Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

4.3. Şüurlu oxu 
Oxu təliminin ən mühüm keyfiyyətlərindən biri oxunun şüurluluğu-
dur. Şagirdlərdə şüurlu oxu ibtidai siniflərdən başlayaraq formalaş-
dırılmasa, onlar məktəb illərində, bəlkə də həyatı boyu oxuduqlarının 
mahiyyətini dərk edə bilməz. 
Şüurluluq dedikdə, hər bir sözün, söz birl əşməsinin, cümlənin və 
bütövlükdə mətnin mənasının başa düşülməsi nəzərdə tutulur. Oxunun 
şüurluluğu mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini 
tələb edir.
Oxu prosesində vəziyyətdən asılı olaraq müxtəlif çətinliklər yaranır. 
Şifahi nitq uşağa tanış olan bir situasiyada baş verdiyi üçün aydın başa 
düşülür, ancaq mətndə isə yazılı işarələrlə hələ uşağın öyrəşmədiyi 
məsələlərdən bəhs olunur. Mətnə aid şəkillər bu çətinliyi aradan qaldırır.
Şüurlu oxu təlimi nəticəsində şagirdlər aşağıdakı bacarıqlara 
yiyələnməlidirlər: 
1) Mətni, mətndəki faktları, hadisələrin məzmununu başa düşmək; 
2) Mətnin məzmunu əsasında ideyasını izah etmək; 
3) Hadisələrin və faktların təsvirində iştirak edən şəxsin davranış 
motivlərini, münasibətlərinin niyyətini görmək; 
4) Əsərin ideyasını başa düşmək; 
 
Oxunun sürəti 
 
1 dəqiqədə oxunan 
səslərin sayı 
Çox ləng 
900 
Ləng 
1200 
Orta 
1500 
Ortadan yuxarı 
1800 
Sürətli 
3000 
Çox sürətli 
5000 
Fövqəlsürətli 
10000 və daha artıq 


30 
5) Mətnin məzmununu anlamaq, onu qiymətləndirmək və ona öz 
münasibətini bildirmək; 
6) Yazılı nitqin ifad əliliyini (durğu işarələrini) başa düşmək; 
7) Müəllifin ustalığını, əsərin ideyasını, başlıca mənasını, qəhrəmanın 
fikirlərini və s. başa düşmək və qiymətləndirmək; 
8) Mətnin əsasında duran həyat həqiqətlərini anlamaq və qiymətlən-
dirmək. 
Şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün müəllimə aşağıdakı 
məşğələləri təşkil etmək tövsiyə olunur: 
1) Məzmunun qavranılmasına şagirdləri hazırlamaq;
2) Məzmunun qavranılma səviyyəsini yoxlamaq; 
3) Lüğət üzrə iş aparmaq; 
4) Əsərin planını tərtib etmək; 
5) Məzmununu nağıl etmək; 
6) Nəticə çıxarmaq; 
7) Məzmunu əlaqələndirmək. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin