mətnləri (şeirləri, nəsr 
əsərlərini, kəlamları və s.) müəyyən müddət ərzində əzbərləyirlər. Sonra əzbərlənən 
mətnləri sinifdə və ya sinifdanxaric fəaliyyətlərdə təqdim edirlər. Əzbərləmə üsulu ilə 


14 
şagirdlərin söz ehtiyatı, özünəinamı artır, onlarda ana dilindən düzgün istifadə 
bacarıqları formalaşır. 
Müqayisəli oxu 
Məqsəd müqayisələr aparmağı öyrədərək şagirdlərin təfəkkürünü və bacarıqlarını 
inkişaf etdirməkdir. Oxudan sonra müəllim şagirdlərdən əvvəl oxuduqları mətnlərlə 
həmin mətnin oxşar cəhətlərini soruşur, onlara mətnləri məkan, zaman, obraz, mövzu, 
ideya, hadisə və personajlara görə müqayisə etməyi və onlar arasında əlaqə yaratmağı 
tapşırır. "Bu əsərin mövzusu ilə əvvəllər oxuduğunuz əsərin mövzusu arasında nə əlaqə 
var?", "Bu iki əsərin obraz və personajları arasında hansı oxşarlıqlar var?" tipli 
suallarla şagirdlərə istiqamət vermək olar. 
İSOAT - “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla” 
1960-cı ildə psixoloq Rohm tədris prosesində apardığı araşdırmalar əsasında oxu 
sürətinin, qavramanın, yaddasaxlamanın və oxuyub anlamanın keyfiyyətini artırmaq 
üçün oxu prosesini 5 mərhələdə təşkil etməyi təklif etmişdir. 
“İSOAT”ın açılışı belədir: “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”. 
1. İzlə ̶ mətnin əvvəldən sona qədər nəzərdən keçirilməsi, ilkin baxış mərhələsidir. 
Burada verilmiş mətni bütöv oxumaq vacib deyil, bu zaman mövzunun adına, hər bir 
abzasın ilk və son cümləsinə, mətn daxilində xüsusi işarə və formalarla fərqləndirilən 
söz və ifadələrə diqqət yetirilir.
2. Soruş. Bu addımda “izlə” mərhələsində oxunulanlarla bağlı suallar vermək 
şərtdir. Əgər oxuyarkən suallar yaranmayıbsa, deməli, mövzu kifayət qədər 
qavranılmayıb. Mövzu başlıqlarına, oxşar və fərqli cəhətlərə nəzər salarkən yaranan 
sualları imtahan sualları kimi bir vərəqdə qeyd etmək lazımdır. Bu addım cəmi 5-10 
dəqiqə vaxt aparır. 
3. Oxu. Burada “Soruş” mərhələsində yazılan suallara cavab tapmaq və ehtiyac 
olarsa, onları qeyd etmək lazımdır. Eyni zamanda əsas fikirlərin, xüsusi işarəli söz və 
ifadələrin diqqəti daim cəlb etməsi üçün həmin hissənin (hissələrin) altından xətt 
çəkmək, yaxud xüsusi işarələrlə fərqləndirmək lazımdır. 


15 
4. Anlat (İzah et). Bu mərhələdə “Soruş” mərhələsindəki sualların cavabları başqa 
bir adama anladılırmış kimi uca səslə izah edilir. 
5. Təkrarla. Nəzərə alsaq ki, öyrənilən biliklərin təxminən 70 %-i ilk bir saatda 
unudulur, onda “Anlat” mərhələsində məlumatın yenidən təkrarına ehtiyac yaranır. 
Məlumdur ki, kifayət qədər öyrənilməmiş məlumatları nəql etmək mümkün deyil. 
Buna görə də təkrarlar çatışmazlıqları görmək və tamamlamaq üçün faydalıdır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin