Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

3. Səmərəli oxu üsulları 
Ana dili dərslərində oxu zamanı müxtəlif üsullardan istifadə olunur. Seçilən 
üsulların mətnin xüsusiyyətinə (bədii, elmi, publisistik) uyğun olmasına diqqət etmək 
vacibdir.
Mətnlərin müqayisəsi 
Mövzu təqdim edilir və şagirdlərə həmin mövzuda kiçik bir mətn yazmaq tapşırılır. 
Sonra şagirdlərə yazdıqları mətn ilə dərslikdəki mətnləri müqayisə etmək tapşırığı 
verilir: Mətnləri oxuyun, hər iki mətnin oxşar və fərqli cəhətlərini seçin. Seçim edərkən 
aşağıdakı məsələləri nəzərə alın: 
Sizin yazdığınız mətndə verilən məsələlər; 
Dərslikdəki mətndə verilən məsələlər; 
Hər iki mətndə verilən məsələlər; 
Fikirlərinizi daha aydın ifadə etmək üçün Venn diaqramından istifadə edin. 
Öyrəndiklərinizdən nə qənaətə gəldiniz? 
Belə bir mövzuda yenidən mətn yazsaydınız, ona başqa nələr əlavə 
edərdiniz? 


16 
Sinkveyn 
Fransızların yaratdığı, beş sətirdən ibarət şeir janrı olan “Sinkveyn” (fransızca 
“beş” deməkdir) üsulu “beş coşğu", yaxud “beş uğur" mənasını verir. Sinkveyn xüsusi 
qaydalar əsasında yazılan şeirdir. Həmin qaydalar isə belədir: 
1. Birinci sətirdə şeirin həsr olunduğu məfhumun adı verilir və adətən isimlə ifadə 
olunur. 
2. İkinci sətirdə həmin məfhumu təyin edən, sizin onun haqda fikirlərinizi ifadə 
edən iki söz verilir və adətən sifətlə ifadə olunur. 
3. Üçüncü sətirdə məfhumun nə etdiyini, yaxud onunla nə edildiyini göstərən üç 
söz verilir və adətən feillə ifadə olunur. 
4. Dördüncü sətirdə məfhuma münasibətinizi göstərən dörd sözdən ibarət cümlə 
(cümlə sual və ya xitab formasında da ola bilər) verilir. 
5. Beşinci sətirdə isə məfhumla bağlı insanın hiss və assosiasiyalarını təsvir edən 
bir və ya iki söz verilir. Məsələn: 
Tətil. 
Nəşəli, unudulmaz. 
Dincəlirik, əylənirik, sevirik.
Hamının sevdiyi xoşbəxt çağlar. 
Xoşbəxtlik. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin