Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Qiymətli daş 
(Azərbaycan xalq nağılı) 
 
Qiymətli daş tapan bir kişi onu padşahın sarayına apardı ki, əvəzində bəxşiş alsın. 
Sarayın qapıçısı kişini içəri buraxmadı və dedi: 
- Padşah sənə nə versə, onun yarsını mən verərsənmi? 
Kişi cavab verdi: 
- Yox! 
Qapıçı dedi: 
- Bu şərti qəbul etməsən, səni içəri buraxan deyiləm.
Kişinin əlacı kəsildi, razı oldu. Qapıçı onu padşahın yanına apardı. Padşah daşı 
bəyənib dedi:
- Əvəzində sənə nə verim? 
Kişi cavab verdi: 
- Padşah sağ olsun, əmr et ki, mənə əlli çubuq vursunlar. Başqa heç bir şey lazım 
deyil. 
Padşah təəccübləndi: 
- Sənə bəxşiş vermək istəyirəm. Niyə özünü döydürmək istəyirsən? 
- Padşah sağ olsun! Qapıçı məni içəri buraxanda sizdən alacağımı yarı bölmək 
şərtini qoyub. Ona görə, buyur, əlli çubuğun yarısını mənə vursunlar, yarısını da ona. 
Yoxsa məndən inciyər. 
Məsələni anlayan padşah güldü və əmr etdi ki, ona yaxşı bir xələt bağışlasınlar. 
Qapıçını isə saraydan qovdu. 
1. Kəndli nə tapmışdı? 
A) Çubuq
B) Qiymətli daş 


34 
C) Qədim yazı 
D) Kitab nümunəsi 
 
2. Kəndli padşahın yanına nə üçün gəlmişdi? 
_______________________________________________________________
_______________________________________________________________
_______________________________________________________________ 
3. Qapıçı ona nə şərt qoydu? 
A) Vəzirlərdən şikayət etmək 
B) Padşahın verdiyi bəxşişi yarı bölmək 
C) Padşahın yanında özünü tərif etdirmək 
D) Xəzinənin yerini padşahdan xəbər almaq
4. Nağılda başlıca məna nədir? 
_______________________________________________________________

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin