Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Publisistik mətn
Publisistika (latınca “publicus” sözündən olub, “ictimai” deməkdir) – cəmiyyət 
həyatının bugünki aktual problemlərinə və hadisələrinə həsr olunmuş mətn növüdür. 
Bu cür mətnlərdən ictimai-siyasi ədəbiyyatda, dövri mətbuatda (qəzetlər, jurnallar), 
radio və televiziya verilişlərində, sənədli filmlərdə, afişa və bukletlərdə istifadə olunur. 
Kütləvi informasiya vasitələrində (KİV) istifadə olunan publisistik mətnlər 
informasiya mənbəyi hesab olunur. İnformativ mətnlərin xarakterik cəhətləri 
aşağıdakılardır: 


40 
a) İnformativlik: Publisistik mətnlər informativ xarakterli olur və burada müəllif 
cəmiyyət üçün aktual bir problemi və bu problemə öz münasibətini daha geniş oxucu, 
dinləyici və tamaşaçı kütləsinə təqdim edir. 
b) Təsiredicilik: Publisistik mətlər müəyyən qədər təsiredici qüvvəyə malik olur. 
Publisist təkcə cəmiyyətdə baş verənləri qeyd etmir, həm də həmin şeylərə qarşı 
auditoriyada müəyyən münasibət yaradır və problemlərin həllinin vacibliyini 
vurğulayır. Qərəzlilik (yəni oxucunu inandırmaq üçün mətnin məzmununu şüurlu 
şəkildə bu və ya digər ideyaya tabe etmək), mübahisəlilik, emosionallıq (emosional 
çalarlar, obrazlı sözlər və frazeoloji ifadələr, emosional sözlər, ritorik suallar, nidalar, 
təkrarlar və s.) bu cür mətnlərə xas xüsusiyyətlərdir. 
c) Kommunikativlik: Publisistik mətn geniş auditoriyaya xitab etdiyi üçün 
kommunikativ funksiya daşıyır.
Publisistik mətndə faktlarla yanaşı, xeyli sayda rəylərə də (müəllifin, hadisə 
şahidlərinin, rəsmi şəxslərin rəylərinə və s.) yer verilir. Odur ki, belə mətn heç də 
həmişə obyektiv və doğru məlumat vermir. Publisistikada işıqlandırılan hadisələrin 
seçimi sosial əhəmiyyətliliyinə və ictimai marağa görə aparılır (dövlət rəhbərlərinin 
görüşləri, yeni qanunların qəbulu, teatr premyeraları, idman yenilikləri və s.). 
Publisistik mətnlər informativ, analitik və bədii-publisist növlərə bölünür. Odur 
ki, əgər sizə konkret informasiya lazımdırsa, informativ janrlara (reportaj, müsahibə, 
hesabat, qeyd), hadisələrin təhlili ilə maraqlanırsınızsa, analitik janrlara (dialoq, 
analitik məqalə, resenziya, icmal), hadisə və faktlar haqqında bədii, obrazlı şəkildə 
məlumat almaq istəyirsinizsə, bədii-publisistik janrda yazılmış mətnlərə (oçerk, esse, 
felyeton, pamflet) müraciət edə bilərsiniz. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin