17
Sinkveyn oxunulan kitab və ya verilən problem haqqında qısa və bədii xülasədir.
Bu metod şagirdlərdə ümumiləşdirmə və interpretasiya bacarıqları formalaşdırır. Bu
üsuldan istənilən mətnin (bədii, elmi, publisistik) oxusundan sonra istifadə etmək olar.
Müəllifdən soruş (Müəllif kreslosu)
Şagirdlərə əvvəlcədən mətni oxuyarkən müəllifə vermək istədikləri suallar (2-3
sual) fikirləşmək tapşırılır (suallar mətnin məzmunu haqqında olmalıdır).
Sonra
şagirdlərdən biri müəllif rolunu ifa edir və digər şagirdlər suallarını bu “müəllifə”
verirlər. Şagirdlərdən bir neçəsi müəllif rolunda çıxış edərək suallara cavab verə bilər.
Bu üsul şagirdlərdə mətni daha diqqətli oxumaq vərdişi formalaşdırır. Çünki
diqqətli oxu həm mətnin məzmunu ilə bağlı suallar yaradır, həm də insanı bu suallara
cavab axtarmağa təhrik edir. Əsasən elmi və publisistik mətnləri bu üsulla öyrənmək
tövsiyə edilir.
Aşağıdakı mətn nümunəsini “Müəllifən soruş” üsulu ilə öyrənməyi sınaqdan
keçirin.
Qlobal istiləşmə
BMT-nin iqlimin dəyişməsi üzrə dövlətlərarası ekspert qrupunun verdiyi və
“Böyük səkkizlik” ölkələrinin Milli Elmlər Akademiyasının dəstəklədiyi elmi rəyə görə
Yer kürəsində havanın orta temperaturu sənaye inqilabının başlanması vaxtı ilə (1850-
ci illər) müqayisədə 0,7 dərəcə selsi qalxmışdır.
Son 50 ildə müşahidə olunan istiləşmə daha çox insan fəaliyyətinin və ilk növbədə
istixana effekti yaradan qaz tullantılarının nəticəsidir. İqlim sahəsində çalışan
alimlərin əksəriyyəti bu fikirlə razılaşır.
Qlobal istiləşmənin səbəbləri nədir? Elmi dəlillərə görə bu faktorlar arasında
vulkan püskürməsi, dünya okeanında gedən proseslər (tayfunlar, fırtınalar və s.),
Günəş aktivliyi, Yerin maqnit sahəsi və insan fəaliyyəti vardır. Bunların hər biri qlobal
istiləşməyə şərait yaradır.
Qlobal istiləşməni sübut edən faktlar hansılardır?
a) Temperatur artımı. Bəzi alimlər deyirlər ki, istiləşmə 1976-cı ildən ̶
bəşəriyyətin sənaye fəaliyyətinin sürətli inkişafından sonra kəskin artmış və öz
19
Bəzi tədqiqatçılar (məsələn, P.Şvars və D.Rendell) belə bir bədbin proqnoz verirlər
ki, artıq XXI əsrin birinci rübündə gözlənilməyən istiqamətdə kəskin iqlim sıçrayışı
mümkündür. Bunun nəticəsi isə yüz illər davam edəcək yeni buzlaq dövrü ola bilər.
S.Popov
Sonra şagirdlərlə aşağıdakı sualları müzakirə edərək “Müəllifdən soruş” üsulunun
səmərəsini müəyyən edə bilərsiniz.
Müzakirə:
-
Bu metod mətni daha yaxşı anlamağa kömək etdimi?
-
Mətnlə iş zamanı bu metoddan istifadə hansı nəticələri verir?
-
Üzərində işlədiyiniz mətnin hansı xüsusiyyətləri var?
-
Mətn üzərində bu cür iş ənənəvi oxudan nə ilə fərqlənir?
Dostları ilə paylaş: