9
İkinci üsul: Müəllim şagirdləri qruplara ayırır və hər qrupdan bir şagirdə mətnin
müəyyən hissəsini səsli oxumağı tapşırır.
Üçüncü üsul: Sinifdəki bütün şagirdlər mətni növbə ilə səsli oxuyur və suallara
cavab verirlər.
Səsli oxunun ən əsas şərtləri sözlərin düzgün tələffüzünə fikir vermək, şagirddə
oxumağa həvəs yaratmaq və onun başqası ilə danışırmış kimi,
normal tempdə
oxumağını təmin etməkdir. Səsli oxuda sürətli oxumaqdan daha çox intonasiyalı
oxumaq vacibdir. İntonasiya isə mətndə təsvir olunan hiss və həyəcana, düşüncələrə
əsasən müəyyən edilməlidir. Mətn diqqətlə dinlənilməli, oxuyarkən tələskənliyə yol
verilməməli, düzəliş və qeydlər oxu bitdikdən sonra aparılmalı, ehtiyac yoxdursa,
oxunulmuş hissə yenidən oxunmamalıdır.
Səssiz oxu
Məqsəd şagirdlərə səlis və sürətli oxumağı öyrətməkdir.
Səsli və səssiz oxu
arasındakı ən əsas fərq odur ki, səsli oxu özündə təkcə anlamağı deyil, anlatmağı da
ehtiva edir. Səssiz oxu sinifdə hər gün və yaxud həftədə bir dəfə tətbiq edilə bilər. Bu
zaman şagirdlər hər hansı bir mətni və ya özləri seçdikləri əsəri müəllimin verdiyi vaxt
ərzində oxuyurlar. Burada müəllim özü də oxuya qoşulmaqla şagirdlərə nümunə
olmalıdır. Səssiz oxu zamanı müəllim həm də şagirdlərin başqalarına mane
olmamağına, bir-birinin diqqətini yayındırmamağına fikir verməlidir. Oxu bitdikdən
sonra ümumi şəkildə və ya şagirdləri qruplara bölərək mətnlə bağlı
müzakirələr
keçirilir. Müzakirə zamanı şagirdlərə
"Nə üçün bu mətni (əsəri) seçdiniz?", "Əsərdə
(mətndə) sizi maraqlandıran məqamlar hansılardır?", "Bu əsəri (mətni) yoldaşlarınıza
nəyə görə tövsiyə edərdiniz?" və s. kimi suallar verərək onların mətnlə (əsərlə) bağlı
fikirlərini öyrənmək olar. Şagirdlər mətndə (əsərdə) onları maraqlandıran məqamları,
başa düşmədikləri hissələri, mətni (əsəri) oxuyarkən hiss etdiklərini yazılı və
ya şifahi
şəkildə bildirə bilərlər.
Sürətli oxu üçün göz gimnastikası
Hər gün oxuduğunuz bir qəzeti götürün və oradan kiçikhəcmli bir mətn seçin.
Əvvəlcə həmin mətnin ilk cümləsinin baş hərfi ilə son cümləsinin axırıncı hərfini
10
müəyyən edin. Sonra həmin ilk və son hərflərə baxın və baxış
sürətinizi getdikcə
artırın.
Bu proses ilk dəfə sizin üçün çox yorucu ola bilər. Lakin bunu davamlı və ardıcıl
etsəniz, oxuma texnikanızda gözlərinizin rolunu (oxu sürətinizi) artıra bilərsiniz.
Dostları ilə paylaş: