Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Venn diaqramı 
 


17 
Sinkveyn oxunulan kitab və ya verilən problem haqqında qısa və bədii xülasədir. 
Bu metod şagirdlərdə ümumiləşdirmə və interpretasiya bacarıqları formalaşdırır. Bu 
üsuldan istənilən mətnin (bədii, elmi, publisistik) oxusundan sonra istifadə etmək olar. 
Müəllifdən soruş (Müəllif kreslosu) 
Şagirdlərə əvvəlcədən mətni oxuyarkən müəllifə vermək istədikləri suallar (2-3 
sual) fikirləşmək tapşırılır (suallar mətnin məzmunu haqqında olmalıdır). Sonra 
şagirdlərdən biri müəllif rolunu ifa edir və digər şagirdlər suallarını bu “müəllifə” 
verirlər. Şagirdlərdən bir neçəsi müəllif rolunda çıxış edərək suallara cavab verə bilər. 
Bu üsul şagirdlərdə mətni daha diqqətli oxumaq vərdişi formalaşdırır. Çünki 
diqqətli oxu həm mətnin məzmunu ilə bağlı suallar yaradır, həm də insanı bu suallara 
cavab axtarmağa təhrik edir. Əsasən elmi və publisistik mətnləri bu üsulla öyrənmək 
tövsiyə edilir. 
Aşağıdakı mətn nümunəsini “Müəllifən soruş” üsulu ilə öyrənməyi sınaqdan 
keçirin. 
 
Qlobal istiləşmə 
BMT-nin iqlimin dəyişməsi üzrə dövlətlərarası ekspert qrupunun verdiyi və 
“Böyük səkkizlik” ölkələrinin Milli Elmlər Akademiyasının dəstəklədiyi elmi rəyə görə 
Yer kürəsində havanın orta temperaturu sənaye inqilabının başlanması vaxtı ilə (1850-
ci illər) müqayisədə 0,7 dərəcə selsi qalxmışdır. 
Son 50 ildə müşahidə olunan istiləşmə daha çox insan fəaliyyətinin və ilk növbədə 
istixana effekti yaradan qaz tullantılarının nəticəsidir. İqlim sahəsində çalışan 
alimlərin əksəriyyəti bu fikirlə razılaşır. 
Qlobal istiləşmənin səbəbləri nədir? Elmi dəlillərə görə bu faktorlar arasında 
vulkan püskürməsi, dünya okeanında gedən proseslər (tayfunlar, fırtınalar və s.), 
Günəş aktivliyi, Yerin maqnit sahəsi və insan fəaliyyəti vardır. Bunların hər biri qlobal 
istiləşməyə şərait yaradır. 
Qlobal istiləşməni sübut edən faktlar hansılardır? 
a) Temperatur artımı. Bəzi alimlər deyirlər ki, istiləşmə 1976-cı ildən ̶
bəşəriyyətin sənaye fəaliyyətinin sürətli inkişafından sonra kəskin artmış və öz 


18 
maksimal həddinə 90-cı illərin ikinci yarısında çatmışdır. Ancaq burada yerüstü və 
peyk müşahidələri arasında fərqlər nəzərə çarpır.
b) Dünya okeanının səviyyəsinin qalxması. İstiləşmə və Arktika, Antarktida və 
Qrenlandiyadakı buzlaqların əriməsi ilə əlaqədar olaraq planetdə suyun səviyyəsi 10-
20 sm qalxmışdır.
c) Buzlaqların əriməsi. Qlobal istiləşmə, doğrudan da, buzlaqların əriməsinin 
səbəbidir. Belə ki, 2002-ci ildə Antarktidada yerləşən və ümumi sahəsi 3250 kvadrat 
km, qalınlığı 200 m olan Larsen şelf buzlağından sahəsi 2500 kvadrat km olan aysberq 
qopmuşdur. Bu, faktiki olaraq buzlağın dağılması deməkdir. Bütün dağılma prosesi 
cəmi 35 gün çəkmişdir. Bu vaxtacan buzlaq 10 000 il idi ki (sonuncu buzlaq dövründən 
bəri), stabil dururdu.
Müasir elm üçün ən ağrılı mövzu – istiləşməyə insan fəaliyyətinin təsiri 
problemidir. Burada fikirlər ayrılır və hansı tənasübdə ayrıldığını demək çətindir. 
Budur iki bir-birinə zidd mülahizə: 
d) Karbon qazının atmosferdə konsentrasiyası 1750-ci ildən bu yana 31 % 
artmışdır. Bu səviyyəyə o, yüz min illər boyu çatmamışdı. Bu, əsas tullantısı elə karbon 
qazı olan sənayenin inkişafı ilə bağlıdır. Karbon qazı konsentrasiyasının artım qrafiki 
temperaturun artım qrafikinə uyğun gəlir.
e) Dünya okeanının yuxarı səthində atmosferdən 57-60 dəfə çox karbon qazı həll 
olmuşdur. Bununla müqayisədə insanın təsiri heç nədir.
Alimlərin proqnozları necədir? Onların fikrincə, ən çox ehtimal olunan iqlim 
dəyişiklikləri aşağıdakılardır: daha intensiv yağıntılar, daha yüksək maksimal 
temperaturlar, Yer kürəsinin hər tərəfində isti günlərin sayının artması və şaxtalı 
günlərin sayının azalması. Bu zaman kontinental iqlimli ərazilərin böyük 
əksəriyyətində isti hava axınları daha çox müşahidə olunacaq. Həmçinin küləklərin 
güclənməsi, tropik siklonların intensivliyinin artması (bu tendensiya hələ XX əsrdə 
qeydə alınmışdır), güclü yağıntıların çoxalması, sel riskinin və çaylarda daşqının 
artması, quraqlıq rayonların genişlənməsi, meşə yanğınlarının çoxalması və meşələrin 
məhsuldarlığının azalması və s. gözlənilir.


19 
Bəzi tədqiqatçılar (məsələn, P.Şvars və D.Rendell) belə bir bədbin proqnoz verirlər 
ki, artıq XXI əsrin birinci rübündə gözlənilməyən istiqamətdə kəskin iqlim sıçrayışı 
mümkündür. Bunun nəticəsi isə yüz illər davam edəcək yeni buzlaq dövrü ola bilər.
S.Popov 
 
Sonra şagirdlərlə aşağıdakı sualları müzakirə edərək “Müəllifdən soruş” üsulunun
səmərəsini müəyyən edə bilərsiniz. 
Müzakirə: 
Bu metod mətni daha yaxşı anlamağa kömək etdimi?
Mətnlə iş zamanı bu metoddan istifadə hansı nəticələri verir?
Üzərində işlədiyiniz mətnin hansı xüsusiyyətləri var?
Mətn üzərində bu cür iş ənənəvi oxudan nə ilə fərqlənir? 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin