4. Qışda cırcırama nə üçün ac qaldı? ________________________________________________________________ ________________________________________________________________ ________________________________________________________________ 5. Təmsildə hansı fəsil qeyd olunmayıb? A) Yaz
B) Yay
C) Payız
D) Qış
36
5.4. Şeirlərin oxusu Şeirlərin oxusu şagirdlərin hafizəsini möhkəmləndirir, nitqini inkişaf
etdirir, dünyagörüşünü artırır və onlarda estetik zövq formalaşdırır.
Nümunə: Qarabağı vermərəm Bütün aləm danışır Mənim səxavətimdən, Qonağa pay verəndə Bahasını verərəm. Dostlara süfrə açıb Öz halal nemətimdən, Evimin ipəyini, Xarasını verərəm. Lazım olsa yolunda Keçib can sərvətimdən, Çıxarıb ürəyimin Parasını verərəm. Kimlər ki, şəfqət tapır Ana təbiətimdən, Dərman kimi dağların Havasını verərəm, Amma dağı vermərəm, Mən heç zaman dönmərəm Fikrimdən, niyyətimdən. Lazım gəlsə, gözümün Qarasını verərəm, Qarabağı vermərəm! Tofiq Bayram 1. Şeirdə xalqımızın səxavəti haqqında nə deyilir? ________________________________________________________ ___________________________________________________________ ___________________________________________________________ 2. Şair nə üçün “Dağın havasını ver ərəm, amma dağı verm ərəm” deyir? Fikrinizi izah edin.