Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   2   3   4   5   6   7   8   9   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

Oxu təlimi nədir? 
Ana dilinin tədrisinin və ümumilikdə təhsilin əsas funksiyalarından biri oxu 
təlimidir. O, şagirdlərin nitqini, özünüifadə bacarıqlarını (şifahi və yazılı şəkildə) 
inkişaf etdirir, söz ehtiyatını artırır. Oxu təlimi həm də anlayaraq, düzgün, sürətli və 
ifadəli oxu vərdişləri qazandırır, məzmunu nəql etmə, təhlil etmə, ona öz münasibətini 
bildirmə, mətndə verilənləri həyatla əlaqələndirmə və s. kimi bacarıqlar formalaşdırır. 
Oxu təlimi ilə bağlı hər kəsin müəyyən qədər təsəvvür və xatirələri var. Çoxumuz 
hərflərdən hecalar, hecalardan isə sözlər düzəldərək ilk dəfə oxuduğumuz sözləri 
xatırlayırıq: tut, Tutu, at, baba... 
Şagirdlərin təlim nəticələrini yüksəltmək üçün müvafiq strategiya, metod və 
üsullardan istifadə etmək, mətnin oxusunu düzgün təşkil etmək vacibdir. Oxunun 
düzgün təşkili dedikdə isə strategiyalı oxu nəzərdə tutulur. 
Strategiyalı oxu nədir? 
Strategiyalı oxu ilə bağlı müxtəlif yanaşmalar var. Mütəxəssislərin fikrincə, 
strategiyalı oxu mətni dərk edərək, düşünərək oxumaqdır. Onlardan bir qismi düşünür 
ki, strategiyalı oxu şagirdə daha məharətlə düşünməyi öyrədir, bir qismi isə strategiyalı 
oxunu təlimin əsas məqsədi hesab edir. Yəni bu cür oxu anlamaya, tətbiqə və təhlilə 
aparan əsas yoldur. Bununla şagird sürətli düşünmək, sual vermək, əvvəlki biliklərin 
əsasında yeni biliklər qazanmaq, fikir mübadiləsi aparmaq, oxuduqlarından nəticə 
çıxarmaq və bütün bunlardan həyatda qarşılaşdığı problemlərin həllində istifadə etmək 
bacarıqlarına yiyələnir.
Strategiyalı oxuda şagird öz oxu fəaliyyətini özü təşkil və idarə edir. O, verilən 
mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problemin həlli kimi görür 
və beləliklə, məqsədinə nail olmaq üçün öz fəaliyyətlərini düşünülmüş şəkildə təşkil 
edir, yəni öz strategiyasını qurur.
Oxu strategiyasını qurmağı bacaran şagird mətnin oxusundan gözlənilən nəticəni 
artıq oxuya başlamazdan əvvəl aydın təsəvvür edə bilir. O, dəqiq bilir: 
- Hansı suallar cavablandırılmalıdır?
- Oxu hansı plana əsasən təşkil edilməlidir?
- O, bu haqda artıq nələri bilir?



- Səmərəli oxu üçün nələr etmək lazımdır?
Strategiyalı oxu həm də şagirdə öz oxu nəticələrini yoxlamaq və əldə etdiyi 
nəticələr üzərində düşünmək imkanı verir. Beləliklə, şagirddə vacib idraki bacarıqlar ̶ 
əsas ideyanı müəyyən etmək, onları əvvəlki biliklərlə əlaqələndirmək, oxuduğu mətni 
başqa mətnlərlə müqayisə etmək, mətndə təsvir olunanları təsəvvüründə canlandırmaq 
kimi bacarıqlar formalaşır. Bunları isə təfəkkürün yüksək mərhələsinə ̶ təxəyyülə 
doğru atılan addımlar kimi qiymətləndirmək olar. Bununla şagirdlər həm mətni 
qavrayır, həm də qavrama prosesinin mərhələlərini strukturlaşdırırlar. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin